Məhkəmə qərarları › İş №3(050)-1303/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1303/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1303/2024 11.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə. X1 Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in DYPB-nin 16 may 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair şikayətinə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in DYPB-nin 16 may 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü ildə Seybətin dairəsində olan obyektlərdən Seybətin kənd tərəfdən işıqforda göy işıq yanmış, Bakı-Astara yolundakı işıqforda isə qırmızı işıq yandıqdan və hərəkət dayandıqdan sonra yola çıxmış, bu zaman Masallı RPŞ-in DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman ona Bakı-Astara yolunda olan işıqforun qırmızı işığında keçdiyi və onun maşından düşməsi, maşının polis şöbəsinə aparılacağı bildirilmişdir. O, da Seybətin kənd tərəfdən obyektdən çıxdığını, bunu polisin özünün də gördüyünü işıqforda yaşıl işıq yandığını dedikdə, polis ona Bakı-Astara yolundakı işıqforun arxasından, Bakı və Seybətin yolundakı iki işıqforun arasındakı Seybətin kənd tərəfdəki obyektdən çıxdığını və Bakı- Astara yolundakı işıqforun qarşısından keçmədiyi və stop xəttinini qarşısında dayanmadığı halda və əksinə Bakı-Astara yolundakı işıqforda qırmızı işığın yanmalı olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, Bakı-Astara istiqamətində hərəkət dayanmalı idi ki o, Seybətin kənd tərəfdən olan obyektdən yola çıxa bilsin ki, qəza olmasın. Səxavət Əhmədov hansı tələbi pozduğunu soruşduqda, polis əməkdaşı onunla maşına əyləşməklə birgə şöbəyə getməli olduğunu bildirmişdir. O polis əməkdaşına "sən kimsən ki, məni şöbəyə aparasan” demiş, polis əməkdaşı isə kəmər taxmadığını deyərək kəmərinə əl atmış, o, da əli ilə kəməri göstərdikdə, kəmərin yerinə bərkidildiyini yoxladıqdan sonra qırmızı işıqda keçdiyi haqda protokol yazacağını bildirmiş və yerə düşüb imza etməyini tələb etmişdir. Qanunsuz yazılan xx.xx.2024-cü ildə TP6494603 nömrəli qərarın qüvvəyə minməsi barədə ona bildiriş gəlmişdir. Lakin o qərarı xx.xx.2024-cü ilə tarixdə əldə etmişdir. Məhkəmə baxışı iclasında şikayət vermiş şəxs X3 şikayəti eyni əsaslarla əsaslandırmış, göstərdiyi hallara əsasən şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin sorğu əsasında məhkəməyə “VAZ 21074” minik markalı, ** GJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin YPX əməkdaşı tərəfindən saxlanılmasını özündə əks etdirən CD disk məhkəməyə təqdim edilmişdir. 16 may 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 barəsində xx.xx.2024-cü il tarixdə “VAZ 21074” markalı, **-GJ-*** dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə edərkən işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 80 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışı iclasında DİN-in Masallı RPŞ-in DYPB-dən təqdim edilmiş CD diskə baxış keçirilmiş və videogörüntüdən məlum olmuşdur ki, X3 xx.xx.2024-cü il tarixində idarə etdiyi “VAZ 21074” markalı, **-GJ-*** dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə edərkən “svetoforun (işıqforun) və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətə davam edərək” yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə qarşılıqlı təhlil etməklə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 115 və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-nin 124.2.-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. Göründüyü kimi, xx.xx.2024-cü ildə, saat 10:04-də yol hərəkəti pozuntusu bilavasitə YPX inspektoru tərəfindən aşkar olunmuş, protokol ilə razılaşmayan X3 barəsində şikayət olunan inzibati xəta haqqında qərar qəbul edilərkən İXM-nin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmışdır. Məhkəmə şikayətin dəlillərini X3 özünü müdafiə kimi qiymətləndirir, mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-in 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İXM-in 327.2.-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, DİN-in Masallı RPŞ-in DYPB-nin əməkdaşının inzibatı tənbeh vermə haqqında qərarı hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, inzibati xəta haqqında qərar qanuna uyğun olduğundan şikayət təmin edilməməlidir. Qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.1.-135.1.6.-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir. Ona görə də şikayət verilmiş qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və İXM-in 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası DİN Masallı RPŞ-nin DYPB-nin polis kapitanı X2 16 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar