Məhkəmə qərarları › İş №3(050)-1286/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1286/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1286/2025 19.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç X3 inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli qərarlardan verdiyi şikayəti araşdırıb MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azəbyacan Respublikası Qida X1-X5 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli inzibati xəta haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İlk növbədə onu qeyd etməyi zəruri hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə edilməlidir. Lakin inzibati xəta haqqında materialı araşdıraraq hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətdə qeyd olunan qüsurun aradan qaldırılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci naddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Göründüyü kimi X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında 3 müxtəlif qərarın ləğv edilməsini xahiş edir. Həmin şikayətlərə isə birlikdə baxılması mümkün deyildir. Həmin inzibati tənbeh vermə haqqında qərarların hər birindən ayrılıqda şikayət verilməli, həmin şikayətə baxılması nəticəsində yuxarıda qeyd olunun qərarlardan biri qəbul olunmalıdır. İnzibati Xətalar Məcəlləsində bir neçə qərardan şikayətə bir icraat çərçivəsində baxılması nəzərdə tutulmamışdır. Şikayətlər isə birlikdə verildiyindən məhkəmə tərəfindən onların ayrı icraatlara ayrılması mümkün deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, X3 inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli qərarlardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X3 inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli qərarlardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar