Məhkəmə qərarları › İş №3(050)-1282/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1282/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1282/2023 09.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin Boradigah PB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Masallı rayonu, Boradigah qəsəbəsi, M.Əzizbəyov küçəsi. ev 7-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Babaser kəndi ərazisində, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Babaser kəndi ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə əməliyyat istintaq qrupunda olduqları zaman Masallı RPŞ-növbətçisi X1 PB-nin növbətçi hissəsinə zəng edərək Masallı rayonu, Babaser kəndində yaşayan Şəxs DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat verərək arvadı Rəhimə Kəlbiyeva onu döyməsini, evi yandırdığını bildirmişdir. Həmin materialın icrası ilə əlaqədar olaraq Şəxs yaşadığı evin həyətində olmuşlar. Şəxs evdə olmasına baxmayaraq, onlara qapını açmamışdır. Həmin zaman hadisə yerinıə FHN-nin texnikası və əməkaşları yaxınlaşmışdır. Onlar FHN-nin əməkdaşları köməyi ilə Şəxs məsus evə baxış keçirmiş və evdə heç bir yanğın hadisəsinin olmadığını görmüşlər. Həmin zaman Şəxs uca səslə nalayiq söyüşlər söymüş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, lakin o, etdiyi əməli davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığından onu Masallı rayon Boradigah PB-yə dəvət etmişlər. Göstərilən səbəblərdən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, sərxoş olduğundan əsəbiləşərək, DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat verərək arvadı Rəhimə Kəlbiyevanın onu döyməsini, evi yandırdığını bildirmiş, müraciət əsasında FHN-nin texnikası və əməkdaşları yaşadığı mənzilə gəlsələr də, lakin heç bir yanğın faktı aşkar etməmişlər. Bu səbəbdən Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin əməkdaşları tərəfindən bölməyə dəvət olunmuş, əsəbiləşdiyindən ucadan ünvansız söyüşlər söymüş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, qanunsuz hərəkətlərinə davam etmişdir. Hazırda əməlindən peşmandır. Sonda Şəxs göstəriənlərin nəzərə alınmasını xahiş etdi. İşə əlavə olunmuş 09 avqust 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, 09 avqust 2023-cü il tarixdə Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin sahə rəisi X3 tərəfindən 09 avqust 2023-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Şəxs təqsiri özünün etirafı ilə yanaşı, protokolu tərtib etmiş şəxin, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 09 avqust 2023-cü il tarixdən saat 19:20-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar