Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1204/2025 07.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Qızılağac kənd ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı Rayon Boradigah qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 07 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X7 izahatında göstərdi ki, Masallı rayonu, Qızılağac kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə saat 08:20-də AR DİN-in 102 xidmətinə müraciət edərək, rayonun Qasımlı kəndində 2 nəfər şəxsi öldürdüyünü biri arvadı olduğunu, hal-hazırda kəndin girəcəyində gözlədiyi barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında Şəxs yeri müəyyən edilmişdir. Masallı RPŞ-nin X4 üzvləri və digər polis əməkdaşları Şəxs etdiyi müraciətlə bağlı izahatının alınmasından ötrü RPŞ-yə dəvət etmişlər, o, sərxoş vəziyyətdə mağazanın qarşısında ictimai yerdə “nə üçün gəlibsiz, gedin işinizlə məşğul olun, bir daha məni narahat etməyin” sözlərini deyib daha sonra uca səslə ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Həmin vaxtı Şəxs ictimai yerdə nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozduğuna görə dəfələrlə nizam-intizama dəvət edilsə də, o, polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq, öz hüquqazidd hərəkətlərini təxminən 15-20 dəqiqə davam etdirmişdir. Bu səbəbdən polis əməkdaşları tərəfindən Həsənov X6 Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, barəsində tərtib edilmiş inzibati xətalar haqqında protokollarla razıdır.O, içkili vəziyyətdə olmuş ictimai qaydanı pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Əməlindən peşmançılıq hissi keçirir, bir daha belə səhvlərə yol verməyəcəkdir. Himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin X2 sahənin polis nəfəri, polis baş serjantı X8 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 08:20də AR DİN-in 102 xidmətinə müraciət edərək, rayonun Qasımlı kəndində 2 nəfər şəxsi öldürdüyünü biri arvadı olduğunu, hal-hazırda kəndin girəcəyində gözlədiyi barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında polis əməkdaşları birlikdə Şəxs Masallı rayonu Qasımlı kənd ərazisində “Səməd market” adlı qarşısında olması müəyyən edilmiş, etdiyi müraciətlə bağlı izahatının alınmasından ötrü RPŞ-yə dəvət edilmiş, o, sərxoş vəziyyətdə mağazanın qarşısında ictimai yerdə “nə üçün gəlibsiz, gedin işinizlə məşğul olun, sözlərini deyib daha sonra uca səslə ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etmiş, lakin o hüquqazidd hərəkətlərinə son qoymamış və polis əməkdaşlarına müqavimət göstərmişdir. Bu səbəbdən o, Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, barəsində tədbir görülməsi üçün aidiyyatı üzrə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin X2 sahənin polis nəfəri, polis serjantı şahid X1 Turan Bağış oğlu ilə eyni məzmunlu izahat verərək, həmin xüsusatları təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 07 may 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 atası Şəxsdur. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Şəxs təqsiri inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını və himayəsində bir nəfər azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini və məsuliyyətinin yüngülləşdirən halllarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1204/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1204/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver