Məhkəmə qərarları › İş №3(050)-1258/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1258/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1258/2025 19.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(050)-1353/2018 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 mnat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(050)-1353/2018 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə Masallı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcun ödənilməsi ilə bağlı Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən icra etməmişdir. İcra sənədi üzrə borclunun 580 manat ödənilməmiş borcu qalmışdır. X7 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə barəsində axtarış elan edilmiş, tutularaq icra şöbəsinə gətirildikdən sonra barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Hazırda Şəxs aliment borcundan 50 manatını tələbkara ödəmiş, qalan borcun hissə-hissə ödəməsi barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(050)-1353/2018 saylı icra sənədindən məlumatlıdır. Aliment borucunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Lakin, 25 noyabr 2024-cü il tarixdə tələbkra 500 manat aliment borcundan ödəniş etmiş, nəticədə icra sənədi üzrə 580 manat borcu qalmışdır. Maddi imkanı olmadığı üçün icra sənədi üzrə yaranmış aliment borcunu birdəfəlik ödəyə bilməyəcəkdir, hazırda isə həmin borcdan hazırda 50 manat tələbkara ödəmiş, icra sənədi üzrə aliment borcundan 250 manatını növbəti ayın əvvəlinə kimi, qalan borcları da hissə-hissə olmaqla tələbkara ödəyə biləcəkdir. Sonda Şəxs həbsdə olan oğlunun ailə üzvlərinin hazıra onun himayəsində olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olmasını və göstərilənlərin nəzərə alınmaqla işin icraatına xitam verilməsini xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(050)-1353/2018 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 mnat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(050)-1353/2018 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkəmə iclasında tərəflərin, o cümlədən icra məmurunun verdiyi izahatdan məlum olmuşdur ki, borclu Şəxs hazırda icra sənədi üzrə üzrə 580 manat ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə iclasında borclu icra sənədi üzrə borcundan 50 manatını ödəyəcəyini, 250 manat borcunu isə iyun ayının əvvəlinə kimi tələbkara ödəməyi təklif etməklə, qalan borc məbləğini də yaxın vaxtlarda ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddə ilə inzibati məsuliyyət yaranır. Məhkəmə İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğunu, Şəxs borcundan xx.xx.2024-cü il tarixdə tələbkara 500 manat ödəniş etməsini, habelə icra sənədi üzrə qalan 580 manat aliment borcundan 50 manatını hazırda tələbkara ödəmək istədiyini, habelə icra sənədi üzrə aliment borcunun miqdarını nəzərə alaraq, Şəxs izahatında göstərdiyi dəlillərini ağlabatan hesab edir və belə qənaətə gəlir ki, borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yaranmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar