Məhkəmə qərarları › İş №3(050)-1256/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1256/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1256/2024 06.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı rayonu, Tatyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, Masallı rayonu, Tatyanoba kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X4 məhkəmə iclasında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:45-də Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək, Aydagül adlı şəxsin onu döyərək, qolunu sındırması barədə məlumat vermişdir. Eyni zamanda Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə Masallı RPŞ-yə müraciət edərək, həmin tarixdə Gülxanım, Kamilə və Aytən adlı qadınlar tərəfindən döyüldüyünü bildirməklə, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin materialla bağlı RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X5 tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yaşadığı Masallı rayonu, Tatyanoba kəndində yerləşən fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək, sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyi üçün onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkib əlamətləri var. Faktla bağlı aparılmış araşdırmanın sonunda cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin TİB-yə göndərilməsi qərara alınmışdır. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, boşanaraq azyaşlı övladı Ümidlə birlikdə Masallı rayonu, Tatyanoba kəndində yerləşən atasına məxsus fərdi yaşayış evinə geri gəlib yaşamağa başlamışdır. Həmin ev babasına məxsus olmuşdur. Həmin həyətdə iki ev vardır. Digər ev isə əmisi Güloğlan Məmmədova məxsusdur. Həmin evdə köhnə olduğu üçün yaşayış yoxdur. Ancaq Güloğlanın arvadı mütəmadi gələrək, həmin həyətin çox hissəsinin özünə düşdüyünü bildirir. Hətta bələdiyyə tərəfindən araları ölçülüb ayrılmışdır. Ancaq Aydagül həmin bölgü ilə razılaşmamışdır. Bu səbəbdən tez-tez ailə üzvləri ilə münaqişə yaradır. Sonucu dəfə xx.xx.2024-cü il tarixdə saat 08 radələrində torpaq sahəsi ilə bağlı aralarında mübahisə olmuş, Aydagül anasını döyən zaman onu itələmişdir ki, anasını döyməsin. Bu zaman Aydagül onun üzərinə gələrək, onu döymüş, təpiklə qoluna vurmuşdur. Aldığı xəsarətlərdən işə gedə bilmir. Sonda A.X. Bəylərzadə göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, Kamilə Məmmədova, Şəxs və Gülxanım Məmmədova ilə əvvəl qonşu olmuşlar. Qonşu olduqları müddət ərzində yollarının eyni olmasına baxmayaraq, gediş-gəliş yolunu bağlamışlar. Bu səbəbdən aralarında yol və torpaq üstə mübahisələri yaranmışdır. Həmin mübahisədən sonra o, kəndin digər tərəfindən fərdi yaşayış evi inşa etdirib ora köçmüşdür. Qeyd olunan yerdə köhnə evi və həyəti olduğundan arada bir evinə və həyətinə nəzarət etmək etmək üçün üçün ora gedib-gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrındə evinə və həyətinə nəzarət etmək məqsədilə getmişdir. Həmin vaxt gediş-gəliş yolu üzərində qoyulmuş qapı açarla bağlı olduğu uçün məcbur qalıb, setkadan olan zaborun üstündən həyətinə keçmişdir. Bu zaman Gülxanım, Kamilə və Aytən onun həyətə setka zaborun üstündən keçdiyini görmüşlər. Aralarında mübahisə olmuş, Kamilə və Gülxanım onu döymüşdülər. Aytən ilə əlbəyaxa olmamışdılar. Lakin təxminən 5-10 metr aralıda olan Aytən ona tərəf dəfələrlə daş atmış, həmin daşlardan bəziləri onun alınına, qoluna və bədəninin digər hissələrinə dəymişdir. Sonda Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmadığını bildirib ona qanuna müvafiq cəza verilməsini xahiş etmişdir. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Şəxs və Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın açılmasında ötrü material üzrə qəbul edilmiş qrarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X3 X9 xx.xx.2024-cü il tarixli, 338 saylı məhəkəmə-tibbi müayinəsi barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alının, burnun, sağ əlin arxa hissəsinin, sol said, sol mil-bilək oynağı nahiyəsinin və sağ və sol diz nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti mayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs əməlində himayəsində 1 azyaşlı uşağının olması inzibati tənbehi yüngülləşdirən hal kimi nəzərə alınmalıdır, inzibati tənbehi ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar