Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1202/2025 07.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Masallı rayonu, Yeddioymaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Masallı rayonu, Yeddioymaq kəndində sərxoş vəziyyətdə ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 07 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Masallı RPŞ-nin PPXB-nin tağım komandiri, polis leytenantı Bağır Məmmədov, Masallı RPŞ-nin İTB-in polis sahə rəisi, polis leytenantı Şahid və Masallı RPŞ-nin PPXB-in polis nəfəri, polis serjantı Elvin Əliyev RPŞ-in Növbətçi Hissəsinə hava xətti ilə Masallı rayon Yeddioymaq kəndində tövlə yanması barədə məlumat daxil olduğundan həmin yerə yaxınlaşmışlar. Polis əməkdaşları yanğın baş verən yerə yaxınlaşdıqda həyatə toplaşmış 10-15 nəfər şəxsin olduğunu görüb yanğının kim tərəfindən törədilməsi barədə soruşduqda, yanğın yerinə toplaşmış şəxslər yanğının həmin həyətdə yaşayan Şəxs tərəfindən törədilməsini bildirmişlər. Polis əməkdaşları yağın baş vermiş yerin yaxınlığındakı fərdi yaşayış evində olan Şəxs çağırdıqda, Şəxs yaşadığı evin qapısını açaraq aqressiv formada “niyə bura gəlmisiz”, “sizin nə işiniz var burda” şəklində ifadələr işlədərək uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları Şəxs həyətdə qoşuların olduğunu bildirərək nalayiq ifadələr işlətməməsini tələb etmişlər. Lakin, Şəxs spirtli içkinin təsiri altında olmaqla daha da əsəbləşərək cəm halında qonşuların ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Polis əməkdaşları dəfələrlə Şəxs nizam-intizama dəvət edərək onu öz əməlindən çəkindirməyə çalışsalar da, sonuncu qəsdən və bilərəkdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, ictimai qaydanı pozmağa davam etməklə təxminə 5-6 dəqiqə ərzində hüquqazidd hərəkətlərini davam etdirdiyindən polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə dəvət etdilmiş, raportla şöbə rəisinə məruzə edilmişdir. Bundan sonra Şəxs inzibati qaydada tutulmuş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmasına baxmayaraq, daimi olaraq arvadı və iki nəfər oğlu ilə birlikdə Bakı şəhərində yaşayır. 06 may 2025-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə arvadı ilə ailə münasibətləri zəminində baş vermiş narazılıq səbəbindən həmin gün səhər saatlarında sərxoş halda yaşadığı Masallı rayonu, Yeddioymaq kəndindəki evinə gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə yatdığı vaxt polis əməkdaşları onu çölə çağıraraq hansı səbəbdən həyətdəki tövləni yandırmasını soruşmuşlar. Polis əməkdaşlarına tövləni yandırmadığını bildirsə də, onun bu hərəkətləri barədə qonşular, qayınanası və qaynı tərəfindən məlumat verildiyini bildirmişər. O həmin vaxt Yanğından mühafizə Xidmətinin əməkdaşlarının həyətdəki tövləni söndürməyə çalışdığını görmüş, eyni zamanda qonşular da həyətə toplamışlar. Sərxoş olsa da, heç bir ünvansız söyüşlər söyməmiş, polisə tabesizlik göstərməmiş, həyətdəki tövləni yandırmamışdır. Masallı RPŞ-yə dəvət olunmasına baxmayaraq, heç bir sənədi imzalamadığını, onun əvəzinə sənədlərin başqa şəxslər tərəfindən imazalandığını qeyd etmişdir. Əgər qayınanası və digər qohumları tövlənin yandırılmasını iddia edərək şikayət etmişlərsə, bütün olan hadisələri qəbul edir və peşmançılıq hissi keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytanantı Şahid izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Masallı RPŞ-nin PPXB-nin tağım komandiri, polis leytenantı Bağır Məmmədov və Masallı RPŞ-nin PPXB-in polis nəfəri, polis serjantı Elvin Əliyevlə birlikdə xidmətdə olarkən RPŞ-in Növbətçi Hissəsinə hava xətti ilə Masallı rayon Yeddioymaq kəndində tövlə yanması barədə daxil olmuş məlumat əsasında yanğın baş verən ünvana getmişlər. Yanğın baş verən yerə yaxınlaşdıqda yanğın baş verən həyətə bir neçə nəfər şəxsin toplaşdığını görüb, yanğının kim tərəfindən törədilməsi barədə soruşmuşlar. Onlar yanğının həmin həyətdə yaşayan Şəxs tərəfindən törədilməsini bildirmişlər. Bundan sonra həyətdəki fərdi yaşayış evində olan Şəxs çağırmışlar. Şəxs yaşadığı evin qapısını açaraq sərxoş və aqrressiv formada “niyə bura gəlmisiz”, “sizin nə işiniz var burda”, “ tövlə mənimdir özüm bilərəm nə edərəm” şəklində ifadələr işlədərək uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamış, Şəxs həyətdə qoşuların və kənar şəxslərin olduğunu bildirərək nalayiq ifadələr işlətməməsini tələb etmələrinə baxmayaraq, Şəxs spirtli içkinin təsiri altında olduğundan daha da əsəbləşərək nalayiq ifadələr işlətməyə davam etmişdir. Dəfələrlə Şəxs nizam-intizama dəvət edərək onu öz əməlindən çəkindirməyə çalışsalar da lakin o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, ictimai qaydanı pozmağa davam etməklə təxminə 5-6 dəqiqə ərzində hüquqazidd hərəkətlərini davam etdirdiyindən Masallı RPŞ-yə dəvət edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Juputer-X markalı 02969 seriyalı alkoltestin nəticəsindən görünür ki, Şəxs müayinəsi zamanı onun bədənində 0,592% promildə alkoqolun miqdarı aşkar olunmuş, o, alkoqol sərxoşluğunda olmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 may 2025-ci il tarixdə saat 19:50-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri alınmış izahatlar və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir inzibati xəta törətməməsini, sənədlərlə tanış olmamasını, imzalamaması və həyətindəki tövləni yandırmaması barədə verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o, inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə yalan izahat vermişdir. Onun dedikləri hər hansı başqa sübutlarla təsdiqini tapmamışdır . Məhkəmə hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-ninn 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmamasını və məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehi tətbiq edilməlidir. Azəraycan Respublikası İXM-nın 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək inzibati qaydada tutula bilər. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən inzibati həbsin əvvəli 06 may 2025-ci il tarixdən saat 19:40dan hesablanmalıdır. Belə ki, onun saxlanıldığı müddət təyin edilmiş inzibati tənbeh tədbirinin müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 06 may 2025-ci il tarixdən saat 19:40-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Qasımov X2 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1202/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1202/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver