Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1265/2024 25.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Masallı rayonu Yol patrul xidməti baş inspektor polis mayoru X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Lənkəran rayonu, Port-iliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 28 may 2024-cü il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 may 2024-cü il tarixdə saat 03:30 radələrində Masallı rayonu ərazisində “ZİL MMZ 4505 YÜK” markalı, **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. 24 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 28 may 2024-cü il tarixdə Masallı rayonu ərazisində “ZİL MMZ 4505 YÜK” markalı, **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Yol patrul xidmətinin əməkdaşı F.Əməşov onu saxlamış, 50 manat pul istəmiş, həmin vaxtı üzərində 35 manat pul olduğu üçün onunla razılaşmamışdır. Buna görə də F.Əməşov onu Masallı Rayon Polis Şöbəsinə gətirmiş, yanındakı polis əməkdaşına da ona məxsus nəqliyyat vasitəsini Polis şöbəsinə gətirilməsini göstəriş vermişdir. O, buna etiraz etdikdə F. Əməşov bildirmişdir ki, “50 manat ver” səni buraxım. O, da hazırda pulunun olmadığını, həmişə ona cib xərcliyini verdiyini və bu dəfə onu buraxmasını xahiş etmişdir. Polis şöbəsində alcotestrlə yoxlama aparılmış, 15 dəqiqədən sonra ona bildirmişlər ki, onda 0,418% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Daha ona sürücülük vəsiqəsinin gətirilməsini tələb etmişlər, o da sürücülük vəsiqəsi üçün gedən zaman sərxoşluq dərəcəsinin müayinəsi üçün tibbi müayinəyə getmiş və onda alkoqoldan sərxoşluq vəziyyəti aşkar olunmamışdır. O, polis şöbəsində ona böhtan atılmasından qorxaraq, həmin müayinənin nəticəsini ora təqdim etməmiş və çünki onların kağızı yoxa çıxarmaq ehtimalının olduğunu düşünmüşdür. Polis şöbəsində izahatı alınmış savadsızlığından və aldadıldığından etirafedici ifadə vermiş və alcotesrin nəticəsini əks etdirən kağız daşıyıcısına 50 qram araq içmişəm qeydini apararaq imza etmişdir. Ona qarşı edilən qanunsuzluğa görə aidiyyatı üzrə orqanlara müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Masallı rayonu Yol patrul xidməti baş inspektor polis mayoru X2 məhkəmə iclasında izahatında göstərdi ki, 28 may 2024-cü il tarixdə saat 03:30 radələrində Masallı rayonu ərazisində “ZİL MMZ 4505 YÜK” markalı, **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü onun tərəfindən saxlanılmış, nəqliyyat vasitəsini sərxoş halda idarə edibetməməsi ilə bağlı yoxlama aparılmış və Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi aşkar olunmuşdur. Odur ki, barəsində protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli alkotesterin nəticəsindən əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 0,418% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağızdaşıyıcıda Şəxs tərəfindən 50 qram araq içmişəm qeyd aparılmış və imza etmişdir. xx.xx.2024-cü il tarixli, 000764 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs şəxsi təşəbbüsü ilə tibbi müayinədən keçmiş və rəydə “ayıqdır, alkoqoldan sərxoşluq əlaməti yoxdur” qeydi aparılmışdır. İş materiallarında olan Şəxs Masallı Rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə verdiyi izahatda göstərmişdir ki, 28 may 2024-cü il tarixdə saat 03:30 radələrində Masallı rayonu ərazisində “ZİL MMZ 4505 YÜK” markalı, **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı idarə edərkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, nəfəsindən alkoqol iyi gəldiyi üçün onu müayinə olunması üçün duracağa gətirilmişdir. Müayinə zamanı onun içkili olması aşkar olunmuşdur. İzahatı özüm yazdım başqa əlavəm yoxdur qeydi aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli protokolu tərtib etmiş şəxsin məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Məhkəmə Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 000764 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi protokoluna münasibətdə qeyd edir ki, Şəxs həmin Protokolu necə və hansı şəraitdə alması məlum deyil, ona görədə məhkəmə Protokolu mötəbər sübut hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1265/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1265/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver