Məhkəmə qərarları › İş №3(050)-1304/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1304/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1304/2024 24.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, o cümlədən EQ 21292935 saylı protokola xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, o cümlədən EQ 21347498 saylı protokola xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş DİN-nin BDYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, o cümlədən EQ 21292935 saylı protokola xitam verilməsi xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, o cümlədən EQ 21347498 saylı protokola xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək şikayətə baxılmasına dair dair təyin olunmuş məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini və şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ramil Rəcəbov idarə etdiyi “Kia Sorento” minik markalı ** BM *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Ziya Bünyadov prospektində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi barədə EQ/21292935 nömrəli protokola əsasən qərar qəbul edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Ziya Bünyadov prospektində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə EQ/21347498 nömrəli protokola əsasən qərar qəbul edilmişdir. O, Masallı rayon məhkəməsinin 3(050)-781/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə qərarına əsasən, onun nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırılması ilə bağlı çıxarılmış Masallı rayon məhkəməsinin 3(050)-781/2024 saylı xx.xx.2024-ci il tarixli məhkəmə qərarının icrasına xitam verilməsinə baxmayaraq barəsində qanunsuz olaraq protokolların tərtib edildiyini, bu səbəbdən də həmin protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə qərarların icrasına xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş; DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 20:36 radələrində Bakı şəhəri, Ziya Bünyadov prospektində “Kia Sorento” minik markalı 77 /BM 844 dövlət qeydiyyat nişanlı avtomaşını sürücülük hüququ olmadan idarə etdiyinə görə barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ/21292935 saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən 300 manat inzibati qaydada cərimə cəzası tətbiq edilmişdir. DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 15:13 radələrində Bakı şəhəri, Ziya Bünyadov prospektində “Kia Sorento” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomaşını sürücülük hüququ olmadan idarə etdiyinə görə barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ/21347498 saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən 300 manat inzibati qaydada cərimə cəzası tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli 3(050)-781/2024 nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tələblərini pozduğundan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış, bundan sonra inzibati xəta törətmiş şəxs cərimə və dəbə pulunu ödədiyindən müraciəti əsasında barəsində qəbul edilmiş qərarın icrasına xitam verilməsi barədə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(050)- 781/2024 cü il tarixli qərarı qəbul edilmişdir. Qeyd edilən qərar icra edilməsi üçün aidiyyəti üzrə göndərilməklə qərarın icrası Azərbaycan Respublikası DİN-nin BDYP-yə həvalə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Lakin iş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(050)-781/2024 nömrəli qərarından da göründüyü kimi X1 hüququnun məhdudlaşdırılmasına dair Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(050)- 781/2024 nömrəli qərarının icrasına icrasına xitam verilmiş və Ramil Rəcəbovun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması aradan qalxmışdır. Buna baxmayaraq, DİN-nin BDYPİ-nin yuxarıda qeyd oluanan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarlarına əsasən Ramil Rəcəbovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmaması əsasına görə qeyd edilən inzibati cərimə tənbeh tədbirləri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Halbuki, məhdudiyyətin aradan qaldırılmasına dair Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(050)-781/2024 nömrəli qərarının icrasını təmin etmək səlahiyyətli orqanın vəzifəsidir, vətəndaşın isə belə olan halda qərarını icrasını təmin etmək kimi səlahiyyəti qanunvericliklə müəyyən edilməmişdir. Səlahiyyətli orqan isə qərarın icrasını vaxtında təmin etmədiyindən vətəndaş Ramil Rəcəbov əsassız olaraq yenidən inzibati cərimə tənbeh tədbirinə məruz qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.1-ci mаddəsinə əsаsən inzibаti xətа hadisəsi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. 105.1.maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(050)-781/2024 nömrəli qərarına əsasən X3 inzibati tənbeh vermə haqqında qərarlarında qeyd edilən tarixlərdə nəqliyyat vasitəsini idarə etmək hüququ mövcud olmuşdur. Bu səbəbdən şikayət təmin edilməli, DİN-nin BDYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. DİN-nin BDYPİ-nin vəzifəli şəxsi tərəfindən X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar