Məhkəmə qərarları › İş №3(050)-1278/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1278/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1278/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 31 may 2024-cü il tarixli, MN seriyalı,1255724 nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin 31 may 2024-cü il tarixdə saat 16:44 radələrində Masallı rayonu ərazisində yerləşən obyektlərdə “Cappy” və “Fuse Tea”adlı reklamların yayıcısı X3 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsində verilən yazılı göstərişi vaxtında və tam yerinə yetirmədiyini aşkar etmiş, bununla bağlı 10 may 2024-cü il tarixli müvafiq akt tərtib edilmiş, məlum olmuşdur ki, içkilərin reklamlarını yayan şəxs X1 olması müəyyən edilmiş, açıq məkanda yayılan reklamın dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq tələblərinə əsasən nəzərdə tutulmuş müvafiq icazənin alınması ilə bağlı 5 gün müddətində idarəyə müraciət etməsi tələb olunmuş, lakin Hüseyn Ağaməmmədov göstərişlərə və müraciətlərə məhəl qoymadığından onun Azərbaycan Respublikası İXMnin 428.7.3-cü maddəsinin tələblərini pozduğu müəyyən edilmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xətanın törədilməsini sübut edən yəni, inzibati xətanın obyekti olmuş reklam lövhələrinin quraşdırıldığı yerin fotoşəkilləri çəkilməklə məhkəməyə təqdim edilmişdir. Sonda Ş.Ş. Əlizadə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 haqqında ədalətli qərar çıxarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında izahatında göstərmişdir Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü madəsi ilə inzibati məculiyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokol əsassız olaraq tərtib edilmiş, heç bir inzibati xətaya yol vermədiyi halda “Cappy” və “Fuse Tea”adlı reklamların yayıcısı olması əsasına görə inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. X7 şirkətinin işçisi olmaqla müqavilə əsasında şirkətə məxsus içkilərin reklam posterlərini satış məntəqlərinin qarşısında quraşdırılmış soyuducuların üzərinə yapışdırır, yararsız hala düşdükdən sonra həmin posterlər yenisi ilə əvəzlənir, lakin həmin reklamlar birbaşa ona məxsus deyildir. Həmçinin “Cappy” və “Fuse Tea”adlı sərin içkilərin satışı da Coca Cola şirkətinə məxsus olduğundan həmin içkilərin satışını həyata keçirməklə satış obyektlərini qarşısında sərinləşdirici içkilərin yerləşdirilməsi məqsədi ilə soyuducular quraşdırılmış, reklam posterləri yapışdırılmışdır. Özünün isə heç bir satış obyekti yoxdur. Heç bir reklamın yayılmasına şirkət nümayəndəsi olaraq tərəfindən yol verilməmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümyəndəsi tərəfindən təqdim edilmiş fotoşəkilllr isə 31 may 2024-cü il tarixini əks etdirir, lakin inzibati xətanın aşkar edilməsi 10 may 2024-cü il tarixdə baş vermiş, həmin tarixdə akt qəbul edilmişdir. Fotoşəkillər isə aktdan sonrakı dövrdə çəkilmiş fotoşəkillərdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, sənədlər natamam olduğundan material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Belə ki, iş materiaalları ilə müəyyən edilir ki, inzibati xəta haqqında protokolda göstərilən fotoşəkillər 31 may 2024-cü il tarixi əhatə edən fotoşəkillərdir. Lakin iş materallarında olan yazılı göstərişdən və aktdan görünür ki, inzibati xətanın aşkar edilməsi 10 may 2024-cü il tarixdə baş versə də, lakin həmin inzibati xətanı əks etdirən fotoşəkillər materiala əlavə edilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokolda vəzifəli şəxs X3 tərəfindən protokolu almaqdan “imtina etmişdir” qeydi yazılsa da, həmin imtinanın hansı səbəbdən edildiyi göstərilməmiş, halbuki, protokol Masallı rayonunda tərtib edilmiş, şəxsin iştirakının təmin edilməsi ilə bağlı hər hansı sənəd materiala əlavə edilməmiş, protokolu imzalamaqdan imtina etməsinin səbəbləri qeyd edilməmişdir. Protokol tərtib edilməmişdən əvvəl imtina aktı tərtib edilmiş, şəxsin “baxış aktını və hüquq və vəzifələrinin izahı ilə bağlı bildirişi almaqdan imtina etmişdir” qeydləri aparılmış, bu dəfə də almaqdan imtina etməsinin səbəbləri göstərilməmişdir. Məhkəmə buradan da belə nəticəyə gəlir ki, inzibati xəta haqqında protokol şəxsin iştirakı olmadan formal olaraq tərtib edilmişdir. Həmçinin, inzibati xətanın aşkar edilməsi zamanı tərtib edilmiş 10 may 2024-cü il tarixli aktdan görünür ki, aktın tərtib edilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “aktın doğruluğunu imzalarımızla təsdiq edirik” qrafasının altında imzalamamış, lakin aktı X2 təqdim edilmişdir sözləri aktın sonunda yazılmışdır. Əgər akt ona həqiqətən də təqdim edilmişdirsə, demək ki, şəxs həmin aktın tərtib edilməsi zamanı orada olmuş, lakin nədənsə onun həmin aktı imzalmaması ilə bağlı səbəblər göstərilməmiş, bununla bağlı ayrıca akt tərtib edilməmişdir. Buradan görünür ki, şəxs akt tərtib edilərkən orada olmamış, lakin formal olaraq aktın ona təqdim edilməsi ilə bağlı qeydlər aparılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olmaqla baxılması mümkün olmadığından material geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında material məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar