Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1260/2024 10.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Cəlilabad rayonu, Uzuntəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan,əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 08 iyun 2024-cü il tarixdə, saat 07:00 radələrində Masallı rayonu, Kosakül kəndində yerləşən “mal bazarı” adlanan ərazidə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 08 iyun 2024-cü il tarixdə, saat 07:00 radələrində Masallı rayonu, Kosakül kəndində yerləşən “mal bazarı” adlanan ərazidə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saat 07:00 radələrində Masallı RPŞ-nin PPXB-nin tağım komandiri polis leytenantı Şahid2, Masallı RPŞ-nin PPXB-nin polis nəfərləri, polis baş serjantı Şahid1 və polis baş serjantı Şahid3 ilə birlikdə Masallı rayonu Kosakül kəndi ərazisində yerləşən “mal bazarı”nda xidmətdə olduqları zaman baş vermiş oğurluq hadisəsində şübhəli olduğu üçün adı onlara sonradan məlum olan Masallı rayonu, Qızılavar kənd sakini Şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra oğurluqda şübhəli olduğu üçün onu Masallı RPŞ-yə dəvət etmişlər. Şəxs heç bir oğurluq etmədiyini bildirib və ictimai yer hesab olunan bazarda ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmağa başlamışdır. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət edərək, etdiyi əməlin inzibati xəta olduğunu dəfələrlə ona izah etməyə çalışsalar da, o polisin qanuni tələbinə qəsdən məhəl qoymayıb öz hərəkətlərini davam etdirmiş və ətrafda olan insanların diqqətini öz üzərinə çəkmişdir. Hərəkətlərinin davamlı olduğunu görüb həmin şəxsi Masallı RPŞ-yə gətirmişlər. Göstərilən səbəblərdən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, O, Masallı rayon ərazisində “Mal bazarı” adlanan əraziyə xalası və dayısı ilə gəlmişdir. Həmin vaxt o, xalasına məxsus inək balasını satmaq istəmişdir. Bu zaman əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq inəyin onun tərəfindən oğurlanmasını bildirmişdir. Daha sonra Polis əməkdaşları ona yaxınlaşaraq oğurluq əməlinin törədilməsində şübhəli olduğunu və bu məsələnin aydınılaşdırılması üçün onlarla birlikdə Rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşından onun xəbərinin olmadığı oğurluq hadisəsində şübhəli bilindiyini eşitdikdə əsəbləşərək ətrafda səs-küy yaratmışdır .Lakin o nə polis əməkdaşlarına, nə də başqa şəxslərə qarşı nalayiq ifadələr işlətməmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin taqım komandiri polis leytenantı Şahid2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saat 07 radələrində Masallı RPŞ-nin PPXB-nin polis nəfərləri, polis baş serjantı Şahid1 və polis baş serjantı Şahid3 birlikdə Masallı rayonu Kosakül kəndi ərazisində yerləşən mal bazarında xidmətdə olduqları zaman baş vermiş oğurluq hadisəsində şübhəli olduğu üçün adı onlara sonradan məlum olan Masallı rayonu, Qızılavar kənd sakini Şəxs yaxınlaşmışlar. Özlərini ona təqdim etdikdən sonra oğurluqda şübhəli olduğu üçün onu RPŞ-yə dəvət etmişlər. Şəxs heç bir oğurluq etmədiyini bildirib və ictimai yer hesab olunan bazarda ucadan ünvansız “söyüşlər söyərək” ictimai qaydanı pozmağa pozmağa başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət edərək, etdiyi əməlin inzibati xəta olduğunu dəfələrlə ona izah etməyə çalışsalarda, o polis əməkdaşlarının qanuni tələbərinə qəsdən məhəl qoymayıb, öz hərəkətlərini davam etdirmiş və ətrafda olan insanların diqqətini öz üzərinə çəkmişdir. Hərəkətlərinin davamlı olduğunu görüb həmin şəxsi Masallı RPŞ-yə gətirmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri X1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saat 07:00 radələrində Masallı RPŞ-nin PPXB-nin taqım komandiri, polis leytenantı Şahid2 və polis nəfəri, polis baş serjantı Şahid3 ilə birlikdə Masallı rayonu Kosakül kəndi ərazisində yerləşən “Mal bazarı”nda xidmətdə olduqları zaman baş vermiş oğurluq hadisəsində şübhəli olduğu üçün adı bizə sonradan məlum olan Masallı rayonu Qızılavar kənd sakini Şəxs yaxınlaşmışdır. Özlərini ona təqdim etdikdən sonra oğurluqda şübhəli olduğu üçün onu RPŞ-yə dəvət etmişlər. Şəxs heç bir oğurluq etmədiyini bildirib ictimai yer hesab olunan bazarda ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmağa başlamışdır. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət edərək, etdiyi əməlin inzibati xəta olduğunu dəfələrlə ona izah etməyə çalışsalarda, o qanuni tələblərinə qəsdən məhəl qoymayıb, öz hərəkətlərini davam etdirmiş və ətrafda olan insanların diqqətini öz üzərinə çəkmişdir. Hərəkətlərinin davamlı olduğunu görüb həmin şəxsi Masallı RPŞ-yə gətirmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 Şahid2 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 08 iyun 2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 iyun 2024-cü il tarixdə saat 09:00-da inzibati qaydada tutulmuşdur. Şəxs təqsiri inzibati xəta haqqında protokol, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehin yüngülləşdirən hal və inzibati tənbehin ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 08 iyun 2024-cü il tarixdən saat 09:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1260/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1260/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver