Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1244/2023 25.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, şikayətçı X4, qərarından şikayət verilən Azərbaycan Respublikası Qida X2-Astara regional bölməsinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, X4 Azərbaycan Respublikası Qida X2-Astara regional bölməsinin 19 may 2023-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayət verərək, Azərbaycan Respublikası Qida X2-Astara regional bölməsinin 19 may 2023-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən əsassız olaraq cərimə olunmuşdur. Cərimə olunmasına səbəb isə Masallı rayonu “Bayraq Meydanı” deyilən ərazidə qeyri-yaşayış sahəsi var və həmin qeyri-yaşayış sahəsində dükan işlədərək fərdi əməklə məşğul olur. Onunla ədavət aparan həmkəndlisi ondan şikayət etmiş, şikayət əsasında agentliyin əməkdaşları ona məxsus dükanda yoxlama aparmışlar. Dükanda olan bütün ərzaq məhsulları yoxlanılmış, vaxtı keçmiş mal aşkar edilməmişdir. Sonradan barəsində əsassız otaq şəraitində qərar qəbul etmişlər. Guya onun dükanında yararlılıq müddəti ötmüş məhsulların satışı həyata keçirilir. Həmin malların hansı mallar olduğu qeyri-müəyyən olaraq qalmaqdadır. Ümumiyyətlə ona məxsus dükanda vaxtı keçmiş mal olmamışdır. X8 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə1 bildirdi ki, 19 may 2023-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın şikayət verən şəxsəgöndərilmişdir, lakin qərarın ona nə zaman çatması barədə sübut yoxdur. Azərbaycan Respublikası X3 əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə X5 məxsus ünvan 1i ünvanında fəaliyyət göstərən ərzaq məhsullarının satışı obyektində plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Belə ki, vətəndaş X7 tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə “1003-Çağrı Mərkəzi” vasitəsi ilə ünvan 1i ünvanında fəaliyyət göstərən və fiziki şəxs X5 məxsus ərzaq məhsullarının satışı obyektində son istifadə müddəti ötmüş qida məhsullarının satışının həyata keçirilməsi ilə bağlı müraciəti daxil olmuş və qanunvericiliyə uyğun tədbir görülməsi xahiş edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda plandankənar (növbədən kənar) yoxlama keçirilə bilər. Yoxlama Azərbaycan Respublikası X3 xx.xx.2023-cü il tarixli yoxlamanın aparılması haqqında LRBPK-23/044 nömrəli qərara və Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231919834 nömrəli çıxarışa əsasən keçirilmişdir. Yoxlama keçirilməsi üçün əsas olan sənədlər sahibkara təqdim edilmiş və sahibkar sənədlərlə tanış olduqdan sonra yoxlamanın keçirilməsinə icazə vermişdir. Yoxlamaya başlamazdan əvvəl sahibkara bütün hüquq və vəzifələri izah edilmişdir. Yoxlama zamanı dükanda bir sıra ərzaq məhsullarının saxlanma temperaturuna əməl edilmədiyi və son istifadə müddətlərini ötdüyü aşkarlanmışdır. Belə ki, satış piştaxtalarında yerləşdirilən “Squşenko” əmtəə nişanlı qatılaşdırılmış süd məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə, “Lays” əmtəə nişanlı çipsi məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə, “Baltika” əmtəə nişanlı alkoqollu içki məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə, “Flash Ultra” əmtəə nişanlı alkoqolsuz içki məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə, “Pryanik” əmtəə nişanlı qənnadı məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə, “İmpuls” əmtəə nişanlı çipsi məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə, “Lay-lay” əmtəə nişanlı vafli məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə bitdiyi aşkarlanmışdır. Aşkarlanmış bütün nöqsanlar aparılan yoxlama zamanı tərtib edilmiş baxış aktında qeyd edilmişdir. Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərib edilmişdir. Sahibkara işə baxılmada iştirak etmək üçün inzibati xəta haqqında işlər üzrə və yoxlama materiallarına baxış üçün bildirişlər göndərilmişdir. xx.xx.2023-cü il tarixdə bildiriş göndərilməsinə baxmayaraq, X8 işə baxılmada iştirak etməmiş və İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən sahibkarın 1500 manat məğləğində cərimə edilməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. X8 tərəfindən verilmiş şikayət əsassız və həqiqətə uyğun deyil. Belə kı, şikayətdə qeyd olunur ki, guya dükanda son istifadə müddətləri ötmüş məhsul olmayıb və barəsində otaq şəraitində qərar qəbul edilmişdir. Lakin dükanda keçirilən yoxlama zamanı son istifadə müddətləri ötmüş məhsullar aşkar edilmiş şəkillər çəkilməklə baxış aktına əlavə olunmuşdur. Otaq şəraitində qəbul edilmiş qərara gəldikdə isə bu qərarın qəbul edilməsində iştiurak etməsi üçün vətəndaşa bildiriş göndərilmiş və işəbaxılmada iştirak etmək üçün Lənkəran-Astara regional bölmənin inzibati binasına dəvət edilmişdir. İşə baxılarkən Azərbaycan Qida Təhiükəsizliyi Agentliyinin vəzifəli şəxsi (Lənkəran-Astara regional bölmənin rəisi v.i.e) Xalid Ələkbərli humanist mövqe nümayiş etdirmiş və İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə sahibkara minimum cərimə tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Sənədlər tərtib olunarkən sahibkara hüquq və vəzifələri izah edilmiş, tərtib olunmuş sənədlərə imza etmək və etməmək hüququnun olması izah edilmişdir. DÜkanda baxış zamanı say və çeşid olaraq bir çox məhsulların aylardır son istifadə müddətlərinin ötdüyü məlum olmuşdur. Bu da X8 tərəfindən son istifadə müddətləri ötmüş məhsulların satış piştaxtalarından yığışdırılmamasının göstəricisidir. Sonda Nümayəndə1 şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Nümayəndə2 Nümayəndə1 ilə eyni məzmunlu izahat verərək şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayət verən şəxsi və qərarından şikayət verilmiş orqanın nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq aşağıda göstərilənlərə əsasən hesab edir ki şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, LRBPK-23/044 saylı yoxlamanın aparılması haqqında qərarından görünür ki, X5 məxsus ünvan 1ində yerləşən təsərrüfat obyektində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək plandankənar yoxlamın aparılması qərara alınmışdır. 10 may 2023-cü il tarixli, KY231919834 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, aparılacaq plandankənar yoxlama Dövlət reyestrində qeydiyyata alınmış, yoxlama müddəti xx.xx.2023-xx.xx.2023cü il müəyyən edilmişdir. Qida obyektinə baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, LRBPK-23/044 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası X3 xx.xx.2023-cü il tarixli yoxlamanın aparılması haqqında LRBPK-23/044 nömrəli qərarına və Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231919834 nömrəli çıxarışına əsasən vətndaş müraciəti əsasında X5 məxsus mağazada plandankənar (növbədənkənar) yoxlama keçirilməsi barədə akt tərtib olunmuşdur. 10 may 2023-cü il tarixli, LRBPK-23/044 nömrəli yoxlama aktından görünür ki, X5 məxsus ərzaq mağazasında aparılan plandankənar yoxlama zamanı satış piştaxtalarında yerləşdirilən “Squşenko” əmtəə nişanlı qatılaşdırılmış süd məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə, “Lays” əmtəə nişanlı çipsi məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə, “Baltika” əmtəə nişanlı alkoqollu içki məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə, “Flash Ultra” əmtəə nişanlı alkoqolsuz içki məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə, “Pryanik” əmtəə nişanlı qənnadı məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə, “İmpuls” əmtəə nişanlı çipsi məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə, “Lay-lay” əmtəə nişanlı vafli məhsulunun son istifadə müddətinin xx.xx.2023-cü il tarixdə bitdiyi aşkarlanmışdır. 10 may 2023-cü il tarixli, seriya MN, ******* saylı inzibati xəta haqqında protokolda göstərilir ki, ünvan 1ində yerşələn X5 məxsus mağazada aparılan plandankənar yoxlama zamanı marketdə bir sıra ərzaq məhsullarının saxlanma temperaturuna əməl edilmədiyi və son istifadə müddətlərini ötdüyü aşkarlandığından X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. 19 may 2023-cü il tarixli, seriya MN, ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinin tələblərini pozduğuna görə 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tədqiqatı zamanı şikayət verən şəxsin, qərarından şikayət verilən orqanın nümayəndələrinin izahatları, iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuşdur ki, X1 faəliyyəti ilə məşğul olduğu ünvan 1ində yerləşən mağazada Azərbaycan Respublikası X3 əməkdaşları tərəfindən aparılan yoxlama zamanı bir sıra ərzaq məhsullarının saxlanma temperaturuna əməl edilməmiş və son istifadə müddətləri ötmüşdür. Bununla bağlı müvafiq fotoşəkillər çəkilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda Plandankənar (növbədən kənar) yoxlama keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 447.0.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni saxlama müddəti ötmüş məhsulların satılmasına görə-fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X4 19 may 2023-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 12, 447.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 19 may 2023-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1244/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1244/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver