Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1253/2024 31.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbaova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abbaov Elçin Yapun oğlunun, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru İbayev Bəhruz Məhəmməd oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 19 dekabr 1987-ci ildə Masallı rayonu, Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan. Abbaov Elçin Yapun oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(050)-2675/2022 nömrəli icra sənədinə əsasən Beyləqan Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(020)-1807/2019 nömrəli qətnaməsi ilə 12 mart 2017-ci il təvəllüdlü Abbasov Uğur Elçin oğlunun və 21 iyul 2018-ci il təvəllüdlü Abbasov Ümid Elçin oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat məbləğində pul Abbasov Elçin Yapun oğlundan alınaraq Abbaova Saray Səlyəddin qızına ödənilməlidir. Lakin borclu Abbaov Elçin Yapun oğlu icra sənədi üzrə yaranmış borcunun ödənilməsini tam olaraq həyata keçirməmişdir. Abbaov Elçin Yapun oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru İbayev Bəhruz Məhəmməd oğlu izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(050)-2675/2022 nömrəli icra sənədinə əsasən Beyləqan Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(020)-1807/2019 nömrəli qətnaməsi ilə 12 mart 2017-ci il təvəllüdlü Abbasov Uğur Elçin oğlunun və 21 iyul 2018-ci il təvəllüdlü Abbasov Ümid Elçin oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat məbləğində pul Abbasov Elçin Yapun oğlundan alınaraq Abbaova Saray Səlyəddin qızına ödənilməlidir.Abbaov Elçin Yapun oğlunun hazırda 500 manat borcu yaranmışdır. Borclu əvvəllər aliment borcunu müntəzəm olaraq ödəmiş, lakin son iki ay ərzində heç bir ödəniş edilməmişdir. Tələbkar 30.05.2024-cü il tarixdə Beyləqan rayonundan iki uşağı ilə birlikdə İcra və Probasiya Şöbəsinə gəlmiş maddi imkanın olduqca çətin olduğunu, uşaqları baxdığı üçün işləyə bilmədiyini, aliment borcundan ən azı 200 manat ödənilib övladlarının ac qalmamasını xahiş etmişdir. Borclunun evinə tələbkarla birlikdə dəfələrlə getsələrdə qapını açan olmamış, bundan sonra tələbkarı evinə yola salmışdır. Bü gün yəni 31.05.2024-cü il tarixdə borclu İcra və Probasiya şöbəsinə gəlmiş ondan aliment borcunu ödənilməsini tələb edilsədə o, maddi imkanın olmadığını borcunu ödəyə bilməyəcəyini bildirmiş və barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abbaov Elçin Yapun oğlu izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(050)-2675/2022 nömrəli icra sədindən məlumatlıdır. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır və hər ay aliment borcunu ödəməyə etiraz etmir. İcra sənədi üzrə yaranmış 500 manat borcu borcdan hazırda 250 manat ödəniş edir qalıq borcuda iyun ayının 15-nədək ödəyəcəkdir. Hal-hazırda borcunu tam ödəyə bilmir. Borcunu tam ödəyə bilməməsinin səbəbi, icradan qərəzli olaraq yayınmaq deyil, maddi imkansızlığıdır. Xahiş edir inzibati icraata xitam verilsin. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, istifadəsində olan mobil telefonla əlaqə saxlanılmaqla ona yaranmış borcdan 250 manat ödənildiyini bildirilməklə inzibati xəta haqqında işə baxılması barədə mövqeyi öyrənilərkən məhkəmə iclasınının onun iştirak olmadan keçirilməsini xahiş etmiş, uşaqlarının atasının tutulmasını istəmədiyini, lakin qalan aliment borcunu iyun aynın 15-dək ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə borclunu və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu əvvəllər müntəzəm olaraq ödənişlər etmiş, lakin maddi imkansızlıq səbəbindən son iki ay ərzində ödənişlər etməmiş, bundan başqa borclunun adında hər hansı əmak olmadığı və daimi iş yeri olmadığı üçün tələbin bir dəfəlik olaraq ödənilməsini icra edə bilmir. Bundan əlavə məhkəmə iclasında verilmiş izahatlardan da aydın olur ki, borclu tələbin icrasından qərəzli olaraq yayınmamış, məhkəmə iclasında yaranmış aliment borcundan 250 manat ödəmiş qalan borcuda iyun ayının 15-dək ödəməyə söz verir.Bununla da məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin icrasıından qərəzli olaraq yayınmamışdır. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməmə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43,53, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Abbaov Elçin Yapun oğlu barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1253/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1253/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver