Məhkəmə qərarları › İş №3(050)-1258/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1258/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1258/2024 06.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakları ilə, xx.xx.1995-ci ildə Masallı rayonu Məmmədoba kəndində doğulmuş, Masallı rayonu Məmmədoba kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-241/2024 saylı, 22 fevral 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs və X4 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 017R********** nömrəli kredit razılaşması üzrə 24738.78 manat məbləğində əsas borc, 3268.68 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 205 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 28.312,46 manat məbləğində pul tutularaq “Accessbank" QSC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 174.32 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməsi və cavabdehlər Şəxs və X4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-132/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X7, X2, Şəxs müştərək qaydada 24 fevral 2023-cü il tarixə yaranmış 14881,34 manat əsas borc, 653,81 manat faiz borcu və 264,85 manat cərimə borcu olmaqla cəmi 15800 manat borc, həmçinin ilkin mediasıya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Masallı Rayon Məhkəməsinin e-2(050)-3331/2024 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs əsas borca görə 6761,83 manat, cərimə borcuna görə 200 manat, cəmi 6961,83 manat və ödənilmiş 97,77 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4879/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X1 və Şəxs müştərək qaydada 24 may 2022-ci il tarixli 346017-CNS- 35451 saylı kredit müqaviləsi üzrə 3188 (üç min yüz səksən səkkiz) manat 40 (qırx) qəpik əsas borc, 253 (iki yüz əlli üç) manat 60 (altmış) qəpik faiz borcu, 160 (yüz altmış) manat cərimə borcu olmaqla ümumilikdə 3602 (üç min altı yüz iki) manat məbləğində pul tutularaq "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Şəxs 7607 manat 25 qəpik (yeddi min altı yüz yeddi manat iyirmi beş qəpik), 845 manat 31 qəpik (səkkiz yüz qırx beş manat otuz bir qəpik) mobləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qopik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 8477 manat 56 qəpik (səkkiz min dörd yüz yetmiş yeddi manat əlli altı qəpik) pul "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİNİN xeyrinə tutulması qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-241/2024 saylı, 22 fevral 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs və X4 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 017R********** nömrəli kredit razılaşması üzrə 24738.78 manat məbləğində əsas borc, 3268.68 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 205 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 28.312,46 manat məbləğində pul tutularaq “Accessbank" QSC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 174.32 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməsi və cavabdehlər Şəxs və X4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-132/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X7, X2, Şəxs müştərək qaydada 24 fevral 2023-cü il tarixə yaranmış 14881,34 manat əsas borc, 653,81 manat faiz borcu və 264,85 manat cərimə borcu olmaqia cəmi 15800 manat borc, həmçinin ilkin mediasıya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Masallı Rayon Məhkəməsinin e-2(050)-3331/2024 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs əsas borca görə 6761,83 manat, cərimə borcuna görə 200 manat, cəmi 6961,83 manat və ödənilmiş 97,77 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4879/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X1 və Şəxs müştərək qaydada 24 may 2022-ci il tarixli 346017-CNS- 35451 saylı kredit müqaviləsi üzrə 3188 (üç min yüz səkson səkkiz) manat 40 (qırx) qəpik əsas borc, 253 (iki yüz əlli üç) manat 60 (altmış) qəpik faiz borcu, 160 (yüz altmış) manat cərimə borcu olmaqla ümumilikdə 3602 (üç min altı yüz iki) manat məbləğində pul tutularaq "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Şəxs 7607 manat 25 qəpik (yeddi min altı yüz yeddi manat iyirmi beş qəpik), 845 manat 31 qəpik (səkkiz yüz qırx beş manat otuz bir qəpik) mobləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qopik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 8477 manat 56 qəpik (səkkiz min dörd yüz yetmiş yeddi manat əlli altı qəpik) pul "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİNİN xeyrinə tutulması qət edilmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Borclu icra vərəqələrinin icraata daxil olduğu zamandan hazırkı vaxta kimi yalnız "xxxx" Açıq Səhmdar Cəmiyyətinə bir neçə dəfə ödəniş etmişdir. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, müvafiq icra sənədləri üzrə yaranmış borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Belə ki, əvvəllər heç bir yerdə işləməmişdir. borclarda əvvəllər mağaza işlətdiyi zaman yaranmışdır. Hazırda marketdə satıcı işləyir və qohumlarının köməkliyi ilədə borclu olduğu hər bir tələbkara ayda 150-200 manat olmaqla ödənişlər etmək iqtidarındadır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ona borcundan hər ay 500 manat ödəniş etmiş, lakin may ayı ona zamin olmuş şəxsin maaşında 750 manat tutulduğu üçün ödəniş edə bilməmişdir. Çünki həmin şəxsin maaşından tutulan pulu qaytarmışdır. Bu ayda həmin şəxsin maaşından 800 manat tutulmışdur. O hazırda həmin tutulacaq məbləği borc xərc edib ödəməyi düşünür. "xxxx" ASC-yə müraciət edərək hər ay hissə-hissə ödəniş edə biləcəyini bildirmiş olsada bank borcunun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclarını hər ay hissə-hissə ödəyəcəkdir. Odur ki, məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, borclu ödənişlərini etməyərək ödənişlərini dayandırmışdır. Ödənişləri ilə bağlıda banka müraciət etməmişdir. Hazırda isə hər ay 150-200 manat ödəniş etməsi banka olan borcunun uzun illər ödəməsinə gətirib çıxaracaq ki, buda bankı ziyan çıkməsinə səbəb olacaqdır. Borcludan borcunun tam şəkildə ödənilməsini tələb edirlər. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 06 iyun 2024-cü il tarixdən, saat 18:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar