Məhkəmə qərarları › İş №3(050)-1255/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1255/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1255/2023 08.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Türkmənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Öncəqala kəndndə qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, Z.Əliyeva küçəsində yerləşən "Qardaşlar” marketin yaxınlığında Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X9 məhkəmə iclasında göstərdi ki, Masallı şəhəri, Dadva küçəsində yaşayan X1 xx.xx.2023-cü il tarixdə DİN-nin 102xidmətinə zəng edərək, keçmiş tanışı Şəxs adlı şəxsin bacısı Hüseynovanın ünvanına gedib narahatlıq yaratması, bacısının döyülməsi barədə məlumat vermişdir. Eyni zamanda Masallı şəhəri, Dadva küçəsində yaşayan Zərərçəkmiş şəxs həmin tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saaat 11 radələrində Cabir adlı şəxsin onu döyməsini göstərmişdir. Aparılmış araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir kı, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Masallı şəhəri, Z.Əliyeva küçəsində yerləşən "Qardaşlar” marketin yaxınlığında Zərərçəkmiş şəxs Astanəii qızı ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qəsdən sonuncunun sinə nahiyəsindən əllə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin ön yuxarı hissəsinin sıyrıqları ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, lakin Şəxs və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti olduğundan barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasından ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X2, X3 və Zərərçəkmiş şəxs Astanəlı qızı ilə münasibətləri əvvəllər yaxşı olmuş, əvvəllər aralarında heç vaxt narazılıq və ya düşmənçilik ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrındə Masallı şəhəri, Z.Əliyeva küçəsində özünə məxsus “VAZ 2107” markalı avtomobil ilə Aynurənın evinin yanında hərəkətdə olduğu zaman Aynurənin evinin həyətində olan qapıdan Simuzər, Aynurə, Yeganə, Ruhiyyə və digər adlarını bilmədiyi və tanımadığı 2 nəfər kişinin çıxdığını görmüş, lakin avtomaşınını saxlamamış, yaxınlıqda olan “ASAN xidmət” mərkəzinə gedib oradan yenidən arxaya qayıtmış, Aynurənin yaşadığı evin yaxınlığında küçədə olduğu zaman küçədə Simuzər, Aynurə, Yeganə və Ruhiyyənin olduğunu görmüş avtomobilinin hərəkətini dayandırıb, Simuzərə yaxınlaşaraq demişdir ki, “sən əməllərindən əl çəkmirsən Ruhiyyə ilə adam görüşdürürsən”. Sümuzər ona demışdir ki, “Ruhiyyə ona yalvarmışdır ki, evində bazarlıq etməyə pulu yoxdur, onunla kişi görüşdürsün.” Həmin vaxt o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra Yeganə ona yaxınlaşaraq demişdir ki, “sən kimsən Simuzərə nəsə deyirsən.” Bu səbəbdən Yeganə ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Yeganə onun əlində olan Samsung A51 markalı mobil telefonunu alıb yerə çırpmışdır. Bundan sonra Yeganə mobil telefonunu götürərək ona vermiş, bundan sonra o, öz mobil telefonunu yerə atıb demişdir ki, polis yaxınlaşacaq bura, sənin mənə məxsus telefonunu yerə atmağını görsün. Yeganə onun üzərinə yüyürərək əli ilə boğaz nahiyəsinə xəsarət yetirmiş, o, əli ilə Yeganənin sinə nahiyəsindən geri itələmişdir. Yeganə yüksək səslə qışqırmağa başlamış və yerdə olan daş parçalarını onun üzərinə atmışdır. Bundan sonra o, həmin yeri tərk edib Masallı RPŞ-yə şikayət etmişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun bacısı Ruhiyyə ilə qeyri-rəsmi yaşamışdır. Əvvəllər münasibətləri yaxşı olsa da, lakin hal-hazırda münasibətləri korlanmışdır. Münasibətlərinin korlanmasına səbəb Cabirin onun barəsində əsassız şikayətlər etməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində qonşusu Simuzər onun istifadəsində olan mobil telefona zəng edərək Bədəlan kəndində ehsan verildiyini demişdir. O, Simuzərə yol pulunun olmadığını demişdir. Simuzər ona demişdir ki, “Qardaşlar” marketin yanına gəl mən sənin yol pulunu verəcəm. Bundan sonra o, yaşadığı evdən çıxıb “Qardaşlar” marketin yaxınlığına getdiyi zaman evinin qarşısında olan küçədə Cabirin özünə məxsus avtomaşınla dayandığını görmüş, Cabirə yaxınlaşıb onun evinin qarşısında dayanıb evinə nəyə görə baxdığını soruşmuşdur. Cabir avtomaşınından düşüb onunla mübahisə edərək bacısı Ruhiyyənin onun evində olduğunu demişdir. O, Cabirə demişdir kı, Ruhiyyə onun evində deyil. Bundan sonra Cabir ilə aralarında mübahisə yaranmaması üçün yol ilə “Qardaşlar” marketin yanına gedərkən Cabir özünə məxsus “Vaz 2107” markalı avtomaşınla onun arxasınca gəlmiş, Cabir avtomaşınını Simuzərin yanında saxlayıb Simuzəri nalayiq ifadələrlə söyüb təhqir etməyə başlamışdır. O, həmin vaxt Cabirin söydüyü söyüşlərə görə ona iradını bildirmişdir. Bundan sonra Cabir ilə aralarında sözlə mübahisə yaranmışdır. O, bacısı Ruhiyyənin istifadəsində olan mobil telefona zəng edərək, Cabirin onunla mübahisə etdiyini və onu döymək istədiyini demişdir. Cabir əlləri ilə onun boğaz hahiyəsindən tutaraq sillə ilə boyun və üz nahiyəsinə vurduğu üçün o, da Cabirin boyun nahiyəsindən əlləri ilə tutmuşdur. Həmin vaxt Cabir və o, xəsarət almışdır. Həmin vaxt bacıları Ruhiyyə və Aynurə onların yanına gəlmiş, Cabiri ondan kənarlaşdırmışlar. Cabir özünə məxsus mobil telefonu yerə çırparaq onu şərləyəcəyini bildirmişdir. Bundan sonra Cabir həmin yeri tərk edib getmişdir. Sonda Zərərçəkmiş şəxs Şəxs qanunamüvafiq qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində qonşusu Yeganənin istifadəsində olan mobil telefona zəng edərək Masallı rayonu, Bədəlan kəndində olan qohumları tərəfindən ehsan verildiyini demişdir. Yeganə onunla getməyə yol pulunun olmamasını demişdir. O, Yeganəyə yol pulunu verəcəyini, evinin yaxınlığında olan “Qardaşlar” marketin yanında gözlədiyini demişdir. Həmin vaxtdan 10 dəqiqə keçdikdən sonra Yeganənin yol ilə gəldiyini, Cabirin isə özünə məxsus “VAZ 2107” markalı avtomobil ilə Yeganənin arxası ilə gəldiyini görmüşdür. Yeganə dayanıb Cabirə demişdir ki, nə istəytırsən, niyə arxamca gəlirsən?. Bundan sonra Cabir onun yolun kənarında olduğunu görmüş, avtomaşınından düşərək onu nalayiq ifadələrlə söyüb təhqir edərək, onun Ruhiyyəni kişilərlə görüşdürdüyünü demişdir. O, Cabirə dediyi sözlərə gorə iradını bildirmişdir. Həmin vaxt Cabir Yeganənin üzərinə yüyürərək onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, Cabir əlləri ilə Yeganənin boğaz nahiyəsindən tutub sıxaraq sillə ilə onu vurmağa başlamış, Yeganə də Cabirin boyun nahiyəsindən əlləri ilə tutmuş, həmin vaxt Ruhiyyə və Aynurə onların yanına yaxınlaşmışlar. Cabir və Yeganə xəsarət almışdır. Həmin vaxt Cabir özünə məxsus mobil telefonu yerə çırparaq demişdir ki, “sizi görün necə şərləyib başınıza oyun açacam”. Bundan sonra Cabir həmin yeri tərk etmişdir. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Masallı RPŞ-nin TB toplanmış xx.xx.2023-cü il tarixli HK-1/2157 və HK-1/2158 nömrəli materiallar uzrə cinayət işi başlanması rədd edilmiş, X4 və Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X8 X13 27 07.2023-cü il tarixli, 698 saylı məhəkəmə-tibbi müayinəsi barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön yuxarı hissəsinin sıyrıqları müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, cırmaqlama nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 26 iyul 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin və şahidin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar