Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1281/2023 09.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 onun qanuni nümayəndəsi X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-01 avqust 1966-ci ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul oan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan; Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 25 iyun 2023-cü il tarixdə saat 18:00 radələrində Təzə Alavadı kənd ərazisində Akşin Məmişovu döyərək dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təzə Alvadı kəndində yerləşən evində olarkən evinin arxa tərəfində səs-küy gəlməsini eşitmişdir. O dərhal çölə çıxmış, orada qaynı oğlu Muradın qonşusu Namiqin oğlanları Aqşin və Aqil Məmişov tərəfindən döyülməsini görmüşdür. O, dərhal onlara yaxınlaşmış və onları ayırmaq istəmişdir. Onları ayıran zaman Namiq və onun arvadı Elimnaz xanım ora gəlmişlər. Həmin vaxt Namiq onun üzərinə hücum etmiş və onun yaxasından tutaraq kənara itələmişdir. O, çətinliklə də olsa müvazinətini saxlamışdır. Daha sonra o sakitcə uzaqlaşaraq evinə getmişdir. O, Namiq Məmişovun uşaqları Aqil və Aqşini döyməmiş, onun barəsində deyilənlər həqiqətə uyğun deyil. O, sadəcə həmin vaxt orada olan uşaqları ayrımaq istəmişdir. Bundan başqa hazırda o, zərərçəkmişlə barışmış və məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndə X4 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təzə Alvadı kəndində yerləşən evlərinin qarşısında qardaşı Aqil Məmişovla birlikdə olmuşdur. Bu zaman Meşəkənarı kənd sakini X6 Paşayev onlara yaxınlaşaraq avtomobil təmiri üçün istifadə olunan açar istəmişdir. Aqil Murada həmin açarın onlarda olmadığını bildirmişdir. Həmin vaxt yaxınlıqda olan Mehmanını bacısı əri Ağagül onlarda açarın olmasını demiş, Aqil isə yenidən olmamasını bildirmişdir. Bundan sonra Ağagül Aqilin və onu nalayiq ifadələrlə təhqir etmişdir. Aqil Ağagülə niyə belə deməsini bildirdikdə, Ağagül onun üzərinə hücum etmiş, o Ağagülün qarşısına keçərək hücum etməsinə mane olmuşdur. Ağagül ona bir neçə dəfə şillə vurmuşdur. Həmin vaxt Mehmanın oğlu Murad əlində olan ağac parçası ilə onun bel nahiyəsinə və qollarına vurmuşdur, Onların qışqırmaq səsini atası Namiq Məmişov eşitmiş və dərhal ora getmişdir. O, Murad və Ağagülü onlardan çətinliklə də olsa ayırmışdır. Ağagülün arvadı Rüqsarə ora gələrək çığır-bağır edərək atası Namiqin köynəyindən yapışaraq köynəyini cırmışdır. Daha sonra oradan uzaqlaşmışdır. Həmin vaxt atası X1 Paşayevi döyməmiş və ona qarşı heç bir zorakılıq hərəkəti etməmişdir. Hadisə nəticəsində Ağagül onun üzünün hər iki nahiyəsinə bir neçə dəfə şillə ilə vurmuş, Murad isə əlində olan ağac parçası ilə onun hər iki qol nahiyəsinə vurmuşdur. Hazırda ərizə ilə məhkəmyə müraciət edərək bildirir ki, Ağagüllə barışmışdır ona qarşı heç bir şikayət və tələbi yoxdur.Odur ki, iş üzrəə icraata xitam verilməsini xahiş edir. Masallı Rayon Prokurorluğu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə məhkəmə iclasına gəlməmişdir. İşə əlavə edilmiş cinayət işi başlansının rədd edilməsi haqqında 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, X5 və X2 müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi üçün Masallı RPŞ-in İTB-nə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 599 nömrəli rəyindən görünür ki, Aqşin Məmişovda sol said nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olmasını, zərərçəkmiş şəxs X3 məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin ekspet rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İş materialında olan ərizələrdən də görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X9 ərizə ilə müraciət edərək barışdıqlarını, inzibati xəta haqqında işin icaatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, zərər çəkmiş X9 ilə barışıb münasibətlərini bərpa etdiyini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, onların ərizə verərək barışmaqla icraata xitam verilməsi barədə xahişlərini nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş şəxs X9 ilə barışdıqlarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə, və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-1281/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1281/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver