Məhkəmə qərarları › İş №3(050)-123/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-123/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-123/2023 24.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Masallı rayonu, Sirəbil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Masallı rayonu, Sirəbil kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə Masallı rayonu, Sirəbil kənd sakini Zərərçəkmiş şəxs məxsus 3 ədəd ev quşu olan örədkləri oğurlayaraq xırda talama əməli törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə 24 yanvar 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolu tərtib etmiş Masallı RPŞ-nin İTB-nin sahə rəisi X2 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs özgənin əmlakıın ələ keçirmək məqsədi ilə 17 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində Masallı rayonu, Sirəbil kəndində qonşusu Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətindən sonuncuya məxsus 60 manat dəyərində 3 ədəd ev quşu olan örədkləri oğurlayaraq xırda talama əməli törətmişdir. Göstərilən səbəbdən onun barəsində inzibati tədbir görülməsi üçün protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, 2022-ci ilin iyun ayının sonlarından qonşusu Əşrəfin yaşadığı evin həyətinə getməmişdir. 2022-ci ilin sentyabr ayının ortalarında Əşrəfin arvadı Asuda onun yaşadığı evə gələrək ona demişdir ki, ördəklərin içərisinə bax 3 ədəd ördəkləri yoxdur. O, Asudanın yanında ördəklərinə baxmış, lakin Asudaya məxsus 3 ədəd ördəklər ona məxsus ördəklərin arasında olmamışdır. Həmin gündən 2 gün sonra Asuda onun yaşadığı evə gələrək ona demişdir ki, 3 ədəd ördəkləri sən oğurlamısan. Lakin o, Asudaya demişdir ki, sənin ördəklərindən heç bir xəbəri yoxdur. Bundan sonra Asuda onun yaşadığı evi tərk etmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Əşrəf onun yaşadığı evə gələrək ona demişdir ki, ona məxsus ördəkləri oğurlamısan. O, Əşrəfə demişdir ki, sənin ördəklərini oğurlamamışdır. Bundan sonra Əşrəf onun yaşadığı evi tərk etmişdir. Heç vaxt əlində karton qutu ilə Pərviz Nurullayevin avtomaşınına əyləşməmişdir və onun maşını ilə Masallı şəhəri ərazisinə ördək gətirməmişdir. Zərərçəkmiş şəxs həyətindən ördək oğurlamamışdır. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Rusiya Federasiyasına getmiş, həmin vaxt özünə məxsus 7 ədəd ördəkləri olmuşdur. Yaşayış evinin kənarı ilə çay axdığı üçün arvadı X3 demişdir ki, ördəkləri həyətdən kənara buraxma, birdən itər və ya kimsə oğurlayar. Bu səbəbdən ördəkləri həyətdən kənara buraxmamışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində arvadı Asuda onunla mobil telefon əlaqəsi saxlayaraq demişdir ki, ördəklərdən 3 ədədi həyətdə yoxdur. Qonşulardan ördəkləri görüb-görməməsini soruşsada heç kim ördəkləri görməməsini demişlər. O, Asudaya demişdir ki, həmin ördəkləri qonşusu Şəxs oğurlayar. O, Rusiya Federasiyasında yaşadığı üçün polisə müraciət edə bilməmiş, xx.xx.2022-ci il tarixdə Masallı rayonu, Sirəbil kəndində olan yaşadığı evə gəlmişdir. Bundan sonra ördəkləri kimin oğurlanması ilə maraqlanmış, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Masallı rayonu, Boradigah qəsəbə sakini Pərviz Nurullayevin idarə etdiyi “VAZ 21099” markalı avtomaşınında sərnişin olduğu zaman Pərvizdən oğurluq hadisəsi ilə bağlı soruşduqda Pərviz ona demişdir ki, 2022-ci ilin sentyabr ayının ortalarında Masallı rayonu, Sirəbil kənd sakini, Şəxs əlində karton qutuda 3 ədəd ördəkləri ona məxsus avtomaşın ilə Masallı şəhəri ərazisinə aparmışdır. Bundan sonra ördəklərini Şəxs oğurlaması barədə Masalli RPŞ-yə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 100 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs Şəxs həbs edilməsini xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ-yə göndərilmişdir. Şəxs təqsiri zərərçəkmiş şəxsin izhatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal inzibati xətanın törədilən vaxt onun yetkinlik yaşına çatmamışdır.; məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası sanksiyası həddində nəzərdə tutulumuş ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar