Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1241/2023 18.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Masallı rayonu, Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş 26 iyul 2023-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonu, Çaxırlı kəndində yerləşən X1 məxsus fərdi yaşayış evinin həyətində olan azbest şiferlərini sındırmaqla, həmçinin həyətdə olan yardımçı tikiliyə yerləşdirilmiş elektrik sayğacına daxil olan elektrik kabelini kəsərək sonuncuya ümumlikdə 266 manat maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu, Çaxırlı kənd sakini Səmid Kərimli onun qardaşı oğludur. Təxminən 25 il əvvəl atası Murtuza Kərimov ona məxsus olan torpaqdan kəsərək qardaşı Feyzulla Kərimovaya vermişdir. Tikilinin yerləşdiyi torpaq sahəsi əvvəllər onun olmuş, sonradan Səmid Kərimlinin atası Feyzulla Kərimov həmin torpaq sahəsinin özünə aid olmasını iddia etmişdir. Lakin keçmişdə tiklinin yerləşdiyi torpaq sahəsi ona məxsus olmuşdur. Onun əvvəllər Səmidin atası Feyzulla Kərimlinin ölümündən əvvəl pulla bağlı mülki mübahisəsi olmuşdur. O, bu pulu ölməmişdən əvvəl Feyzulla Kərimlidən istəmiş, “əgər vermirsənsə mənim sahəmi tərk et” demişdir. O, buna görə də həmin vaxt Feyzulla və onun oğlu Səmid həmin sahəni tərk etmədiyi üçün həmin sahədə olan köhnə tikilinin sökmyə başlamışdır. Çünki, onun pulumu verməmişlər və buna görə həmin torpaq sahəsini öz sahəsinə birləşdirmək istəmişdir. Buna görə də orada olan şiferləri sındırmışdır. Onun evinə gələn elektrik kabeli qeyd olunan yardımçı tikilidə olan elektrik sayğacından keçir. O, həmin elektrik kabelindən istifadə etmişdir. Lakin mərhum qardaşı Feyzulla Kərimov kabeldən onun istifadə etməməsi üçün həmin kabeli kəsmişdir. O, həmin müddətdən sonra evində işıqsız qalmışadır. O, həmin tikilidə olan şiferləri sındırsa da, həmin kabeli kəsməmişdir. Sonda C.M. Kərimov göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Səlahiyyətli orqanın nümayəndəsinə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər, bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 26 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonu, Çaxırlı kəndində yerləşən X1 məxsus fərdi yaşayış evinin həyətində olan azbest şiferlərini sındırmaqla, həmçinin həyətdə olan yardımçı tikiliyə yerləşdirilmiş elektrik sayğacına daxil olan elektrik kabelini kəsərək sonuncuya 266 manat maddi ziyan vurmuşdur. 19 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞin İTB-yə verilməsi qərara alınmışdır. 21 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda istinad olunmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən X1 məxsus azbest şiferlərinin sındırılması və elektrik sayğacına gedən elektrik naqillərinin kəsilməsi nəticəsində dəmiş maddi ziyanın məbləği 266 manat məbləğində müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün səmimi etirafı (qismən) ilə yanaşı, inzibati xəta haqqında protokol, 19 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Şəxs barəsində dəymiş ziyanın 01 (bir) misli miqdarında 266 (iki yüz altmış altı) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuni hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib barəsində dəymiş ziyanın 01 (bir) misli miqdarında 266 (iki yüz altmış altı) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1241/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1241/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver