Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1216/2024 29.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cu ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Kürsəngi kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə etməsi nəticəsində yaranmış sərxoşluq vəziyyətdə “VAZ 2107 MİNİK” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsinin tələblərini pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X2 məhkəmə iclasında bildirdi ki, Şəxs 28 may 2024-cü il tarixdə saat 12:34 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində “VAZ 2107” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən 726 saylı postda saxlanılmış, həkim müayinəsinə təqdim edildikdən sonra yoxlama zamanı sürücünün avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Bu barədə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 28 may 2024-cü il tarixdə saat 12:34 radələrində r Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində “VAZ 2107” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili YPX əməkdaşları tərəfindən 726 saylı postda saxlanılmış, sənədləri yoxlanılmış, eyni zamanda onu həkim müayinəsinə təqdim etmişlər. Həmçinin, YPX əməkdaşları tərəfindən onun avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi müəyyən edilmiş, eyni zamanda həkim müayinəsinə təqdim edildikdən sonra avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Bir müddət əvvəl psixotrop maddə metamfetamin qəbul etdiyindən qanından təmizlənməmişdir. Əməlindən peşmandır, bir də belə hallara yol verməyəcəkdir. Ailədə yenganə qazanc gəirən olmaqla ailəsini dolnarır. Odur ki, göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 29 may 2024-cü il tarixli, seriya, İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334- 1.1-cü maddəsi ilə protokol tərtib edilmişdir. 28 may 2024-cü il tarixli, 184 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqəsdi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə THC+MET pozitiv aşkar olunmuş, o, narkotik sərxoşluq vəziyyətində olmuşdur. Şəxs oğlnunu təqsiri özünün səmimi etirafı ilə yanaşı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Salyan Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan tərəflər 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1216/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1216/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver