Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1275/2025 26.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon Polis şöbəsindən daxil olmuş İXP ******* nömrəli 04 may 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, «Mitsubishi Chariot» minik markalı, **- DF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət ərzində ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 25494004 nömrəli, 11 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs 11 yanvar 2025-ci il tarixdə «Mitsubishi Chariot» minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan yolunun 4.7-ci km-yi 20 yanvar istiqamətində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsinə görə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Masallı rayon Polis şöbəsinin Dövlət Yol polis bölməsinin portaldan çıxarışından görünür ki, EQ 25494004 nömrəli, 11 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar həmin tarixdə Şəxs Asan sms vasitəsi ilə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, etibarnamə əsasında idarə etdiyi «Mitsubishi Chariot» minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 ildən artıqdır ki, işlək vəziyyətdə deyildir və idarə olunmur. Tərəfindən təqdim olunmuş şəkildən görünür ki, EQ 25494004 nömrəli inzibati tənbeh vermə haqqında qərar “Kia Sportage” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində tərtib edilmişdir. Lakin texniki səhvə yol verilərək onun avtomobilinə cərimə yazılmışdır. Masallı rayon Polis şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Masallı rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Masallı rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 25494004 nömrəli, 11 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs «Mitsubishi Chariot» minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan yolunun 4.7-ci km-yi 20 yanvar istiqamətində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsinə görə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş kamera ilə qeydə alınmış foto şəkildən görünür ki, EQ seriyalı 25494004 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qeyd olunmuş fotoda “Kia Sportage” markalı, **-DF-*** dövlət nömrə nişanlı avtomobil təsvir olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, Bakı-Qazax-Gürcüstan yolunun 4.7-ci km-yi 20 yanvar istiqamətində yerləşən radar vasitəsilə çəkilmiş foto şəkildə “Kia Sportage” markalı, **-DF-*** dövlət nömrə nişanlı avtomobil təsvir olunsa da, texniki səhv səbəbindən Şəxs etibarnamə əsasında idarə etdiyi «Mitsubishi Chariot» minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə EQ seriyalı 25494004 nömrəli, 11 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 manat məbləğində cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1275/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1275/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver