Məhkəmə qərarları › İş №3(050)-1283/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1283/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1283/2025 30.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Masallı rayonu Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis mayoru Asəf Mustafayev tərəfindən Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Masallı Rayon Məhkəməsinə təqdim edilmişdir. Tərtib edilmiş protokola əsasən Şəxs idarə etdiyi “Hundai Sonata” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 07 radələrində Masallı rayon Həsənli kəndində yolda hərəkətdə olarkən Masallı rayonu, Ləngan kənd sakini X1 idarə etdiyi “VAZ 2106 ” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, baş vermiş hadisə nəticəsində “VAZ 2106 ” markalı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs “bazu və sağ bazu oynağı nahiyəsinin yumuşaq toxumalarının əzilib şişkinləşməsi və geniş qançırı” diaqnozlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almış, bununla da, o, İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 07 radələrində Bakı şəhərindən qohumunun toyu ilə bağlı “Hyundai Sonata” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobili kirayə götürmüşdür. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Nişan mərasimi ilə bağlı tanışları X3 və X2 Masallı rayonuna aparmaq üçün Masallı rayon Həsənli kəndinin giriş hissəsindən əsas yola çıxaraq Masallı rayonuna getmək istəmişdir. Bu zaman sağ tərəfdən “VAZ 2106” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olmuşdur. Həmin avtomobilin tam ötməsini gözləmədən yoluna davam etmək istəyən zaman avtomobilin çıxış hissəsini düzgün nizamlamamışdır. Buna görə sağdan gələn avtomobilin sol arxa hissəsinə avtomobilinin sağ ön hissəsi dəyməsi nəticəsində “VAZ 2106” markalı avtomobil əvvəlcə körpünün sağ tərəfinə, daha sonra isə sol tərəfinə dəyib çevrilmişdir. Avtomobildən düşüb onlara kömək üçün gəlmişdir. VAZ 2106 markalı avtomobilə yaxınlaşan zaman avtomobildə olan iki nəfər şəxs avtomobildən düşmüşdür. X7 yardıma və DİN-in 102 zəng xidmətinə məlumat vermişlər. Baş vermiş Yol Nəqliyyat hadisəsi zamanı özü və avtomobildə olan şəxslər heç bir xəsarət almamışdır. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra “VAZ 2106” markalı avtomobildə xəsarət almış qadın Zərərçəkmiş şəxs dərmanlarını almış, onun xəstəliyinin bütün xərclərini çəkmişdir. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu bildirib barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və həmçinin zərərçəkmiş şəxs məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə inzibati xəta haqqında işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi» barədə qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində cinayət tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Masallı RPŞ-nin DYPB-yə göndərilməsi qərar alınmışdır. xx.xx.2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi» barədə qərarda istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ET Birliyinin Masallı rayon şöbəsinin 266 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin sayının və ağırlıq dərəcəsinin təyin edilməsi məqsədi ilə MTE və PA birliyinin Masallı rayon şöbəsinə təqdim edilmişlər. MTE və PAB-nin Masallı rayon şöbəsinin 266 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs bazu və sağ bazu oynağı nahiyəsinin yumuşaq toxumalarının əzilib şişkinləşməsi və geniş qançırı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 04 aprel 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. xx.xx.2025-ci tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı protokol tərtib edilmişdir. Məhkəmədə protokola baxılarkən Şəxs İXM 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması onun özünün izahatı, toplanmış sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görəüç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın isə müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar