Məhkəmə qərarları › İş №3(050)-1300/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1300/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1300/2024 11.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və protokola əlavə edilmiş sənədlərə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 02 iyun 2024-cü il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:22 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində “VAZ-2106” minik markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs protokolla razı olmayaraq izahatında göstərdi ki, 02 06.2024-cü il tarixdə sərxoş olduğundan “VAZ-2106” minik markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün qardaşına vermiş, özü də həmin avtomobildə sərnişin olmuşdur. Saat 23:22 radələrində avtomobillə hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmışlar, alkoltest müayinəsindən keçirilmiş, yoxlama zamanı alkoqollu içkidən istifadə etməsi müəyyən edilsə də, həmin vaxtı avtomobili özü idarə etməmiş, qardaşı idarə etmişdir. Bunu YPX əməkdaşları da görmüşlər. Sonda R.G. Məmmədov qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilmisini xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin sorğu əsasında məhkəməyə “VAZ-2106” minik markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin YPX əməkdaşı tərəfindən saxlanılmasını özündə əks etdirən CD disk məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD-yə keçirilmiş baxış zamanı “VAZ-2106” minik markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin YPX əməkdaşı tərəfindən saxlanılmazdan əvvəl bir avtomobilin əsas yolda ayrılaraq ehtiyat yola keçməsi, daha sonra polis maşının bir neçə saniyə sonra həmin yerə avtomobili hərəkət etdirdikləri, küçənin baş tərəfinə çatanda Şəxs idarə etdiyi avtomobilin sükan tərəfdən tələsik düşərək avtomobilin ön tərəfinə doğru getdiyi, avtomobilin qapısının açıq şəkildə qaldığı görünmüşdür. YPX əməkdaşları onu saxlamaqla profilaktiki aparılan söhbət zamanı, Şəxs yaxınlıqda yaşayan qardaşıgildən gəldiyini, sexin qapısı açıq olduğuna bağlamaq üçün avotmobili sexin qarşısında saxladığını və 50 qram içki içdiyini deməsi müəyyən olunmuş, YPX əməkdaşları onu alkoltest müayinəsinə təqdim etsə də lakin ilkin olaraq bundan imtina etməsi müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 642539 saylı alkotestin nəticəsindən görünür ki, Şəxs 1,142% promildə alkoqolun miqdarı aşkar olunmuş, o, “nəticə ilə razıyam” qeydi apararaq imzası ilə təsdiq etmişdir. Məmmədov X1 xəta törətməsi onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətini təyin edilməsi barədə alkotesterin nəticəsi, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məmmədov X1 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adı çəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar