Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1267/2024 24.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məkhəmə iclas katibi X3, Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayonu Təzə Alvadı kəndində yeləşən «Cənub ailə kafesi» obyektinin rəhbəri X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında 27 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayonu Təzə Alvadı kəndində yerləşən «Cənub ailə kafesi» obyektinin rəhbəri X11 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi yerinə yetirməmişdir. Bu hərəkəti ilə «Cənub ailə kafesi» obyektinin rəhbəri X11 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Cənub ailə kafesi» obyektinin rəhbəri X8 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, X11 ilə agentlik arasında müvafiq reklam yayımı barədə müqavilə bağlanılmadan o, reklamları qanunsuz yayımlamışdır. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında işdə olan 000208 nömrəli “yazılı göstərişin”dən görünür ki, X8 reklam yayımının dayandırılması üçün qanunvericiliyin tələbinə əsasən 5 gün vaxt verilmişdir. İnzibati xəta haqqında işdə olan 07 may 2024-cü il tarixli, 000208 nömrəli aktdan görünür ki, «Cənub ailə kafesi» obyektinin rəhbəri tərəfindən açıq məkanda reklam yayımlandığı üçün X6 İdarəsinin müfəttişləri və «Cənub ailə kafesi» obyektinin rəhbəri X5 iştirakları ilə akt tərtib edilmişdir. İnzibati xəta haqqında işdə olan 27 may 2024-cü il tarixli, 01 nömrəli baxış aktından görünür ki, X6 İdarəsinin Estetik nəzarət şöbəsinin əməkdaşları X2, X1 və fərdi sahibkar X5 iştirakları ilə 07 may 2024-cü il tarixli, 000208 nömrəli akt və icrası məcburi göstərişin icrasının vaxtı 17 may 2024cü il tarixdə çatmasına baxmayaraq obyektə təkrar baxış keçirilərkən qanunsuz reklam yayımlanmasının davam etdirilməsi aşkar olunmuşdur. İnzibati xəta haqqında işdə olan 27 may 2024-cü il tarixli "İmtina aktı"ndan görünür ki, Masallı rayonu Təzə Alvadı kəndində yerləşən «Cənub ailə kafesi» obyekti açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş "Baxış aktı" sahibkar X11 tərəfindən imza edilməmiş, həmçinin o, aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İnzibati xəta haqqında işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair portal çıxarışından görünür ki, X11 fiziki şəxs kimi (VÖEN: **********) qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Cənub ailə kafesi» obyektinin rəhbəri X11 müvafiq icazə sənədi olmadan açıq məkanda reklamları qanunsuz yayımlamışdır. «Cənub ailə kafesi» obyektinin rəhbəri X5 təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. «Cənub ailə kafesi» obyektinin rəhbəri X5 inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə «Cənub ailə kafesi» obyektinin rəhbəri X11 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,110-112 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi:
1. Masallı rayonu Təzə Alvadı kəndində yerləşən «Cənub ailə kafesi» obyektinin rəhbəri X11 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin.
2. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın.
3. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Sədrlik edən: Zeynal Zeynalov