Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1287/2025 02.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı şəhəri H.Əliyev prospektində yeləşən «Papatya qadın, uşaq ayaqqabıları» mağazasının rəhbəri X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında 14 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı şəhəri H.Əliyev prospektində yerləşən «Papatya qadın, uşaq ayaqqabıları» obyektinin rəhbəri X5 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi yerinə yetirməmişdir. Bu hərəkəti ilə «Papatya qadın, uşaq ayaqqabıları» obyektinin rəhbəri X5 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Papatya qadın, uşaq ayaqqabıları» obyektinin rəhbəri X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, idarənin ərazi müfəttişləri dəfələrlə Masallı şəhəri H.Əliyev prospektində yerləşən «Papatya qadın, uşaq ayaqqabıları» mağazasında olmuşlar. Sahibkar bundan qabaq yazılmış icazə sənədlərinə baxmayaraq heç bir yayım haqqı ödənişlərini etmir, İcazə sənədinin müraciətinin müddətinin bitməsinə baxmayaraq yenidən idarəyə müraciət etmir. Dəfələrlə gedilib akrt tərtib olunub, icrası məcburi olan göstəriş yazılıb, vaxt tamam olduğundan 5 gün ərizində vaxtda verilib və yenidən yerində baxış keçirilib yerində bildiriş yazılıb və bildirişdə vaxt göstərilməsinə baxmayaraq vətəndaş protokol yazılan gün iştirak etməmişdir. Bu səbəbdən də iştirakı olmadan protokol yazılımışdır və məhkəməyə göndərilmişdir. Məhkəmədən inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İnzibati xəta haqqında işdə olan xx.xx.2025-ci il tarixli 11-3-6/2-493/2025 nömrəli “yazılı göstərişin”dən görünür ki, X2 reklam yayımının dayandırılması üçün qanunvericiliyin tələbinə əsasən 5 gün vaxt verilmişdir. İnzibati xəta haqqında işdə olan xx.xx.2025-ci il tarixli, 03 nömrəli aktdan görünür ki, «Papatya qadın, uşaq ayaqqabıları» obyektinin rəhbəri tərəfindən açıq məkanda reklam yayımlandığı üçün X10 İdarəsinin müfəttişləri və «Papatya qadın, uşaq ayaqqabıları» obyektinin rəhbəri X1 iştirakları ilə akt tərtib edilmişdir. İnzibati xəta haqqında işdə olan xx.xx.2025-ci il tarixli, 01 nömrəli baxış aktından görünür ki, X10 İdarəsinin Reklam fəaliyyətinin monitorinqi şöbəsinin baş müfəttişi X3, müfəttiş X7 və fərdi sahibkar X1 iştirakları ilə xx.xx.2025-ci il tarixli 11-3-6/2-493/2025 nömrəli akt və yazılı göstərişin xx.xx.2025-ci il tarixdə çatmasına baxmayaraq obyektə təkrar baxış keçirilərkən qanunsuz reklam yayımlanmasının davam etdirilməsi və yazılı göstərişdə qeyd olunanlara əməl edilmədiyi aşkar olunmuşdur. İnzibati xəta haqqında işdə olan 14 may 2025-ci il tarixli "İmtina aktı"ndan görünür ki, Masallı şəhəri H.Əliyev prospektində yerləşən «Papatya qadın, uşaq ayaqqabıları» obyekti açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş "Baxış aktı", inzibati xəta törədən şəxs kimi hüquq və vəzifələri barədə olan bildiriş və “inzibati xəta haqqında protokolu” sahibkar X5 tərəfindən imza edilməmiş, həmçinin o, aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İnzibati xəta haqqında işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair portal çıxarışından görünür ki, X5 fiziki şəxs kimi (VÖEN: **********) qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Papatya qadın, uşaq ayaqqabıları» obyektinin rəhbəri X5 müvafiq icazə sənədi olmadan açıq məkanda reklamları qanunsuz yayımlamışdır. «Papatya qadın, uşaq ayaqqabıları» obyektinin rəhbəri X1 təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. «Papatya qadın, uşaq ayaqqabıları» obyektinin rəhbəri X1 inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə «Papatya qadın, uşaq ayaqqabıları» obyektinin rəhbəri X5 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,110-112 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Masallı şəhəri H.Əliyev prospektində yerləşən «Papatya qadın, uşaq ayaqqabıları» obyektinin rəhbəri X5 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin.
2. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın.
3. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Sədrlik edən: Zeynal Zeynalov