Məhkəmə qərarları › İş №3(050)-1206/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1206/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1206/2025 08.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Masallı Rayon Polis X4 Polisi Bölməsinin baş dövlət avtomobil müfəttişi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1998-ci ildə Masallı rayonu, Kosakül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, Masallı rayonu, Kosakül kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Masallı Rayon Polis X4 Polisi Bölməsinin baş dövlət avtomobil müfəttişi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında 08 may 2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üşün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 08 may 2025-ci il tarixdə, saat 00:05 radələrində sərxoş halda idarə etdiyi «Volkswagen Passat» minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib Masallı rayonu, Ərkivan dairəsində olan bardiyora çırpılmış, nəticədə bardiyorlara və yaşıllığa ziyan vurmuşdur. Məhkəmə iclası zamanı dindirilmiş protokolu tərtib etmiş Masallı Rayon Polis X4 Polisi Bölməsinin baş dövlət avtomobil müfəttişi, polis kapitanı X3 izahatında göstərdi ki, Şəxs 08 may 2025-ci il tarixdə, saat 00:05 radələrində sərxoş halda idarə etdiyi «Volkswagen Passat» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomaşınlı hərəkətdə olarkən Masallı rayonu, Ərkivan qəsəbəsində idarə etməni itrərək dairənin bardiyoruna çırpılmış, nəticədə bardiyorlara və yaşıllığa ziyan vurmuşdur. Hadisədən sonra bardiyorlar və yaşıllıqlar sürücü tərəfindən bərpa edilmişdir. Bu səbəbdən də Şəxs barəsində sözügedən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, 08 may 2025-ci il tarixdə, saat 00:05 radələrində etibarnamə əsasında idarə etdiyi «Volkswagen Passat» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı rayonu, Ərkivan qəsəbəsi istiqamətində hərəkətdə olarkən gözünə işıq düşdüyü üçün qarşısında piyada olduğunu zənn edib avtomobili dayandırmaq üçün əyləcə basmış, həmin vaxt idarəetməni itirərək dairənin bardiyoruna çırpılmışdır. Nəticədə dairənin bardiyorunu və yaşıllığı zədələmişdir. Hadisədən dərhal sonra bardiyoru və yaşıllığı tam bərpa etmişdir. Lakin, Masallı rayon Mənzil Komunnal Təsərrüfat İstehsalat Birliyininin təqdim etdiyi aktda göstərildiyi kimi maddi zərər vurmamışdır. Bu hal təqdim etdiyi fotoşəkillərlə tam təsdiq olunur. Avtomobili sərxoş halda idarə etdiyi üçün isə əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 08 may 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan Masallı rayon Mənzil Komunnal Təsərrüfat İstehsalat Birliyininin əməkdaşları tərəfindən tərtib edilmiş 08 may 2025-ci il tarixli aktdan görünür ki, Şəxs məxsus «Volkswagen Passat» minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomaşın avtoqəza nəticəsində Masllı rayon Ərkivan dairəsində olan bardiyorlara və yaşıllıqlara ziyan vurmuşdur. Nəticədə bardiyorlara 400 manat, yaşıllıq əraziyə isə 100 manat ziyan dəymişdir. İş materiallarında olan Masallı rayon Mənzil Komunnal Təsərrüfat İstehsalat Birliyinin 08 may 2025-ci il tarixli məktubdan görünür ki, Şəxs məxsus «Volkswagen Passat» minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomaşın avtoqəza nəticəsində Masllı rayon Ərkivan dairəsində olan bir neçə bardiyora və yaşıllığa ziyan vurmuş və sürücü tərəfindən dəymiş ziyan bərpa edilmişdir. Məhkəmə prosses iştirakçılarını dinləyib, işdə olan sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs sərxoş halda avtomobili idarə etməsi özünün etirafedici izahatı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Lakin, onun zərərçəkmiş şəxsə maddi zərər vurması halı istisna olunur. Belə ki, Masallı rayon MKTİB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 08 may 2025-ci il tarixli aktda bardiyorlara 400 manat, yaşıllıq əraziyə isə 100 manat ziyan dəyməsi göstərilsə də, həmin ziyanın konkret olaraq nədə ifadə olunduğunu təsdiq edən sübut (mütəxəssis rəyi) məhkəməyə təqdim olunmamışdır. Halbuki, hazırki iş üzrə ehtimal olunan zərərin müəyyən edilməsi üçün xüsusi biliyə malik olan mütəxəssisin dəvət olunaraq rəyinin alınması zəruri olmuşdur. Çünki, məhkəməyə təqdim olunmuş fotoşəkillərdə dairəyə hər hansı zərərin dəyməsinin mövcudluğu müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta əməli tövsif edilərkən, onun törətmiş olduğu konkret əməlin cəhətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin dizpozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq düzgün müəyyən edilməmişdir. Buna baxmayaraq səlahiyyətli şəxs tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 333.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən səmimi peşman olması inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə tərəfindən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, habelə iş üzrə tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, Kərimov X1 Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona qeyd edilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar