Məhkəmə qərarları › İş №3(050)-1281/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1281/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1281/2025 15.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Masallı rayonu Xıl kəndində doğulmuş, Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-142/2023 saylı, 28 mart 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 17 noyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, iki uşaq üçün cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-142/2023 saylı, 28 mart 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 17 noyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, iki uşaq üçün cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlak və gəlirləri ilə bağlı elektron icra sistemində sorğu edilmiş, lakin borclunun tələbin yönəldilə biləcək əmlak və gəlirləri aşkar edilməmişdir. Aparılmış icra tədbirləri nəticəsində Şəxs qeydiyyatda olduğu ünvanda yaşamaması müəyyən olunmuş, bununla bağlı xx.xx.2023cü ildə axtarış qərarı qəbul edilərək icra olunmasında ötrü Masallı RPŞ-yə göndərilmişdir. Masallı RPŞ-də xx.xx.2023-cü ildə axtarış işi açılmışdır. Bundan əlavə borclunun ölkədən getmə hüququ məhdudlaşdırılması ilə bağlı Masallı Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclunun ölkədən getmə hüququ məhdudlaşdırılmışdır. Borclu 07 may 2024-cü il tarixdə icra şöbəsinə gəlmiş və tələbkar icra şöbəsinə dəvət olunmuş xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 3540 manat aliment borcunu tam şəkildə ödəmişdir və bildirmişdir ki, bundan sonra aliment borcunu hər ay vaxtı vaxtında ödəyəcəkdir. Ondan sonra borclu yenidən ödəniş etmədi. Artıq 3-4 ay ödəniş etmədikdən sonra 2024-cü ilin oktyabr ayında barəsində yenidən axtarış qərarı qəbul etmişdir. Bu gün polis şöbəsi Şəxs icra şöbəsinə gətirmişdir. Borclu artıq bir ildir ki, heç bir ödəniş etmir. Hazırdada borclunun aliment öhdəliyi üzrə borcu 3360 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, borcu olmuş, müəyyən problemlər olmuş, eləcdə xəstəliyi olduğunudan aliment öhdəliyi ilə bağlı ödənişlər edə bilməmişdir. Bir neçə ay xəstə yatmışdır. İşləyə bilməmişdir, yaxın qohumları ona kömək etmişlər. İstanbul klinikasında müayinələri olub, eləcədə Vərəm səxtəliyindən əziyyət çəkir, bir-iki günə xəstəxanaya yerləşdirəcəklər. Bu gün yaranmış borcundan 500 manat ödəyir, bir-iki günə yenidən 500 manat ödənəyəkdir, bir həftə on günə isə borcunu tam şəkildə ödəyəcəkdir ki, üzərində olan ölkədən getmək hüququ ləğv olunsun və o, ölkə xaricinə gedəcəkdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclunun heç bir sözünə inanmır. 10 günə borcunu tam şəkildə ödəyəcəyinədə inanmır. Bir il keçib aliment yığılıbdır. Bu gün 500 manat ödəyir və deyirki onu buraxsınlar qalan hissənidə ödəyəcəkdir. Kim zəmanət verir ki, o, borcunu 10 günə ödəyəcəkdir. Bir ilin ərzində bu şəxs axtarışda olmuşdur. Kim zəmanət verirki 10 gündən sonra şəxs tapılacaq, icraçı onu tapa biləcəkdir. Tam tamlığı ilə borcunu ödəsin. Uşaqlarının haqqını ödəsin. Ötən ildə şəxs may ayında hər ay aliment borcunu ödəyəcəyini bildirdi, lakin sözünün üstündə durmayaraq heç bir ödəniş etməmişdir. Məhkəmədən borclunun borcunu tam ödəməsini xahiş etdi. Materialda olan qəbzdən görünür ki, Şəxs yaranmış aliment borcundan xx.xx.2025ci il tarixdə 500 manat ödəmişdir. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar