Məhkəmə qərarları › İş №3(050)-1252/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1252/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1252/2023 07.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1978-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul oan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılağac kəndində yaşayan; Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 16 iyul 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı X5 dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, X6 onun xalasıdır, onunla düşmənçilik və ədavəti olmamışdır. Dayısı Yadullanın ilə babası Ələkbərin qonşudurlar. Onlar arasında yol üstündə münaqişəsi olmuşdur. O, həmin tarixdə dayısı Yadullanı görmək üçün öz idarə etdiyi avtomobillə onun yaşadığı ünvana getmişdir. Bu zaman Yadullanın həyətdən kənarda yolda gözləmişdir. Biraz sonra dayısı Yadulla onun yanına gəlmiş və onun idarə etdiyi avtomobillə oradan uzaqlaşmışlar. Həmin vaxt o xalası Lətafəti və babası Ələkbəri döyməmiş və ona qarşı heç bir zorakılıq işlətməmişdir.Bundan başqa o, xalası ilə barışmış və məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, atası X8 1-ci qrup əlil olduğu üçün o atasına baxır. Şəxs onun bacısı oğludur və Ələkbər Ələkbərovun nəvəsidir. Ramin mütəmadi olaraq onu və atasını narahat etmiş və onları nalayiq ifadələrlə təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şəxs atasının yaşadığı Masallı rayonu Qızılağac kəndində yerləşən evə gəlmişdir. Bundan bir neçə neçə gün əvvəl atası Ələkbər özünə məxsus evi oğlu Yadullanın adına keçirməkdən imtina etmiş, daha əvvəl fərdi yaşayış evini Raminin adına keçirilsədə sonradan bundan vaz keçilmişdir. Şəxs buna görə onlara gəlmiş, əvvəlcə atasına bu barədə iradlar bildirmişdir. Atasını nalayiq ifadələrlə təhqir etmişdir. Atasının üzərinə hücum etmişdir. O, Raminə mane olmaq üçün qarşısına keçmişdir. Ramin onun sol qulaq nahiyəsinə və sol qol nahiyəsinə bir neçə dəfə şillə ilə vurmuşdur. O bundan sonra yerə yıxılmış, yenidən ayağa qalxmış və Raminin hücum etməsinə mane olmaq istəmişdir. Lakin Ramin bu dəfə də 2 əli ilə onun sinə nahiyəsindən itələmiş və yerə yıxmışdır. Bundan sonra Şəxs onu nalayiq ifadələrlə təhqir edərək oradan uzaqlaşmışdır. Bu zaman onun qardaşı Yadulla Ələkbərov da orada olmuş, kənarda onlara baxmışdır. Yadulla bu mübahisəyə heç bir müdaxilə etməmiş, lakin onları nalayiq ifadələrlə təhqir etmişdir.Hazırda ərizə ilə məhkəmyə müraciət edərək bildirir ki, Raminlə barışmışdır ona qarşı heç bir şikayət və tələbi yoxdur.Odur ki, iş üzrəə icraata xitam verilməsini xahiş edir. İşə əlavə edilmiş cinayət işi başlanamsının rədd edilməsi haqqında 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayəti işi başlanmasının rədd edilməsi, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi üçün Masallı RPŞ-in İTB-nə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 661 nömrəli rəyindən görünür ki, X1 bazu nahiyəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, X10 barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olmaısını, zərərçəkmiş şəxs X3 məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin ekspet rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində gösrəilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hərəkətləri törətməklə əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxs X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbinin olmamasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İş materialında olan ərizələrdən də görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X6 ərizə ilə müraciət edərək barışdıqlarını, inzibati xəta haqqında işin icaatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, zərər çəkmiş X6 ilə barışıb münasibətlərini bərpa etdiyini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, onların ərizə verərək barışmaqla icraata xitam verilməsi barədə xahişlərini nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş şəxs X6 ilə barışdıqlarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə, və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar