Məhkəmə qərarları › İş №3(050)-1254/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1254/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1254/2023 08.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın, Zərərçəkmiş şəxs X1 iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 01 mart 1979-cü ildə Masallı rayonu, Xıl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olan və yaşayan; Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Masallı şəhəri, Z.Əliyev küçəsi ərazisində X3 dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, X4 onun bacısı Ruhiyyə ilə qeyri-rəsmi yaşamışdır, əvvəllər münasibətləri yaxşı olsada, sonradan münasibətləri korlanmış, buna səbəb isə Cabirin onun barəsində Hüquq Mühafizə orqanlarına əsassız şikayətlər etməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində qonşusu Simuzər onun istifadəsində olan mobil telefona zəng edərək Bədəlan kəndində ehsan verildiyini demişdir. O, Simuzərə yol pulunun olmadığını, Simuzər ona “Qardaşlar” marketin yanına gəlməsini və onun yol pulunu verəcəyini bildirmişdir. O, da yaşadığı evdən çıxıb “Qardaşlar” marketin yaxınlığına gedərkən evinin qarşısında olan küçədə Cabirin özünə məxsus avtomaşınla dayandığını görmüş, Cabirə yaxınlaşıb onun evinin qarşısında dayanıb evinə nəyə görə baxdığını soruşmuşdur. Cabir avtomaşınından düşüb onunla mübahisə edərək bacısı Ruhiyyənin onun evində olduğunu demişdir. O, Cabirə demişdir ki, Ruhiyyə onun evində deyil. Cabir ilə aralarında mübahisə yaranmaması üçün ona baş qoşmamış və yoluna davam etmişdir. Cabir özünə məxsus “Vaz” 2107 markalı avtomaşınla onun arxasıyca gəlmiş, və Simuzəri gördükdə avtomaşını salayaraq ona qarşı nalayiq ifadələr işlədərək söyüb təhqir etrmişdir. O, həmin vaxt Cabirə etdiyi hərəkətə görə iradını bildirdikdə Cabirlə aralarında sözlə mübahisə yaranmışdır. Cabir əlləri ilə onun boğaz nahiyəindən tutaraq sillə ilə boyun və üz nahiyəsinə vurduğu üçün o, da Cabirin boyun nahiyəsindən əlləri ilə tutmuşdur. Həmin vaxt Cabir və o, xəsarət almışdır. Bu zaman bacıları Ruhiyyə və Aynurə mübahisə gedən yerə gəlmiş və Cabirin onu döyməməsi üçün aralamışlar. Cabir özünə məxsus mobil telefonu yerə çırparaq demişdir ki,"sizi şərləyib başınıza oyunlar açacam". Daha sonra Cabir həmin yeri tərk etmişdir. O, Cabirin telefonunu yerə vurmamışdır. Cabir onun barəsində qərəzli olaraq şikayət etmişdir. Onun heç bir günahı yoxdur və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Masallı şəhəri, Z.Əliyeva küçəsində özünə məxsus "VAZ 2107" markalı avtomobil ilə Aynurənin evinin yanında hərəkətdə olduğu zaman, Aynurənin evinin həyətində olan qapıdan Simuzər, Aynurə, Yeganə, Ruhiyyə və digər adlarını bilmədiyi və tanımadığı 2 nəfər kişinin çıxdığını görmüş, lakin avtomaşınını saxlamamış, yaxınlıqda olan “Asan Xidmətə” gedib oradan yenidən arxaya qayıtmış, Aynurənin yaşadığı evin yaxınlığında küçədə olduğu zaman, küçədə Simuzər, Aynurə, Yeganə və Ruhiyyənin olduğunu görmüş, avtomobilinin hərəkətini dayandırıb Simuzərə yaxınlaşaraq demişdir ki, Ruhiyyə ilə niyə adam görüşdürürsən. Sumuzər ona demişdir ki, Ruhiyyə ona yalvarmışdır ki, evində bazarlıq etməyə pulu yoxdur, onunla kişi görüşdürsün. Həmin vaxt o, DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra Yeganə ona yaxınlaşaraq demişdir ki, "sən kimsən ki, Simuzərə nəsə deyirsən". Bu səbəbdən Yeganə ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Yeganə onun əlində olan Samsung A51 markalı mobil telefonunu alıb yerə çırpmışdır. Yeganə mobil telefonunu götürərək ona vermiş, oda öz mobil telefonunu yerə atmış ki, polis yaxınlaşacaq bura, ona məxsus telefonunu yerə atdığını görsün. Yeganə onun üzərinə yüyürərək əli ilə boğaz nahiyəsinə xəsarət yetirmiş, o, əli ilə Yeganənin sinə nahiyəsindən geri itələmişdir. Yeganə yüksək səslə qışqırmağa başlamış və yerdə olan daş parçalarını onun üzərinə atmışdır. Daha sonra o həmin yeri tərk etmiş və Masallı RPŞ-nə ərizə ilə müraciət edərək Yeganə adlı şəxsin onu döyməsini göstərmişdir. Hazırda aralarında barışıq əldə olunmamış və məhkəmədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində qanunamüvafiq tədbirin görülməsini xahiş edir. iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 26 iyul 2023-cü il tarixli 696 saylı ekspert rəyindən görünür ki, X2 boynun və döş qəfəsinin ön yuxarı hissəsinin sıyrıqları müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, cırmaqlama nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs və X1 əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxsnın və X1 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-in İTB-nə verilməsi qərara alınmışdır. Məhkəmə prosses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxsnın əməlində Azərbaycan Respublikasının İXM-nin 157-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın əməli zərər çəkmiş X1 məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, 26 iyul 2023-cü il tarixli 696 saylı ekspert rəyi, 02 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnın əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxsnın qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar