Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1240/2025 12.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon Polis Şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Masallı rayonu, Binə Xocavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Binə Xocavar kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Şəxs barədə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmiş ona görə ki, 08 may 2025-ci il tarixdə “RENAULT MEGANE” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddənin tələblərini pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon Polis X8 polisi bölməsi baş dövlət avtomobil müfəttişi polis kapitanı X4 məhkəmə iclasında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs sürücülük hüququ olmadan tanışı X3 məxsus nəqliyyat vasitəsini idarə edən zaman yol kənarında dayanmış X2 məxsus nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş hadisədə xəsarət alan olmasada “Tayota Corolla minik” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomabilə ziyan dəymişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmişdir. Masallı Rayon Polis X8 polisi bölməsi baş dövlət avtomobil müfəttişi polis kapitanı X4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, yol-patrul xidmətinin inspektorları tərəfindən yol nəqliyyat hadisəsinin sxemi qaralama şəkilində tərtib edilmiş, hal şahidlərinə imza çəkdirilmiş, özü isə real hadisə yerində olmadan otaq şəraitində həmin sxemi tam şəkildə tərtib etmişdir. Etiraf edir ki, yol nəqliyyat hadisəsi sxemi düzgün şəkildə tərtib edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə tanışı X5 içki olduğu üçün ona məxsus nəqliyyat vasitəsini idarə etmişdir. Masallı rayonu, Ərkivan qəsəbəsində nəqliyyat vasitəsini idarə edən zaman qarşında hərəkət olan X2 məxsus avtomobil gözləmədiyi anda dayanmışdır. Həmin vaxt o, nəqliyyat vasitəsini saxlaya bilməmiş və avtoqəza baş vermişdir. O, hesab edir ki, qəza onun ucbatından olmamışdır. Şahverən Nəzərov idarə etdiyi avtomobili yolun hərəkət hisəsəsində tam şəkildə kənara çəkmədən anidən saxlamışdır. Bunun nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, 08 may 2025-ci il tarixdə içkili olduğu üçün özünə məxsus avtomobili tanışı Şəxs idarə etmək üçün vermişdir. Şəxs maşının idarə etmək üçün sürücülük hüququ olmadığını bilmişdir. Nasir həmin tarixdə maşını Masallı rayonu, Ərkivan qəsəbəsi istiqamətində idarə edən zaman Şahverən Nəzərova məxsus avtomaşın qarşılarında hərəkətdə olmuşdur. Şahverən Nəzərov taksi kimi çalışdığı üçün yol kənarında bir nəfər maşını saxla işarəsini vermişdir. Şahverən Nəzərov yolun hərəkət hisəsəsindən tam kənara çıxmadan anidən avtomaşını saxlamışdır. Həmin hüquqazidd əməlin nəticəsində Şəxs da maşını saxlaya bilməmiş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzbati xəta törətməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon Polis Şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi polis kapitanı X4 etiraf etmişdir ki, yol patrul xidmətinin inspektorları tərəfindən yol nəqliyyat hadisəsinin sxemi qaralama şəkilində tərtib edilmiş, hal şahidlərinə imza çəkdirilmiş, özü real hadisə yerində olmadan otaq şəraitində həmin sxemi tam şəkildə tərtib etmişdir. Etiraf edir ki, yol nəqliyyat hadisəsi sxemi düzgün şəkildə tərtib edilməmişdir. Məhkəmə qeyd edir ki, protokolu tərtib etmiş orqan tərəfindən yol-nəqliyyatı hadisəsi yeri düzgün şəkildə müayinə olunmamış, tərtib edilmiş sxemi otaq şəraitində mülahizələr əsasında real hadisə yeri görülmədən tam olaraq tərtib edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, protokolu tərtib etmiş orqan tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi yerinə baxış zamanı video və fotoçəkilişin aparılması dair hər hansı sübüt inzibati xəta haqqında materiala əlavə olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, protokolu tərtib etmiş orqan tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərfindən protokol və digər sənədlər düzgün tərtib olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Masallı Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Masallı Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1240/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1240/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver