Məhkəmə qərarları › İş №3(050)-1302/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1302/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1302/2024 24.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, şikayətçı X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin 27 may 2024-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 220.2-ci maddsəsinə əsasən 200 manat məbləğində inzibati cərimə cəzasının tətbiq edilməsinə dair 27 may 2024-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin MN ******* nömrəli, 27 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, 17 may 2024-cü il tarixdə tərtib edilmiş, ******* nömrəli protokol üzrə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. Tərtib edilmiş protokola əsasən xətanın məzmunu "təsərrüfatında olan heyvanların identifikasiya olunmaması və sağımda iştirak edən işçinin tibbi müayinə kitabçasının mövcud olmaması", qərara əsasən isə "sağımda iştirak edən işçinin tibbi müayinə kitabçasının mövcud olmamas” kimi göstərilmişdir. Barəsində tərtib edilmiş protokolla və inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Belə ki, tərtib edilmiş protokoldan xəbərsiz olmuş, həmin protokolda onun imzası yoxdur və bu barədə hər hansı bir akt tərtib edilməmişdir. O, şəxsi təsərrüfatımda bir neçə iribuynuzlu heyvan saxlayır. Onların baxımını həyat yoldaşı ilə birlikdə aparır. Təsərrüfat işlərinin aparılmasında başqa bir kimsə iştirak etmir. Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərdə işçinin kimliyi barədə hər hansı bir məlumat yoxdur və "işçinin" kimliyi araşdırılmadan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası aqrar ölkədir və bu kimi məsələlərə belə bir məntiqlə yanaşılarsa ölkəmizdə şəxsi təsərrüfatında heyvan saxlayaraq cərimə edilməmiş kimsə qalmaz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinin tələbinə əsasən "Azərbaycan Respublikası İnzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidimioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslrin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir". Barəsində tərtib edilmiş protokol və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə əsasən ona təyin edilmiş inzibati cərimə cəzası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin vəzifə və prisiplərinə ziddir. Məhkəmə iclasında şikayətçı X7 şikayətin məzmununa uyğun izahat vərərək göstərdi ki, mübahisələndirilən qərarı Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə sənədlərlə tanış olması üçün dəvət edilmiş, sənədlər ona təqdim edilərkən imza edilməsi təklif edilsə də, sənədləri imzalamamış, sənədləri əldə etdikdən sonra vəkili ilə tanış edəcəyini, daha sonra zərurət yaranacağı təqdirdə imzalayacağını bildirmişdir. Sənədlər ona xx.xx.2024-cü il tarixdə təqdim edilməsinə baxmayaraq qərarın qəbul edilmə tarixi 27 may 2024-cü il tarixi qeyd edilmişdir. Bundan başqa heyvandarrlığın inkişafı məqsədi ilə VÖEN açdırmış, lakin VÖEN-in hazırki vaxta kimi aktiv olmasını bilməmiş, bunun əsasında heyvandarlığın inkişafı üçün təsərrüfatında olan heyvanların identifikasiya olunmalı olduğunu da bilməmiş, əvvəlcədən ona bildirilməmişdir, adına açılmış VÖEN-i isə bir həftə olar ki, bağlatdırmışdır. Təsərrüfatında olan heyvanların sağımını ailə üzvü olan arvadının həyata keçirməsi barədə əməkdaşlara məlumat vermiş, lakin sağım üçün şəxsin tibbi müayinə kitabçasının zəruri olduğunu əvvəlcədən bilməmişdir. Hazırda həmin tibbi müayinə kitabçasını yenicə əldə etmişdir. Sonda Z.S.Abdullayev göstərilənləri nəzərə alıb şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsi dinləyib, iş materiallarını araşdıraraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir: İnzibati xəta haqqında 17 may 2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, X5 məxsus heyvandarlıq təsərrüfatında heyvanların heyvanların identifikasiya olunmaması və sağımda iştirak edən işçinin tibbi müayinə kitabçasının mövcud olmaması əsasına görə Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin əməkdaşı tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 220.2-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir. Yoxlama materiallarının baxılmasına dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” KY242109932 saylı çıxarışa əsasən Masallı rayonu, Boradigah qəsəbəsi, H.Aslanov 28 ünvanında yerləşən heyvandarlıq təsərrüfatında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə riayət olunması ilə bağlı yoxlama həyata keçirilmişdir. Yoxlama materiallarına baxılmasında iştirak etmək üçün X5 xx.xx.2024-cü il tarixdə saat 09:15-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi X2ması barədə bildiriş ünvanlanmışdır. Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Masallı rayonu, Boradigah qəsəbəsi, H.Aslanov 28 ünvanında yerləşən X5 məxsus heyvandarlıq təsərrüfatında aparılan plandankənar yoxlama zamanı obliqat qrupuna daxil olan bir nəfər işçinin dövri tibbi müayinə kitabçası olmadığından Qərarın icrasından yayındığı təqdirdə Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən 4000 manatdan 5000 manatdək cərimə növündə tətbiq ediləcəyi barədə xəbərdarlıq edilməsi qərara alınmışdır. İnzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin MN ******* nömrəli, 27 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 17 may 2024-cü il tarixdə tərtib edilmiş, ******* nömrəli protokol üzrə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tədqiqatı zamanı şikayət verən şəxsin izahatı, iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuşdur ki, X1 faəliyyəti ilə məşğul olduğu Masallı rayonu, Boradigah qəsəbəsi, H.Aslanov 28 ünvanında yerləşən heyvandarlıq təsərrüfatında aparılan plandankənar yoxlama zamanı "təsərrüfatında olan heyvanların identifikasiya olunmaması və sağımda iştirak edən işçinin tibbi müayinə kitabçasının mövcud olmaması" halları aşkarlanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda Plandankənar (növbədən kənar) yoxlama keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görəfiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Şikayətçinin məhkəmə iclasında verdiyi izahatından görünüdüyü kimi, o, heyvandarlığın inkişafı məqsədi ilə VÖEN açdırmış, lakin VÖEN-in hazırki vaxta kimi aktiv olması ilə izah etmiş, bunun əsasında heyvandarlığın inkişafı üçün təsərrüfatında olan heyvanların identifikasiya olunmalı olduğunu da bilməmiş, əvvəlcədən ona bildirilməməsi ilə əlaqələndirmişdir. Adına açılmış VÖEN-i isə bir həftə olar ki, bağlatdırdığını izahatında göstərmişdir. Bundan əlavə Təsərrüfatında olan heyvanların sağımını ailə üzvü olan arvadının həyata keçirməsi barədə əməkdaşlara məlumat verməsini göstərmiş, lakin səbəbini sağım üçün şəxsin tibbi müayinə kitabçasının zəruri olduğunu əvvəlcədən bilmədiyi ilə əsaslandırmış, hansı ki, qeyd edilən tibbi müayinə kitabçasını yenicə əldə etdiyini məhkəmə iclasına verdiyi izahatında göstərmişdir. Lakin şikayətçi qərarın ləğv olunnması üçün əsasları təsdiq edəcək hər hansı sübut və sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X4 Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi” barədə verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi” barədə verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar