Məhkəmə qərarları › İş №3(050)-1290/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1290/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1290/2023 14.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Hakim köməkçisi Rzayev Azər Şəmsəddin oğlunun katibliyi, Masallı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1984-cü ildə Masallı rayonu, Qəriblər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Masallı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 16 (007)- 44/2023 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclası zamanı Masallı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 izahatında göstərdi ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 16 (007)-44/2023 saylı icra sənədinə əsasən Şəxs 10 yanvar 2014-cü il təvəllüdlü X4 və 21 iyun 2016-cı il təvəllüdlü X1 üçün 17 aprel 2023-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləgində alimentin X2 xeyrinə tutulması qərara alınmışdır. Qeyd olunan icra vərəqəsi Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Borclu Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməyib məhkəmə qərarının icrasını təmin etməyərək üzərində olan borcunu ödəmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hal-hazıradək borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş olunmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcunu ödəməkdən yayınır. Göründüyü kimi borclu icra vərəqəsinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, maddi imkanı olmadığna görə hal-hazıradək borcunu ödəyə bilməmişdir. Belə ki, heç yerdə işləmir və başqa gəliri də yoxdur. Eyni zamanda məhkəmənin icraatında olan nikahın pozulması barədə mülki işin nəticəsini gözlədiyi üçün aliment borcundan heç bir ödəniş etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 14 avqust 2023-cü il tarixli MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 14 avqust 2023-cü il tarixdən saat 13:15-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar