Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1292/2023 16.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər X1 və X1 və onların qanuni nümayəndəsi Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1996-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan; Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir ona görə ki, o, 17 iyun 2023-cü il tarixdə övladları X4 və X5 döyərək, onlara dərəcəsi təyim edilməyən və sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, qızlarına baxmaq üçün rəfiqəsi Ramilə Mailovanın evinə yerləşdirmiş və Ramilə pul qarşılığında onun qızlarına qulluq etmişdir. O, həmin vaxt işi ilə əlaqədar Lənkəran rayonuna getmiş və buna görə qızlarına Ramilə Mailova baxmışdır. Həmin müddətdə o, qızlarının bütün ehtiyaclarını ödəmiş və buna görə aylıq 600 manat Ramilə Mailovaya pul vermişdir. Onun qızları barədə RİHB Aparatının tərtib etdiyi aktda yazılanlar yalan və böhtan olmasını bildirmişdir. O, qızlarını baxımsız saxlamamış, hər gün işdən sonra onlara baxmağa getmişdir. O, həmin vaxt uşaqları döyməmiş və onlara qarşı heç bir zorakılıq etməmiş, qızlarını döyməmişdir. Bunun onunla əlaqələndirir ki, keçmiş qayınanası Sidiqə Niftiyeva ilə əvvəllər münaqişəsi olmuşdur. Bundan başqa uşaqlarına görə alimentin ödənilməsi barədə qətnamə Rusiya Federasiyasında tanınmışdır. Məhz bundan sonra keçmiş əri və qayınanası onunla ədavət aparmış, ona şər vəə böhtan ataraq uşaqları ondan almağa çalışmışlar. Məhkəmə iclasında qanuni nümayəndə, Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, anası onu bacısı ilə birlikdə onlara baxması üçün rəfiqəsi Ramilə xanımın evinə yerləşdirmişdir. Anası işlədiyi üçün gündüzlər evdə olmamış, yalnız gecələr evdə olurdu. Bu müddət ərzində Ramilə evdə olardı. Onu və bacısı Fatiməni anaları heç vaxt vurmamış, X9nin 11 yaşlı nəvəsi Əmrah onu və bacısını döymüşdür. X9 xanım onlara bildirmişdir ki, “Sizdən soruşsalar sizi kim döyüb deyərsiz ki, ananız döyüb.” Ona görə bildirmişlər ki, anaları onları döymüşdür. Hazırda müvəqqəti olaraq uşaq evində bacısı ilə yaşayır, lakin o, anasını çox istəyir və anasının yanına qayıtmaq istəyir. Uşaq evində Xədicə adli baxıcı qadın gecələr onu döyür. Məhkəmə iclasında qanuni nümayəndə X2 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X7 bacısı X6 ilə eyni məzmunda izahat vermişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X8 məhkəmə iclasında bildirdi ki, ilkin qiymətləndirmə zamanı uşaqları dindirilən zaman bildirmişlər ki, anası onları rəfiqəsi Ramilənin evində qoymuşdur. Ramilə onlara yemək veməmiş və yuyundurmamışdır. Ramilənin evində olan zaman onun 11 yaşlı nəvəsi Əmrah tərəfindən döyülmüşlər. Masallı Rayon Prokurorluğu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə məhkəmə iclasına gəlməmişdir. Cinayət işi başlansının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs 17 iyun 2023-cü il tarixdə övladları X4 və X5 döyərək, onlara dərəcəsi təyim edilməyən və sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə görə, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 731 nömrəli rəyindən görünür ki, X1 burun nahiyəsində sıyrıqlar müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 20-30 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 732 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində sağ bazu nahiyəsində sıyrıqlar müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 20-30 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə hazırkı iş üzrə həm inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxslər X6 və X3 izahatlarından məlum olur ki, Şəxs evdə olmadığı vaxt uşaqlara baxması üçün onları rəfiqəsi Ramilə adlı qadının evində saxlamışdır. Şəxs işlədiyi üçün gündüzlər evdə olmamış, yalnız gecələr evdə olmuşdur. Şəxs uşaqları heç vaxt vurmamış, onun rəfiqəsi Ramilənin 11 yaşlı nəvəsi Əmrah uşaqları döymüşdür. Bundan məlumatlı olan Ramilə onlara bildirmişdir ki, “Sizdən soruşsalar sizi kim döyüb deyərsiz ki, ananız döyüb.” Ona görə bildirmişlər ki, anaları onları döymüşdür. Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X8 da bildirmişdir ki, ilkin dindirmə zamanı uşaqları Ənvər adlı uşaq tərəfindən döyülmələrini ona bildirmişlər. Beləliklə məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53.1.1, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan inzibati xəta haqqında başlanmış icraata, inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-1292/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1292/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver