Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1205/2025 02.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon X4 X5 rəisi Asəf Mustafayev tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı rayon X4 X5 rəisi Asəf Mustafayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 40 manat cərimə olunmuşdur. Lakin hesab edir ki, onun əməlində qeyd olunan inzibati xətanın tərkibi mövcud deyildir, buna görə də, iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, istifadə etdiyi “GWM Poer” minik markalı ** YK *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri, Səfəralı Məmmədov küçəsində hərəkətdə olarkən Masallı Rayon Polis Şöbəsinin DYP-nin əməkdaşları ona saxlama əmri vermişlər və oda avtomobili saxlamışdır. Bundan sonra əməkdaş ona yaxınlaşaraq təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirmiş və barəsində protokol tərtib etmişdir. Halbuki, o, xidməti avtomobil idarə edir və avtomobili idarə etməyə başlayan kimi kəməri taxır. O, həmin vaxt kəməri taxmış və ona qanunsuz olaraq cərimə yazılmışdır. Əgər inzibati xəta texniki vasitə ilə aşkara çıxarılmışsa o zaman ona videogörüntü göndərilmiş olardı və oda həmin video ilə tanış olardı. Ümumiyyətlə ona qanun pozuntusu barədə heç bir sübut göstərmədən protokol tərtib olunmuşdur. Həmin protokol əsasında cərimə olunmuşdur. Oda bildirmişdir ki, protokol və qərarla razı deyil, inzibati xətanın olması barədə sübut olmalıdır, sübut yoxdursa o zaman inzibati xətada ola bilməz. Əvvəllərdə onun barəsində inzibati qərar qəbul olunmuş və məhkəmənin hakimi olmuş Ceyhun Quliyev həmin qərarı sübut olmadığı üçün ləğv etmiş və işə xitam vermişdir. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları əsassız olaraq onun barəsində yenidən protokol və qərar qəbul etmişlər. Şübhəli məqamlar vardır, sübut yoxdur, şübhələr onun xeyrinə həll olunmalıdır. Sübut etmək vəzifəsi qərarı qəbul etmiş orqanın üzərinə düşür, onlar sübut təqdim etməlidirlər, lakin heç bir sübut yoxdur. Odur ki, həmin qərarın ləğv olunması və icraata xitam verilməsi barədə məhkəməyə müraciət etmişdir. Qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, polis əməkdaşları barəsində qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edərək onu cərimələmişlər. Belə ki, iş yoldaşını yaşadığı evinə aparmış və avtomobili yol kənarında saxlamışdır ki, iş yoldaşı avtomobildən düşsün. Bu zaman polis əməkdaşı ona yaxınlaşmışdır. Polis əməkdaşı onun hər hansı bir inzibati xəta törətməsini müəyyən etməmişdir. Lakin buna baxmayaraq barəsində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə cərimə protokolu tərtib edəcəyini bildirmişdir. O, isə etiraz edərək təhlükəsizlik kəmərini bağladığını bildirmişdir. Lakin buna baxmayaraq barəsində cərimə protokolu tərtib olunmuşdur. Oda polis əməkdaşına bununla bağlı məhkəməyə maraciət edəcəyini bildirmişdir. Eləcədə bildirmişdir ki, əgər onun təhlükəsizlik kəmərini bağlamaması sübut olunarsa o zaman o, həmin cəriməni ödəməyə hazırdır. Həmçinin təhlükəsizlik kəmərini bağlamaması ilə bağlı polis əməkdaşından sübut, yəni video görüntü tələb etmişdir, lakin polis əməkdaşı ona belə bir sübut təqdim etməmişdir. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 27 aprel 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 12:34 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin pozduğuna görə 40 manat məbləğində cərimə edilmişdir. Hadisə ilə bağlı təqdim edilmiş Diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə sürücü X2 təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi öz əksini tapmasa da, lakin sürücünün yol polis əməkdaşı ilə dialoq etdiyi zaman polis əməkdaşı sürücüyə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi protokol tərtib olunacağını bildirdikdən sonra sürücü bildirir ki, “özüm bu məhəllədənəm, məhəlləyə girirəm, mən evimədə gedəndə kəmər vursam, söz deyil vururam kəmər, amma indi olur arada-bir görürsən indi, kişi burda düşürdü məndə saxladım, sən canın yazmada, yekə oğlansan sən canın yazma, əvvəllərdə yazmısan “07” sürəndə kəmərə görə saxlamısan yazmısan, onu yazacaqsan deyəcəklər kəmər niyə vurmamısan onun sözü mənə gələcəkdə bilirəm, ayıbdı yekə oqlansan, nə qulluqun olsa mən sənin qulluğundayam, yazma sən mənim canım yazma. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində qeyd edilmişdir ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Masallı Rayon X4 X5 rəisi X1 tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları, inzibati Xəta haqqında qərarla, hadisə ilə bağlı təqdim edilmiş Disklə təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Masallı Rayon X4 X5 rəisi, polis mayoru X1 tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1205/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1205/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver