Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1307/2025 18.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, X1 və onun nümayəndəsi Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil, Qərarından şikayət verilən Azərbaycan Respublikasının X7 X2 nümayəndələri X8 və X6 iştirakları ilə X1 Azərbaycan Respublikasının X7 X2 MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Qida X4-Astara regional bölməsi tərəfindən 01 may 2025-ci il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsinə əsasən əsassız olaraq cərimə olunmuşdur. Ona yazılmış cərimə qanunsuzdur və o, aşağıdakı fikirləri ilə cərimənin qanunsuz olduğunu sübut edəcəkdir. Cənab Prezidentin göstərişindən sonra kənd təsərrüfatını inkişaf etdirməkdən ötrü qardaş Türkiyə Respublikasından naringi tingini ölkəyə idxal etmişdir. Bütün sənədləri qanuni və rəsmidir. Tingi aldığı şirkət tərəfindən ona beynəlxalq dərəcəli təhlükəsizlik sertifikatı da verilmişdir. Aldığı tingi ünvan 2ində yerləşən həyətinə yığmışdır. X7 X2 əməkdaşları tinglərə yerində baxış keçirməli olduqlarını və onlardan nümunələr götürəcəklərini bildirdilər. Etiraz etməyərək onları həyətinə gətirmiş və tinglərə baxış keçirdərək tinglərdən nümunələr götürmüşlər. Üzərindən qısa müddət keçdikdən sonra onunla əlaqə saxlanılmış 2403 manat dövlət rüsumunun ödənilməsi tələb edilmişdir. O, əməkdaşdan ona qanuni əsaslarla hesab göndərməyini və dediyi məbləğdə dövlət rüsumunu qanuna uyğun olaraq əsaslandırmasını xahiş etmişdir. Sonradan onun “Whatsapp” əlaqə vasitəsinə özünün tərtib etdiyi cədvəli göndərmişdir. Həmçinin səs ataraq bildirilmişdir ki, sizin tinglərdən nümunələr götürülmüşdür, cədvəldə göstərilmiş ödənişləri ödəmək lazımdır. O, dəfələrlə idarənin inzibati binasında olmuş və əməkdaşlardan tələb edərək ona hesab nömrəsi verilməsini və ödənişlərinin Nazirlər Kobinentinin qərarına uyğun olaraq ödəmək istədiyini bildirsə də heç bir nəticəsi olmamışdır. Qanunun ona verdiyi bütün vasitələrdən istifadə edərək dövlət rüsumunu ödəmək istəsə də, qanundan kənar işləyən idarənin əməkdaşları ona ödəniş etməyə imkan verməmişlər. Eyni tarixdə ona üç qərar yazılmış və ümumilikdə 4500 manat cərimə olunmuşdur. Qərarlar otaq şəraitində, heç bir araşdırılma aparılmadan və formal olaraq yazılmışdır. Qərarlarda qeyd edilir ki, məhsulların təhlükəsizliyini təsdiq edən sınaq protokolunun dövlət nəzarəti orqanına təqdim edilməməsi və bu məhsulların gizlədilməsi əsası ilə qərar yazılmışdır. Hörmətli məhkəmə qərarı ona yazan bölmənin rəisi Xalid Ələkbərli adlı şəxsdir. Bu şəxs vəzifəyə qəbul olunarkən ən azından and içərək işinə başlamışdır. Xalid adlı məmur özünü hüquqi bir dövlətin məmuru kimi yox, Afrikanın hüquqsuz bir dövlətinin məmuru kimi aparır. Ona yazılmış qərar saxtalaşdırılmış şəkildə yazılmışdır. O, idarənin əməkdaşlarından idxal etdiyi tingləri gizlətməmiş, əksinə bütün zəruri sənədlərini onlara təqdim etmişdir. Tinglərdən nümunələrin götürülməsinə şərait yaratmış, dövlət rüsumunu da ödəmək istəmiş, lakin ona hesab nömrəsi verilmədiyinə görə cərimələnmişdir. Hörmətli məhkəmə haqqını tələb etdiyinə görə onu bu hala salmışlar. Hesab edir ki, həmin qərarlar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərarlar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 307 saylı qərarında da konkret olaraq fitosanitar və müayinənin və ekspertizanın aparılmasına görə ödəniş cədvəlləri müəyyən edilmişdir. Bu qanunsuz məmurlar isə öz cədvəlləri ilə ona ödəniş etdirmək istəyirlər. Məhkəmə iclasında X1 nümayəndəsi Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında X3 məhkəmə iclasında şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikasının X7 X2 nümayəndəsi X11 şikayəti qəbul etməyərək izahatında bildirmişdir ki, X14 tərəfindən Türkiyə Respublikasından iki növ naringi ağacı tingi idxal olunması üçün Azərbaycan Respublikasının Qida X4-Astara regional bölməsinə müraciəti daxil olmuşdur. Müraciətə baxılmış lazımi sənədləşdimə işləri aparıldıqdan sonra həmin toxumların idxalına icazə verilmişdir. Qanunvericiliyin tələbinə əsasən ölkə ərazisinə idxalına icazə verilməsi o demək deyil ki, sahibkar bu məhsulları gətirər, istifadə edə bilər, sata bilər. Onlar o sahibkardan nümunə götürülən zaman onunla bağlı nümunə götürülməsi aktı tərtib etmişlər, sahibkardan toxumlara toxunmamaq üçün İltizam alınmışdır. İltizamda da qeyd edir ki, ünvan 1i ünvanında sınaq protokolunun cavabları çıxanadək orda saxlayıcıya dair bütün qanuni məsuliyyəti öz üzərinə götürür. O iltizam da xx.xx.2025-ci il tarixdə sahibkardan alınmışdır. Orada iltizamın və nümunə götürülmə aktının bir surəti də V.Cəlilova təqdim edilmişdir. Bununla bağlı problem olmayıb, sahibkar malları QTA-nın əməkdaşlarına təqdim etmiş, nümunə götürülmüşdür. Lakin nümunə götürüləndən sonra Nazirlər Kabinetinin 280 saylı və 307 saylı qərarlarına uyğun olaraq sahibkardan götürülən nümunələr laboratoriyaya təqdim edilmişdir. “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2006-cı il tarixli 280 nömrəli qərarında qeyd edilir ki, ölkəyə idxal olunan bitki və bitkiçilik məhsullarının sınaqlarının aparılması ilə bağlı xidmət haqqının ödənilməsi idxalçının, sahibkarın boynunadır. Sahibkar o pulu ödəməlidir. xx.xx.2025-ci il tarixdə nümunə götürülməsinə baxmayaraq V.Cəlilov tərəfindən laboratoriya xidmət haqqı ödənilməmişdir. Vahid müəllim daha sonra qeyd etmişdir ki, idxal olunan məhsullar onun adına gəlməsinə baxmayaraq həmin məhsullar onun deyil və məsuliyyətin başqa adama aid olduğunu bildirmişdir. Sahibkar V.Cəlilov məhsullara toxunmayacağına görə iltizam verdiyi üçün regional bölmə əməkdaşları tərəfindən həmin məhsullara yenidən baxış keçirilmişdir. Regional bölmənin əməkdaşları da məhsullara baxış keçirilməsindən ötrü V.Cəlilovla əlaqə saxlamışlar, V.Cəlilov isə Cəlilabad rayonunda olduğunu bildirərək baxış keçirilməsi üçün yaxınlaşmamışdır. Regional bölmənin əməkdaşları bir neçə saat orada gözləmişlər, Təklə ərazi nümayəndəliyinə yaxınlaşıb ərazi nümayəndəsindən V.Cəlilovla əlaqə saxlanılmasını xahiş etmişlər. Daha sonra ərazi nümayəndəsinin iştirakı ilə akt tərtib etmişlər ki, məhsulların toxunulmazlığı ilə bağlı baxış keçirmək istəmişlər, lakin baxış keçirilməsi mümkün olmamışdır. Sonradan V.Cəlilovla telefon vasitəsi ilə əlaqə saxlanılaraq laboratoriya xidmət haqqlarının ödənilməsi xahiş olunmuşdur. Lakin V.Cəlilov məhsulların məsuliyyətinin ona aid olmadığını bildirərək imtina etmişdir. Onlar baxış keçirilməzdən əvvəl sahibkara xəbərdarlıq məktubu və digər sənədlər ünvanlanaraq hüquq və vəzifələri izah edilmişdir. Nazirlər Kabinetinin 280 saylı qərarına uyğun olaraq məhsullara nəzarət QTA-dədir. Nəzarət o demək deyil ki, nümunə təqdim etdikdən sonra ondan sonra nəzarət bitdi. V.Cəlilov onu elə şərh edir. Lakin şərh bununla bitmir. Sahibkar nümunələri təqdim etmiş, onlar həmin nümunələri laboratoriyaya təqdim etmişlər. Hazırda xidmət haqqı ödənilmədiyi üçün laboratoriya sınaq protokollarının cavablarını idarəyə və sahibkara təqdim etmir, çünki xidmət haqqı ödənilməyib. Bu səbəbdən də hazırkı vaxtda da həmin ağacların xəstə olub-olmamasını, ölkə fitosanitar qaydalarına uyğun olubolmamasını, torpağa uyğunluğunu, V.Cəlilovun öz bağına, əkin sahəsinə, həyətyanı torpaq sahəsinə zərər vurub vurmadığını bilmirlər, onu müəyyən edə bilmirlər. V.Cəlilov laboratoriya xərcini ödəməməklə faktiki olaraq ölkənin fitosanitar vəziyyətini riskə atır. Həmçinin V.Cəlilov xəbərdarlıq məktubu və inzibati icraata başlamaq haqqında bildiriş almasına baxmayaraq xəbərdarlıq məktubuna heç bir rəsmi cavab verməmişdir, icraat bildirişini isə qəbul etdikdən sonra regional bölməyə yaxınlaşmışdır. Orada da bildirmişdir ki, ödəniş edə bilmir, məhsulların onun adına olmasına baxmayaraq məhsullar başqasınındır, məsuliyyət ondadır. Onlar da ona bildirmişlər ki, o, məhsulları faktiki olaraq Dövlət nəzarətindən gizlədir, məhsullar yoxdur. V.Cəlilov dəfələrlə onlara telefon danışıqları zamanı, həm də məhkəmədə izahat verərkən bildirmişdir ki, idxal edilən tingləri əkin sahəsində əkilmişdir və yaxud yerə bastırılmışdır. Ümumiyyətlə verdiyi iltizama görə tinglərin Kəlbəhüseynli kəndindən tərpədilməsi qadağandır, orada İXM-nin 544-cü maddəsinin tələbləri pozulur, dövlət olaraq onlar ölkəyə idxal olunan tinglərinə nəzarət etməlidirlər, onun yekun olaraq sağlam olması ilə bağlı müvafiq sənəd olan labaratoriya sınaq protokolu onların əlində deyil, ona görə də İXM-nin 447.0.6-cı maddəsi ilə V.Cəlilov barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Hesab edirlər ki, qərar qanunauyğun olaraq çıxarılmışdır və məhkəmədən qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Qida X4-Astara regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 22 aprel 2025-ci il tarixli protokolun surətindən görünür ki, X14 tərəfindən Türkiyə Respublikasından idxal edilmiş 20755 kq naringi tingi məhsullarının təhlükəsizliyini təsdiq edən sınaq protokolunun dövlət nəzarəti orqanına təqdim edilməməsi və bu məhsulların gizlədilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xətanı törədən şəxs X14 izahat verməkdən və imza çəkməkdən imtina etmişdir. Azərbaycan Respublikasının X7 X2 rəisi X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli qərardan görünür ki, X14 tərəfindən Türkiyə Respublikasından idxal edilmiş 20755 kq naringi tingi məhsullarının təhlükəsizliyini təsdiq edən sınaq protokolunun dövlət nəzarəti orqanına təqdim edilməməsi və bu məhsulların gizlədilməsi nəticəsində ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsinə əsasən 1500 manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilmişdir. 19 mart 2025-ci il tarixli aktın surətindən görünür ki, X10 idxal etdiyi gilas, naringi və qoz tinglərinin əkilməsinə dair Kəlnəhüseynli kəndində yerləşən anbara baxış həyata keçirmək mümkün olmamışdır. X14 ilə mobil rabitə vasitəsi ilə əlaqə saxlayaraq mövcud olan vəziyyətlə bağlı məlumat verilmişdir. Sahibkar gələ bilməyəcəyini, hal-hazırda Cəlilabad rayonunda olduğunu bildirmişdir. Belə ki, X13 məxsus idxal olunmuş tinglərə baxış həyata keçirmək mümkün olmamışdır. 26 fevral 2025-ci il tarixli iltizamdan görünür ki, X14 idxal məhsulların sınaq nəticələri məlum olana və X5 alınadək məhlulları ünvan 2i ünvanında yerləşən anbarda saxlayacağına dair bütün qanuni məsuliyyətini öz üzərinə götürmüşdür. Saxlanca verilmiş məhsulların siyahısı: gilas tingi “Brokforest 0900 Ziraat” – 1139 kq – 1100 ədəd; gilas tingi “Starks Gold” – 414 kq – 400 ədəd; naringi tingi “Satsuma Clausellina” – 17500 kq – 2500 ədəd; naringi tingi “W.Murcott” 3255 kq – 465 və qoz tingi “Chandler” – 52 kq - ədəd məhsullar qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X14 barəsində 01 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, X10 barəsində qərar qəbul edilərkən tam araşdırma aparılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, 19 mart 2025-ci il tarixli akta əsasən X10 idxal etdiyi gilas, naringi və qoz tinglərinin əkilməsinə dair Kəlbəhüseynli kəndində yerləşən anbara baxış həyata keçirmək mümkün olmadığı qeyd olunsa da, X14 ilə mobil rabitə vasitəsi ilə əlaqə saxlanılarkən Cəlilabad rayonunda olduğu üçün həmin gün gələ bilməyəcəyini bildirmişdir. Lakin sonradan tinglərə Azərbaycan Respublikasının X7 X2 əməkdaşları tərəfindən baxış keçirilməmişdir. Göründüyü kimi X14 tərəfindən 20755 kq naringi tingi məhsulları gizlədilməmişdir və həmin tinglərə yenidən baxış keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Beləliklə, məhkəmə belə hesab edir ki, X10 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının X7 X2 rəisi X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının X7 X2 rəisi X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli qərar ləğv edilsin və müvafiq araşdırma aparılması üçün iş həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1307/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1307/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver