Məhkəmə qərarları › İş №3(050)-1250/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1250/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1250/2023 07.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyaşlı uşağı olan, orta təhsilli, İİ dərəcli əlil, fərdi əməklə məşğul olan, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 xx.xx.2023-cü il tarixdə Masallı şəhəri ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, X4 xx.xx.2023-cü il tarixdə Masallı şəhəri ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. X4 bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin sahə rəisi X7 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə 16:00 radələrində Masallı RPŞ-nin PPXB-nin polis nəfərləri İsmayıl Xalıqzadə və X12 şəhər ərazisində hərəkətdə olarakən Digah küçəsində iki nəfər şəxsin yol kənarında içtimai yerdə bir-birləri ilə mübahisə edərək, ucadan nalayiq ifadələr işlətdiyini görüb onlara yaxınlaşaraq, özlərini təqdim edib onları nizam-intizama dəvət edərək içtimai yedə ucadan söyüş söyməmələrini bildirsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq qanunsuz əməllərinə davam etdirmişlər və bu səbəbdən RPŞ-yə gətirmişlər. RPŞ-də məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1994-cü il təvəllüdlü Masallı rayonu, Həsənli kənd sakini X5 və Nefçala rayonu, Xəzər kənd sakini X8r. Bu səbəbdən də barələrində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahatında göstərdi ki, 05.08. 2023-cü il tarixdə saat 16 radələrində Nefçala rayonu, Xəzər kənd sakini X11 ilə aralarında pulla bağlı mülki mübahisləri olduğundan qarşılıqlı olaraq ucadan ünvansız söyüşlər söymüşlər. Yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati xəta olduğunu bildirərək onları ictimai qaydadaya əməl etmələrini izah etməklə nizam-intizama dəvət etsələr də, əsəbi olduğundan polis əməkdaşlarının qanunu tələblərinə tabe olmamışdır. Bu səbəbdən Masallı RPŞ-yə aparıldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonda Q.K.Qəhrəmanlı etdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, İİ dərəcəli əlil olmasını nəzərə alıb barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İşdə olan sənədlərdən görünür ki, X2 barəsində Masallı Rayon Polis şöbəsinin İTBnin sahə rəisi X7 tərəfindən xx.xx.2023-cü il tarixdə seriya MN ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, X4 İİ dərəcəli əlildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 təqsiri, özünün etirafı, protokolu tərtib etmiş şəxin izahatı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X2 məsuliyyətini yüngüləşdirilən və ağırlaşdıran hal yoxdur. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar