Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1276/2024 12.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlu, X1 AQTA LARB-nin rəisi Xalid Ələkbərli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 məhkəməyə şikayətlə müraciət edərək AQTA LARB-nin rəisi Xalid Ələkbərli tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermək haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materialından göründüyü kimi inzibati tənbeh vermək haqqında qərar xx.xx.2023cü il tarixdə qəbul edilsə də, şikayətçi Rabil İbrahimov həmin qərardan şikayəti qanunla müəyyən edilmiş müddəti ötürməklə vermişdir. Eyni zamanda şikayətçi inizbati tənbeh vermə haqqında qərarı bir neçə gün öncə aldığını qeyd etsə də, bununla bağlı şikayətə heç bir sübut və qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130, 133 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 AQTA LARB-nin rəisi Xalid Ələkbərli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim :Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-1276/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1276/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver