Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1288/2025 21.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1.1-ci maddəsinə əsasən Şəxs barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X1 daxil olmuş 12 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, əmək haqqının tutulması ilə əlaqədar 12 mart 2025ci il tarixli, 3-17-5/2-22697/2025 nömrəli məktub göndərilmiş, lakin hazırkı dövrə qədər əmək haqqından tutulma aparılmamış və məlumat verilməmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 150.5-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Həmin Məcəllənin 529.1-1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə -vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təqdim olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs MMC-nin direktoru X9 barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şəxs MMC-yə həmin müəssisənin direktoru X7 əmək haqqından tutulma ilə bağlı xx.xx.2025-ci il tarixli məktub poçt vasitəsilə və elektron sistem vasitəsilə göndərilmişdir. Lakin hazırkı dövrə qədər əmək haqqından tutulma aparılmamışdır və bununla bağlı məlumat verilməmişdir. Bununla da inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxslər tərtib etdikləri protokolda Şəxs MMC tərəfindən Azrbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1.1-ci maddəsinin tələblərinin pozması qənaətinə gəlmişlər. Halbuki Azərbaycan Respublikasının X5 529.1.1-ci maddəsi yoxdur. Məhkəmə hesab edir ki, 12 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxslər tərəfindən Şəxs MMC barəsində 529.1-1-ci maddəsnin tələblərinin pozulması əsası ilə inzibati xəta haqqında protokol tərtib etməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, Şəxs MMC-nin hüquqi ünvanı Baləkən rayonu, Mahamalar kəndidir. Məhkəmə hesab edir ki, inzibati xətanın törədilmə yeri Baləkən rayonu hesab edilməlidir. Odur ki, protokolda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X3 geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1288/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1288/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver