Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1279/2024 21.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxx 1988-ci ildə Yardımlı rayonunda doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Şubanı-1, hərbi şəhərcikdə qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 02 iyun 2024-cü il tarixdə saat 09:06 radələrində idarə etdiyi “FORD Transit Tourneo yük” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmətiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 02 iyun 2024-cü il tarixdə səhər saat 10 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ondan içkili olub-olmadığını soruşduqları zaman o, polis əməkdaşlarına hazırda içkili olmadığını demişdir. Daha sonra polis əməkdaşları ondan dünən və ondan əvvəlki gün içki içib içmədiyini soruşduqları zaman polis əməkdaşlarına dünən bir bakal pivə içdiyini demişdir. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər və orada xüsusi texniki vasitələrdən istifadə olunmaqla onun sərxoşluq vəziyyəti yoxlanılmış və 0.418 % (promax) göstərici olmuşdur. Daha sonra polis əməkdaşları ona həkim müayinəsinə getməyi təklif etmişlər, lakin o, həkim müayinəsinə getməkdən imtina edərək alkotestrın cavabı ilə razılaşmışdır. Məhkəmədən barəsində cərimə cəzası tətbiq edilməsini xahiş etdi. İşə əlavə olunmuş Masallı RPŞ-nin DYPB-nin YPXİ-nin inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş 02 iyun 2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs 02 iyun 2024-cü il tarixdə saat 09:06 radələrində idarə etdiyi “FORD Transit Tourneo yük” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmətiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə qəbzindən (alkotestr) görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. (Alkaqolun miqdarı 0.400 %) Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, iş üzrə 09 yanvar 2024-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən qəbzdən, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdim: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1279/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1279/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver