Məhkəmə qərarları › İş №3(050)-1290/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1290/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1290/2024 13.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxıb, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında işdən görünür ki, Şəxs 26 may 2024-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmiş, həmin qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra edilməmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs EQ19350340 saylı protokol üzrə inzibati xəta haqqında iş üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu ödəmiş, eyni zamanda Azərbaycan Respublikası Baş X2 İdarəsinin “X1”nin məlumatına əsasən sürücü barəsində bu günə kimi ödənilməmiş cərimə mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin dispozisiyasına əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət (nəqliyyat vasitəsinin idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə cərimə inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödənildiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta haqqında iş üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu (EQ19350340 nömrəli inzibati xəta haqqında protokol) ödədiyinə görə inzibati məsuliyyətdən azad edilsin. Qərarın təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova MƏHKƏMƏİCLASİNİN PROTOKOLU Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi İş № 3(050)-1263/2024 12 iyun 2024-cü il Masallı Şəhəri Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunın katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 09:10-da başladı. Hakim məhkəmə iclasını açır və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə inzibati binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakim məhkəmə iclasına iştirakçıların gəlib-gəlməməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPŞ-nin əməkdaşlarından heç kim məhkəmə iclasına gəlməmişlər. Hakim inzibati material üzrə işin hallarını müəyyən edir və təqdim olunmuş sənədlər ilə tanış olur. Hakim məhkəmə araşdırmasının qurtardığını elan edir. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Məhkəmə iclası saat 09:20 dəqiqədə bağlı elan olunur. Protokol 12 iyun 2024-cü il tarixdə tərtib olundu. Sədrlik edən: Katib: Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi indeksi Аz 4400 Bakı şəhəri Sabunçu şəhəri, Heydər Əliyev prospekti № 7 tron poçtu Elektron ünvan İş № 3(050)-990/2024 14 aprel 2023-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2i İdarəsinə Ünvan: Bakı şəhəri Bakı şəhəri Sabunçu rayon Polis şöbəsinin rəisi polis polkovniki cənab Azay Ağayevə Ünvan: Bakı şəhəri Sabunçu şəhəri Surəti: Şəxs Ünvan: Bakı şəhəri Sabunçu rayonu, Əhmədli kəndi (məlumat üçün) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 3(050)- 990/2024 saylı qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. qoşma: 01 vərəq qərar (hər bir ünvana) Hakim:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar