Məhkəmə qərarları › İş №3(050)-1279/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1279/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1279/2023 19.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayət vermiş şəxs X1 və onun vəkili Vəkil iştirakları ilə, X1 Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xətta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xətta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı RPŞ-nm BYPB-nin inzibati tənbeh vermə haqqında 26 iyul 2023-cü il tarixli, TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.1.3-cü maddələrinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Qərarda yalnız barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola istinad edilərək, həmin gün saat 13:05-də Masallı şəhəri, Bakı prospektində VİS YÜK markalı ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması qeyd edilmişdir. Halbuki, qərarda istinad edilən protokolda İXM-nin 342.5 və 342.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilsə də, yalnız həmin maddələrin dispozisiyası köçürülmüş, konkret olaraq hansı əməli törətməsi göstərilməmişdir. Bundan başqa, qərarda hadisənin 14 iyul 2023-cü il saat 13:05 olması qeyd edilmişdir. Halbuki, yol polisi onu həmin gün saat 12:45-də saxlamış, sənədləri yoxladıqdan sonra xüsusi rabitə vasitəsi ilə Bölmə rəisinə sənədlərin qaydasında olmasını məruzə etmiş, bölmə rəisi isə avtomobilin duracağa qoyulmasını tapşırmışdır. Yol polis işçiləri də ondan avtomobili Masallı RPŞ-nin yaxınlığında olan duracağa avtomobili sürməsini tapşırmış, bunun səbəbini soruşduqda isə yalnız bölmə rəisinin belə göstəriş verməsini qeyd etmişdilər. O, da həmin yerdə avtomobilin fotoşəklini çəkmişdir. Telefon çəkilişindən görünür ki, hadisə saat 12:55 olmuşdur. Bundan sonra avtomobili qeyd olunan duracağa aparıb qoymuşdur. Barəsində olan qərarda İXM-nin 342.5 və 342.1.3-cü maddələrinin dispozisiyası qeyd edilsə də, həmin dispozisiyada göstərilən halların nəinki hamısı, ümumiyətlə heç biri olmamışdır. Bundan başqa, İXM-nin 342.5-ci maddəsində avtomobildə göstərilən nasazlıqların yerində aradan qalırılması mümkün olmadığı halda cərimə nəzərdə tutulmuşdur. Lakin barəsində olan qərarda nasazlığın konkret nədən ibarət olması və yerində aradan qaldırılmasının mümkünsüzlüyü qeyd edilməmişdir. Bütün bunlar əməlində İXM-nin 342.5 və 342.1.3-cü maddələrinin tərkibinin olması barədə yanlış nəticəyə gəlinməsini göstərir. Barəsində protokol tərtib edilərkən hüquqları izah edilməmiş, protokolla tanış olmasına, ona qeydlər verməsinə şərait yaradılmamış, protokolun surəti ona verilməmişdir. Hətta, barəsində olan protokolun müzakirəsində iştirakı təmin edilməmiş, izahatı dinlənilməmişdir. Bütün bunlar isə hüquqlarının və İXM-nin tələblərinin yol polisi tərəfindən pozulmasını göstərir. Ümumiyyətlə saxlanılarkən, avtomobil duracağa aparılarkən və təhvil götürülərkən barəsində protokol tərtib edilməmişdir. Halbuki, İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməlidir. Barəsində olan qərar xx.xx.2023-cü il tarixdə qəbul edildiyi halda, ona təqdim edilməsi üçün poçta yalnız xx.xx.2023-cü il tarixdə, yəni 9 gün sonra verilmişdir. Halbuki, İXM-nin 117.2-ci maddəsinə əsasən qərarın surəti iki gün ərzində ona göndərilməli idi. Heç bir inzibati pozuntuya yol vermədiyi halda inzibati qaydada cərimə edilməsini hesab edir ki, qanunsuz və əsassız olmaqla inzibati xəta hadisəsi və tərkibi olmadığı halda inzibati tənbehə məruz qalmasıdır. Halbuki, göstərilən hallar İXM-nin 53-cü maddəsində icraatı rədd edən hallar kimi nəzərdə tutulmuş və İXM-nin 105.1-ci maddəsinə əsasən belə vəziyyətdə icraata xitam verilməli idi. Şikayət vermiş şəxs və vəkili şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə şikayət verən şəxsi və onun vəkilini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materialında əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 13:05 radələrində Masallı şəhəri, Bakı prospektində VİS YÜK markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 342.1.3 və 342.5-ci maddələrinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarda göstərilir ki, polis kapitanı X3 tərəfindən X4 barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edildi: X4 xx.xx.2023-cü il tarixdə, saat 13:05-də Masallı şəhəri, Bakı prospekti ərazisində VİS YÜK markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xarişi işıq cihazları və ya qabaq şüşənin şüşə cilgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümükün olmayan nəqliyyat vasitəsini istismarı, dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması; qərın nəticə hissəsindən isə görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 342.1.3 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat inzibati qaydada cərimə edilmişdir. Masallı “Avtoseviz” Texniki Xidmət Stansiyası tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli, 1515 nömrəli arayışdan görünür ki, VİS Yük markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı arxa faralarının sınıq və işlək olmaması müəyyən edilmişdir. Akt elektrik ustası X2 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İşin tam, hərtərəfli və obyektiv həlli baxımından xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlər müvafiq Dövlət orqanından sorğu edilərək, tələb edilmiş, lakin məhkəməyə yalnız mübahisiləndirilən qərar, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, 1515 nömrəli arayış və nəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akt təqdim edilmişdir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələbi baxımından məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol İXM-nin 124.4-cü maddənin tələbinə zidd olaraq dərhal, yaxud hadisənin baş verdiyi günün sonunadək deyil, 1 gün sonra - xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, protokolda inzibati xətanın mahiyyəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi barədə müvafiq qeyd, inzibati xəta haqqında protokolun surətinin şəxsə verilib-verilməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin protokolu imzalaması və ya imzalamaqdan imtina etməsi, onun izahatı və protokolun məzmunu barəsində öz mülahizələrini bildirbbildirməməsi barədə hər hansı bir qeyd aparılmamışdır. Ümumiyyətlə, mübahisələndirilən qərar və ya həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərdən biri olan xx.xx.2023cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyətinin konkret olaraq nədən ibarət olması müəyyən edilmir, İXM-nin 342.5 və 342.1.3-ci maddələri ilə şəxsin inzibati xəta törətməsi göstərilir. İXM-nin 342.1.3-ci maddəsinə münasibətdə konret olaraq dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması qərarda göstərilsədə, 342.5-ci maddəyə münasibətdə isə “xarişi işıq cihazları və ya qabaq şüşənin şüşə cilgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümükün olmayan nəqliyyat vasitəsinin istismarı” ifadəsindən istifadə olunmuş, əgər həqiqətən də nəqliyyat vasitəsində hər hansı bir nasazlığ olmuşdursa, belə nasazılığın aradan qaldırılmasının mümkün olub-olmaması istiqamətində hər hansı bir qiymətləndirilmə aparılmamışdır. Halbuki, şəxsin İXM-nin 342.5-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün “nasazlığın aradan qaldırılmasının mümkün olmaması” həmin xətanın tərkib əlaməti kimi çıxış edir. İXM-nin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. İnzibati xətalar haqqında qanunvericiliyin tələblərinin pozulmasına işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) də əhəmiyyət verməmiş, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı xx.xx.2023-cü il tarixdə qanunvericiliyinin tələbləri pozulmaqla tərtib edilmiş protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Ona görə də qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar