Məhkəmə qərarları › İş №3(050)-1237/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1237/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1237/2025 12.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Masallı rayonu, Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2405/2024 saylı icra sənədinə əsasən xx.xx.2024-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay bir uşaq üçün 210 manat olmaqla cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2405/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə Masallı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcun ödənilməsi ilə bağlı Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən icra etməmişdir. Hazırda icra sənədi üzrə borclunun 4670 manat ödənilməmiş borcu qalmışdır. X3 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə barəsində axtarış elan edilmiş, tutularaq icra şöbəsinə gətirildikdən sonra barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Hazırda Şəxs aliment borcunu hissə-hissə ödəməsi barədə tələbkarla razılıq əldə etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2405/2024 saylı icra sənədindən məlumatlıdır. Aliment borucunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Nəticədə icra sənədi üzrə 4670 manat borcu yaranmışdır. Maddi imkanı olmadığı üçün icra sənədi üzrə yaranmış aliment borcunu birdəfəlik ödəyə bilməyəcəkdir, hazırda isə həmin borcdan hazırda 420 manat tələbkara ödəmək iqtidarındadır, icra sənədi üzrə aliment borcundan 1500 manatını may ayının sonuna kimi, qalan borcları da hissəhissə olmaqla tələbkara ödəmə barədə öhdəlik götürmüş, bu barədə tələbkara təklif etmiş, o da razılığını vermişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını və işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, zərərçəkmiş şəxslə telefon əlaqəsi saxlanılmaqla inzibati xəta haqqında işə münasibəti aydınlaşdırılmışdır. Zərərçəkmiş şəxs işə onun iştirakı olmadan baxılmasını, hazırda borculunun icra sənədi üzrə borcundan ona 420 manat ödənilməsinə, 1500 manatın aliment borcundan may ayının sonuna kimi ödənilməsinə, qalan borcların da hissə-hissə ödənilməsinə etirazının olmadığını bildirib işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2405/2024 saylı icra sənədinə əsasən xx.xx.2024-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay bir uşaq üçün 210 manat olmaqla cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, o cümlədən icra məmurunun verdiyi izahatdan məlum olmuşdur ki, borclu Şəxs hazırda icra sənədi üzrə 4670 manat ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə iclasında borclu icra sənədi üzrə borcundan 420 manatını hazırda, 1500 manat borcunu isə may ayının sonuna kimi tələbkara ödəməyi təklif etməklə, qalan borc məbləğini də yaxın vaxtlarda ödəyəcəyi barədə öhdəlik götürmüş, tələbkar da borclunun təklifi ilə razılaşaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddə ilə inzibati məsuliyyət yaranır. Məhkəmə İXM-nin 528.1-ci maddəsində məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğunu, hazırda Şəxs aliment borcundan 420 manatı tələbkara ödəmək istədiyini, tələbkarın qeyd edilən təkliflə razılaşaraq işin icraatına xitam verilməsi xahişini əsas götürərək, onun icra sənədinin icrasından qərəzli şəkildə yayınmaması qənaətinə gəlir. Göründüyü kimi, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yaranmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar