Məhkəmə qərarları › İş №3(050)-1238/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1238/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1238/2025 12.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 iştirakları ilə, xx.xx.1993-cü ildə Ucar rayonunda doğulmuş, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, 9-cu mkr, Mircəlal küçəsi, ev 25 mənzil 60da yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-1802/2024 saylı, 13 avqust 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 12 oktyabr 2010-cu ildə anadan olmuş X3, 14 aprel 2012-cı ildə anadan olmuş X4 və 20 fevral 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. Şəxs Mustar qızı heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs Mustar qızı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Mustar qızı bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1802/2024 saylı, 13 avqust 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 12 oktyabr 2010-cu ildə anadan olmuş X3, 14 aprel 2012-cı ildə anadan olmuş X4 və 20 fevral 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. Alimentin ödənilməsinin başlanğıcı 20 may 2024-cü il tarixdən hesablanmışdır. Borclu icra və probasiya şöbəsinə axtarış qərarı ilə gətirilmişdir. Borclunun 2025-ci ilin hazırkı tarixinədək 2310 manat ödənilməmiş borcunun yığıldığı müəyyən olunmuşdur. Borclu bu tarixədək heç bir ödəniş etməmişdir. Tələbkarla əlaqə saxlanılmış və tələbkar borclu barəsində inzibati qaydada protokol tərtib olunaraq məhkəməyə verilməsini xahiş etmişdir. Eləcədə borclu borcunu tam şəkildə tələb edir. İnzibati xəta haqqında protokol tərtib olunub məhkəmə icraatına daxil olduqdan sonra borclu 1000 manat tələbkarın hesabına yaranmış aliment borcundan ödəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, əgər malı-mülkü olmuş olsaydı borcunu ödəyərdi, lakin maddi imkanı olmadığına görə yaranmış borcu yığılıb qalmışdır. Yaranmış aliment borcundan 1000 manat ödəmişdir. Bir həftə möhlət veriləcəyi təqdirdə çalışıb qalan borcunuda ödəyəcəkdir. Ayağı sındığı üçün beş ay işləyə bilməmişdir. Eləcədə kreditləri olduğu üçün həmin kreditlərin ödənişi ilə bağlıda gecikmələri olmuşdur. Barəsində cərimə cəzasının tətbiq olunmasını istəmir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materialına əlavə edilmiş borclu tərəfindən məhkəməyə təqdim olunmuş qəbzdən görünür ki, C**** X***** A***** oğlu, 523915******5784 nömrəli kart hesabına 1000 manat ödəniş edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılmış şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin həkərlərini davam etdirmiş olsun. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatından görünür ki, borclu icra sənədi üzrə yaranmış borcdan xəbərdar olduğunu, alment ödəməkdən yayınmaq fikrinin olmadığı, yaranmış borcundan bu gün 1000 manat ödədiyini, yaranmış qalan borcunu isə bir həftə müddətində ödəyəciyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, borclu Şəxs sözügüdən iş üzrə yaranmış aliment borcundan 1000 manat ödəmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi borclu Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-1802/2024 saylı, 13 avqust 2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələlərindən yayınmamış, işsiz olduğu üçün, yəni üzürlü səbələrdən izahatında aliment borcunu müvəqqəti olaraq tam olaraq ödəyə bilmədiyini, lakin yaxın müddət ərzində ödəyəcəyini bildirmiş, hətta xx.xx.2025-ci il tarixdə ümumi borcundan 1000 manat ödəyərək icra sənədindəki tələbin çox hissəsini icra etmişdir. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, hazırkı iş üzrə borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar