Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1285/2023 10.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Masallı rayonu, Kalinova kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 18 iyul 2023-cü il il tarixdə Masallı rayonu, Viləş kəndində qonşuları ilə mübahisə edərkən ucadan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, X3 izahatında göstərdi ki, 18 iyul 2023-cü il il tarixdə Masallı rayonu, Viləş kənd sakini Cəfərov X2 RPŞ-yə ərizə ilə müraciət edərək həmkəndlisi Şəxs və onun qardaşının aralarında torpaq sahəsi ilə bağlı yaranmış mübahisə zamanı onu və ailə üzvlərini söyüb təhqir etməsi barədə şikayət etmişdir. Şikayət əsasında araşdırma aparılmış, məlum olmuşdur ki, Şəxs 18 iyul 2023-cü il il tarixdə Masallı rayonu, Viləş kəndində qonşuları ilə torpaq sahəsi ilə bağlı mübahisə edərkən ucadan ünvansız söyüşlər söymüşdür. Bu səbəbdən Şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şahid1 həmkəndlisidir. Şahid1 qardaşı Nəsrəddin Xankişiyevə məxsus 20 ha pay torpaq sahəsinin bir hissəsini zəbt etməklə orada tikinti işləri aparmışdır. xx.xx.2023cü il tarixdə qardaşı Nəsrəddin Xankişiyevlə birlikdə mübahisəli toraq sahəsində olarkən Şahid1 qanunsuz tikinti işləri aparması səbəbindən iradlarını bildirmişlər. Həmin vaxtı aralarında sözlə mübahisə düşmüş, mübahisə zamanı Şahid1 habelə hadisə vaxtı orada olan digər həmkəndliləri Ceyran, Ağaverdi və Gülüzar adlı qadın da onlarla mübahisə edərək onu təhqir etmişlər. Lakin o, heç kimi təhqir etməmişdir. Sonda Şəxs qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Şahid3 ifadəsində göstərdi ki, Masallı rayonu, Viləş kənd sakini Şahid1 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə etdiyi mürciəti və Masallı RPŞ-yə yazdığı şikayət ərizəsi əsasında icraatda olan materialın araşdırılmasından ötrü Masallı rayonu, Viləş kəndində mübahisəli əraziyə getmiş, iş üzrə aparılan araşdırma zamanı tərəflərin izahatı alınarkən məlum olmuşdur ki, Şəxs 18 iyul 2023-cü il il tarixdə Masallı rayonu, Viləş kəndində torpaq sahəsi üstündə qonşuları ilə mübahisə edərkən ucadan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəxs həmkəndlisidir. Aralarında torpaq sahəsi ilə bağlı narazılıqlar vardır. Şəxs və onun qardaşı Nəsrəddin Xankişiyev pay torpaq sahəsindəki çəpərlə bağlı mütəmadi mübahisələr yaratmış, bununla bağlı dəfələrlə araşdırma aparılmışdır. xx.xx.2023-cü il tarixdə Şəxs və onun qardaşı Nəsrəddin Xankişiyev mübahisəli torpaq sahəsinə gələrək onunla əsassız yerə mübahisələr yaratmış, mübahisə zamanı ucadan söyüşlər söymüşlər. Bu səbəbdən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə telefon məlumatı verərək şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şəbi qızı ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində yaşadığı evdə oldu vaxt küçədən səsküy eşitmişdir. Küçəyə çıxdıqda Şəxs və onun qardaşı Nəsrəddin Xankişiyevin torpaq sahəsi ilə bağlı yaranmış mübahisə ilə əlaqədar həmkəndliləri Günel Mirzəyeva və Şəkurə Cəfərovanın ünvanına nalayiq ifadələr işlətdiyini, eyni zamanda Şahid1 və onun da ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Şəxs iradını bildirmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X3 tərəfindən 10 avqust 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, Şəxs İİ dərəcəli əlildir. Şəxs əməli, protokolu tərtib etmiş şəxin, şahidlərin izahatları, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1285/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1285/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver