Məhkəmə qərarları › İş №3(050)-122/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-122/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-122/2023 24.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, Bakı şəhəri, Zabrat qəsəbəsi, R.Axundov küçəsi, ev 8A, mənzil 4-də qeydiyyatda olmaqla faktiki olaraq Masallı rayonun Qəzvinoba kəndində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 08 sentyabr 2022-ci il tarixdə Masallı rayonu, Qəzvinoba kəndində Zərərçəkmiş şəxs sol bud nahiyəsinə təpiklə vuraraq onu döyərək xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun ögəy əmisinin arvadıdır. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir.Həmin protokolu qanunsuz və sassız hesab edir.Bekə ki, 08 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs və bir neçə şəxslə aralarında mübahisə olmuşdur.Səbəb isə istifadə etdiyi torpaq sahəsi ilə bağlı olmuşdur.Lakin mübahisə zamanı o Zərərçəkmiş şəxs vurmamışdır.Ona hər hansı bir xəsarət yetirməmişdir.Zərərçəkmiş şəxs 82 yaşı vardır.Əgər o, Zərərçəkmiş şəxs xəsarət yetirmiş olsaydı və onun ayağında qançır olmuşdursa demək onun yetirdiyi zərbə yetəri qədər güclü olmuşdur.Bu səbəbdən də Zərərçəkmiş şəxs ayağı sınmış olardı.Lakin onun ayağı sınmamışdır.Əksinə mübahisə zamanı o, özü xəsarət almışdır və aldığı xəsarətlərlə bağlı cinayət işi açılmış və müvafiq qaydada hökm çıxarılmışdır.Həmçinin hadisə zamanı söyülərək təhqir olunmuşdur.Zərərçəkmiş şəxs və digər şəxslər tərəfindən ona şər və böhtan atılır, çünki onlar dəfələrlə onun barəsində DİN-nin 102 xidmətinə zəng vurmuşlar və heç biri öz nəticəsini tapmamışdır.Bu səbəbdən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, onun oğlu müharibədə şahid olmuşdur və bu səbəbdən də onun oğlunun adına torpaq sahəsi vermişlər.Kənd ərazi nümayəndəsi və kənd bələdiyyəsinın sədri isə həmin torpaq sahəsini başqa bir şəxsə satmışlar.Qızıda bununla bağlı dövlət orqanlarına müraciət etmişdir, bu səbəbdən də Leyla, kənd ərazi nümayəndəsi və kənd bələdiyyəsinın sədri öncədən ona qarşı plan qurmuşlar.08 sentyabr 2022-ci il tarixdə Şəxs Rədifə Əliyeva ilə küçədə mübahisə etdikdən sonra onun həyətinə daxil olaraq üzərinə gəlmiş və əlində ona siqareti onun alın nahiyyəsinə basmışdır, siqaretin odundan yayınmaq üçün kənara çəkildiyi zaman isə Şəxs təpiklə onun sol ayağına zərbə vuraraq ona xəsarət yetirmişdir. Çəkildiyi zaman ayağı burxulmuşdur.Daha sonra huşunu itirərək özündən getmişdir.Eyni zamanda Şəxs onu söyərək təhqir etmişdir.Odur ki, Şəxs şikayətçidir, ona qanuni cəza verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 749 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs sol bud nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törəmə müddəti qərarda qeyd olunan 08 sentyabr 2022-ci il tarixə uyğun gəlir və saxğamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 20 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTBnə göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Mirxas Təhməzov tərəfindən 24 yanvar 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlini etiraf etməsə də, onun əməli zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 24 yanvar 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Əliyev X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar