Məhkəmə qərarları › İş №3(050)-1200/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1200/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1200/2023 04.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Reyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 10 avqust 1976-cı ildə Masallı rayonu, Yeyənkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Yeyənkənd kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Yənyənkənd kəndində ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Yənyənkənd kəndində onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin sahə rəisi X10 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Yeyənkənd kənd sakini X2 DİN-in 102 xidməti zəng mərkəzinə və Masallı RPŞ-yə ünvanladığı müraciətlə əlaqədar xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şəxs izahatını almaqdan ötrü RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis baş serjantı X1 RPŞ-nin TB təhqiqatçısı X4 birlikdə Masallı rayonu, Yeyənkənd kəndində olduqda yolun kənarında Şəxs barəsində ünvanlanan şikayətin mahiyyətini bir daha izah edərək izahat verməsinin zəruriliyini izah etdikləri zaman Şəxs mübahisə yaradaraq ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət edərək bu hərəkətlərinə son qoymağı tələb etsələr də, lakin o, polis əməkdaşlarının qanuni tələbimizə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Şəxs polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə dəvət edilmiş, Masallı RPŞ-də Şəxs spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Bu səbəbdən də barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə aralarında mübahisə yarandığına görə həmkəndlisi X3 onun barəsində DİN-102 xidmətinə şikayət etmişdir. Şikayət əsasında xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı kəndə gəlmiş, şikayət əsasında izahatının alınmasının zəruriliyənə görə onu Masallı RPŞ-yə dəvət etmişlər. Həmin vaxt sərxoş olduğundan əsəbiləşərək ucadan ünvcansız söyüşlər söymüş, polis əməkdaşları yaxınlaşaraq onu intizama dəvət etsələr də, lakin sərxoş olduğundan hüquqazidd hərəkətlərinə davam etdiyindən onu Masallı RPŞ-yə gətirmişlər. Barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Sonda Şəxs qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Yeyənkənd kənd sakini X2 DİN-in 102 xidməti zəng mərkəzinə və Masallı RPŞ-yə ünvanladığı müraciətlə bağlı HK-1/2227 saylı materialın icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat 19:56-da Masallı rayonu, Yeyənkənd kənd sakini Şəxs şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, Şəxs Zülfiqar Hacıyevin onun barəsində DİN-in 102 xidməti zəng mərkəzinə və Masallı RPŞ-yə ünvanladığı müraciətin mahiyyətini izah edərək, bununla bağlı izahatının alınmasının zərəriliyini izah etdikdə Şəxs telefon əlaqəsi zamanı nalayiq küçə söyüşləri söyərək mobil telefonu söndürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şəxs izahatını almaqdan ötrü RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis baş serjantı X8 ilə birlikdə Masallı rayonu, Yeyənkənd kəndində olduqda yolun kənarında Şəxs barəsində ünvanlanan şikayətin mahiyyətini bir daha izah edərək izahat verməsinin zəruriliyini izah etmiş, bu zaman Şəxs mübahisə yaradaraq yenə də ünvansız küçə söyüşləri söymüş, onlar həmin şəxsi nizam-intizama dəvət edərək bu hərəkətlərinə son qoymağı tələb etsələr də o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Buna görə də Şəxs Masallı RPŞ-nə dəvət edilmiş, Masallı RPŞ-də Şəxs spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olması müəyyən edilmiş, barəsində raportla şöbə rəisinə məruzə etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X10 tərəfindən xx.xx.2023-cü il tarixdə seriya MN ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 642705 saylı alkoltesterin nəticəsindən görünür ki, Şəxs 0.418 % promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri, özünün etirafı ilə yanaşı, protokolu tərtib etmiş şəxin və şahidin izahatları, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngüləşdirən hal himayəsində 1 azyaşlı uşağının olmasıdır.; inzibati tənbehi ağırlaşdıran hal inzibati xətanın xərxoş halda törətməsidir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Qədirov X5 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar