Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1308/2025 18.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X13 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, X1, qərarından şikayət verilən Azərbaycan Respublikasının Qida X3-Astara regional bölməsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Qida X3-Astara regional bölməsinin MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Qida X3-Astara regional bölməsi tərəfindən 01 may 2025-ci il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsinə əsasən əsassız olaraq cərimə olunmuşdur. Ona yazılmış cərimə qanunsuzdur və o, aşağıdakı fikirləri ilə cərimənin qanunsuz olduğunu sübut edəcəkdir. Cənab Prezidentin göstərişindən sonra kənd təsərrüfatını inkişaf etdirməkdən ötrü qardaş Türkiyə Respublikasından qoz tingini ölkəyə idxal etmişdir. Bütün sənədləri qanuni və rəsmidir. Tingi aldığı şirkət tərəfindən ona beynəlxalq dərəcəli təhlükəsizlik sertifikatı da verilmişdir. Aldığı tingi ünvan 1ində yerləşən həyətinə yığmışdır. Qida X3-Astara regional bölməsinin əməkdaşları tinglərə yerində baxış keçirməli olduqlarını və onlardan nümunələr götürəcəklərini bildirmişlər. Etiraz etməyərək onları həyətə gətirmiş və tinglərə baxış keçirdərək tinglərdən nümunələr götürülmüşlər. Üzərindən qısa müddət keçdikdən sonra onunla əlaqə saxlayaraq 2403 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmuşdur. O, əməkdaşdan ona qanuni əsaslara hesab göndərməyini və dedikləri məbləğdə dövlət rüsumunu qanuna uyğun olaraq əsaslandırmasını xahiş etmişdir. Sonradan onun whatsapp tətbiqi ilə onun əlaqə vasitəsinə onların tərəfindən tərtib olunmuş cədvəli göndərmişdir. Həmçinin səsyazısı ataraq ona bildirilmişdir ki, onun tinglərdən nümunələr götürülmüş, cədvəldə göstərilmiş ödənişləri ödəmək lazımdır. O, dəfələrlə idarənin inzibati binasında olmuş və əməkdaşlardan tələb edərək ona hesabın nömrəsi verilməsini və ödənişlərinin Nazirlər Kabinetinin qərarına uyğun olaraq ödəmək istədiyini bildirsə də, heç bir nəticəsi olmamışdır. Qanunun ona verdiyi bütün vasitələrdən istifadə edərək dövlət rüsumunu ödəmək istəsə də, qanundan kənar işləyən idarənin əməkdaşları ona ödəniş etməyə imkan verməmişlər. Eyni tarixdə ona üç qərar yazılmış və ümumilikdə 4500 manat məbləğində cərimə olunmuşdur. Qərarlar otaq şəraitində, heç bir araşdırılma aparılmadan və formal olaraq yazılmışdır. Qərarlarda qeyd edilir ki, məhsulların təhlükəsizliyini təsdiq edən sınaq protokolunun dövlət nəzarəti orqanına təqdim edilməməsi və bu məhsulların gizlədilməsi əsası ilə qərar yazılmışdır. Qərarı ona yazan bölmənin rəisi Xalid Ələkbərli adlı bir şəxsdir. Ona yazılmış qərar saxtalaşdırılmış şəkildə yazılmışdır. Bu şəxs vəzifəyə qəbul olunarkən ən azından and içərək işinə başlamışdır. Xalid adlı məmur özünü hüquqi bir dövlətin məmuru kimi yox, Afrikanın hüquqsuz bir dövlətinin məmuru kimi aparır. Ona yazılmış qərar saxtalaşdırılmış şəkildə yazılmışdır. O, idarənin əməkdaşlarından idxal etdiyi tingləri gizlətməmiş, əksinə bütün zəruri sənədlərini onlara təqdim etmişdir. Tinglərdən nümunələrin götürülməsinə şərait yaratmışdır, dövlət rüsumunuda ödəmək istəmiş, lakin ona hesab nömrəsi verilmədiyinə görə cərimələnmişdir. Haqqını tələb etdiyinə görə onu bu hala salmışlar. Hesab edir ki, həmin qərarlar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərarlar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, Türkiyə Respublikasından ağac tingləri ixrac etmişlər, öz sahələrində kəmək üçün. Bütün sənədləri qaydasında olmuşdur. Türkiyədədə bütün ağaclar analiz olunmuşdur. Beş ağac növüdür 3 mandarin sortu, qoz və gilas. Hamısı Türkiyədə analiz olunub gətirmişlər Azərbaycana, sənədlərdə tam qaydasında olmuşdur. Gətirib hamsını öz həyətində yığmışdır. İki böyük parnik qurmuş, qoz ağacından başqa, qoz ağacları sahədə parnik edib orda əkmişdir. Qida təhlükəsizliyinin nümayəndəsi gəldi analiz götürmək üçün, hər ağac növündən 4 ədəd götürmüş yəni 20 ədəd ağac ayrı-ayrı selofanlara yığıb aparmışlar analizə. Analizlə bağlı ona məlumat vermişlər ki, analizin qiyməti 2400 - 2500 manat yaxın. O, buna etiraz etmiş, demişdir ki, Türkiyyədə analiz etdirmişlər bu qədər məbləğ tutmayıb Azərbaycanda bu qədər məbləğ tutur buna. Nazirlər Kabinetinin qərarında nə yüksəs analizin qiyməti 150 manatdır ondan yüksəki yoxdur. Etiraz etdikdən sonra agentlik başqa bir yola əl ataraq guyaki o, ağacları gizlətmişdir, ona görə də, hər növ üzrə onu 1500 manat cərimə etmişlər. Əgər o, gizlətmişdirsə ağacı göstərsin. Guya bunların nümayəndəsi ona zəng edib ki, gəlib ağaclara baxaq, demiş bəli onun işim var Cəlilabaddadır gələ bilmir, gələ bilər 3 saatdan sonra, deyib yox hökmən gəlməlidir. Gedib kənd icra nümayəndəsinin yanına, icra nümayəndəsinə imza etdirib möhür vurdurubki onlar burda olmuşlar. Sabah gəlmələrini demişdir. Analizin haqqı olan 2400 manata etiraz etdiyinə görə, guya o, ağacı gizlətmiş, ağac isə yerindədir. O, ağacları təqdim eləmişdir, 52 ədəd qoz ağacı tingindən 4 ədədini təşkilat götürüb analizə aparmışdır. Onlar onu düzgün cərimə etməyiblər. Məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikasının Qida X3-Astara regional bölməsinin nümayəndəsi Nümayəndə1 şikayəti qəbul etməyərək izahatında bildirmişdir ki, X10 tərəfindən xx.xx.2025-ci il tarixdə Türkiyə Respublikasından 50 ədəd. Kiloqramla ifadə olunduğunda 52 kiloqram qoz ağacı tingi idxal olunması üçün Azərbaycan Respublikasının Qida X3-Astara regional bölməsinə müraciəti daxil olmuşdur. Bir dəqiqləşdirmə aparaq V.Cəlilov 2403 manat borc qeyd edir, 2403 manat ümumi olaraq sahibkara hesablanmış borcdur. Orda iki növ narıngi ağacı tingi, iki növ gilas ağacı tingi və bir növ qoz ağacı tingi, ümumi məbləğ o qədərdir. Qoz tinginin labarotoriyada ödənişləri ilə bağlı elektron qaimədə təqdim edə bilərlər, sahibkarın elektron kabinetində onunla bağlı elektron bildiriş gedib. 115 manat və 44 manat cəmi təxminən 160 manat labaratoriya ödənişləri ölçülmüşdür qoz ağacı tingi ilə bağlı. Birdəki V.Cəlilov qeyd edir ki, 100 ağacada, 1000 ağacada eyni labaratoriya pulu gəlir, yəni qanunvericilikdə ağac sayına görə labaratoriya haqqının ölçülməsi yoxdur. Yük partiyasına uyğun labaratoriya xidmət haqqının ölçülməsi vardır. Onlarda ona uyğun tərtib etmişlər. Qoz tingi 1000, 5000 və ya 50 ədəddə olmuş olsaydı onun labaratoriya xidmət haqqısı 160 manat olacaqdı, 160 manatda olmuşdur. 160 manatıda ödəməkdən V.Cəlilov imtina etmişdir. Əməkdaşları tərəfindən sənədlər yoxlanıldıqdan sonra qanunvericiliyə uyğun olaraq sahibkarın 50 ədəd qoz ağacı tinginin ölkəyə idxal edilməsinə icazə verilmişdir. Ölkə ərazisinə idxalına icazə verilməsi o demək deyil ki, sahibkar bu məhsulları gətirər, istifadə edə bilər, sata bilər. Qanunvericilik qeyd edir. Onlar o sahibkardan nümunə götürülən zaman onunla bağlı nümunə götürülməsi aktı tərtib etmişlər, sahibkarda iltizam vermişdir həmin zaman, yəni toxunulmazlıq aktı. İltizamdada qeyd edir ki, ünvan 1i ünvanında sınaq protokolunun cavabları çıxanadək orda saxlayıcıya dair bütün qanuni məsuliyyəti öz üzərimə götürürəm. O iltizamda xx.xx.2025-ci il tarixdə sahibkardan alınmışdır, nümunə götürülən zaman. Orad iltizamın və nümunə götürülmə aktının bir surətidə V.Cəlilova təqdim edilmişdir. Bununla bağlı problem olmayıb sahibkar malları QTA-nin əməkdaşlarına təqdim etmiş, nümunə götürülmüşdür. Lakin nümunə götürüləndən sonra Nazirlər Kabinetinin 280 saylı və 307 qərarlarına uyğun olaraq sahibkardan götürülən nümunələr labaratoriyaya təqdim edilmişdir. Fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 307 nömrəli qərarına əsasən baktereoloji analizlərin aparılması, bakteritik xəstələrin seroloji üsulla yoxlanılması, hər biri 50 manat nəzərdə tutulmuşdur. İki fərqli analiz yoxlanılmışdır. Birdəki karantin ekspertizası olunur 33 manat. Borcda üst-üstə hesablanmış, eləcədə xidmət haqqı hesablanmış və sahibkara cəmi 160 manat borc hesablanmışdır. 160 manatda yüksək məbləğ deyildir. Qanunvericilikdə nəzərdə tutulmuşdur ki, xidmət haqqının ödənilməsi sahibkarın borcudur. Oda “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2006-cı il tarixli 280 nömrəli qərarında qeyd edilir ki, ölkəyə idxal olunan bitki və bitkiçilik məhsullarının sınaqlarının aparılması ilə bağlı xidmət haqqının ödənilməsi idxalçının, sahibkarın boynunadır. Sahibkar o pulu ödəməlidir. Məbləğdə o qədər yüksək deyil. Məhsullar idxal olunduqdan sonra labaratoriyaya təqdim olunmuşdur. Lakin sahibkar labaratoriya xidmət haqqını ödəməkdən imtina etmişdir, onun məbləğinin çox olmasını əsas gətirərək. Digər məhsullarda qisməndə olsa sahibkarı qanuni tərəfdən yox vicdani tərəfdən haqlı saymaq olar, lakin qoz tingi ilə bağlı sahibkarı haqlı saymaqdan ötrü heç bir səbələri yoxdur. Hətta sahibkarı idarəyə dəvət edib ona izah etmişlər ki, ən azından qoz tingi ilə bağlı labaratoriya ödənişlər etsin ki, bununla bağlı barəsindı inzibati qaydada protokol tərtib etməsinlər, çünki qoz tingi ilə bağlı labaratoriya ödənişlər yüksək deyildir. V.Cəlilov bildirmişdir ki, məhsulların onun adına idxal olunmasına baxmayaraq məhsullar başqa şəxsə aiddir, məsuliyyətdə o şəxsə aiddir. Daha sonra V.Cəlilov bildirmişdir ki, sənədləri tərtib edib poçt vasitəsi ilə ünvanına göndərsinlər oda bununla bağlı məhkəməyə müraciət edəcəkdir. Onlarda sənədləri tərtib etdikdən sonra sahibkara göndərmişlər. Bundan başqa V.Cəlilova nümunə götürülən zaman iltizam verilmişdir ki, məhsulların labaratoriya sınaq analizlərinin cavabları məlum olmayanadək bu məhsulların daşınması, satılması və ya istifadə edilməsi qadağandır. Əgər bu məhsullar Kənbəhüseynli kəndindən anbardan və ya həyətyanı sahədən harasa daşınırsa, satılırsa, yaxudda əkilirsə artıq burda İXM-nin 544.2-ci maddəsinin, yəni dövlət orqanının yazılı tapşırığını yerinə yetirməmə maddəsinin tələbləri pozulur. Regional bölmənin əməkdaşlarıda məhsullarla baxış keçirilməsindən ötrü V.Cəlilovla əlaqə saxlamışlar, aktdada var. V.Cəlilov isə Cəlilabad rayonunda olduğunu bildirərək baxış keçirilməsi üçün yaxınlaşmamışdır. Regional bölmənin əməkdaşları bir neçə saat orada gözləmişlər, Təklə ərazi nümayəndəliyinə yaxınlaşıb ərazi nümayəndəsindən V.Cəlilovla əlaqə saxlanılmasını xahiş etmişlər. Daha sonra ərazi nümayəndəsinin iştirakı ilə akt tərtib etmişlər ki, məhsulların toxunulmazlığı ilə bağlı baxış keçirmək istəmişlər, lakin baxş keçirilməsi mümkün olmamışdır. Sonradan V.Cəlilovla telefon vasitəsi ilə əlaqə saxlanılaraq labaratoriya xidmət haqqlarının ödənilməsi xahiş olunmuşdur. Lakin V.Cəlilov məhsulların məhsuliyyətinin ona aid olmadığını bildirərək imtina etmişdir. Orada xəbərdarlıq məktubu və inzibati icraata başlamaq haqqında bildiriş vardır, həmin məktubda V.Cəlilova qanunvericiliyin tələbləri izah olunur və yekunda qeyd olunur ki, bu məhsullara nəzarət bizim əsasnaməmizə və Nazirlər Kabinetinin 280 saylı qərarına uyğun olaraq nəzarət QTA-dədir. Nəzarət o demək deyil ki, nümunə təqdim etdi ondan sonra nəzarət bitdi. V.Cəlilov onun elə şərh edir. Lakin şərh bununla bitmir. Sahibkar nümunələri təqdim etmiş, onlar həmin numunələri labaratoriyaya təqdim etmişlər. Hazırda xidmət haqqı ödənilmədiyi üçün labaratoriya sınaq protokollarını cavablarını idarəyə və sahibkara təqdim etmir, çünki xidmət haqqı ödənməyib. Bu səbəbdən də hazırkı vaxtdada həmin ağacların xərtə olubolmaması, ölkə fitosanitar qaydalarına uyğun olub olmaması, tormağa uyğunluğu, V.Cəlilovun öz bağına, əkin sahəsinə, həyətyanı torpaq sahəsinə zərər vurur vurmadığı bilmirlər, onu müəyyən edə bilmirlər. V.Cəlilov faktiki olaraq ölkənin fitosanitar vaziyyətini riskə atır labaratoriya xərclərini ödəməməklə. Həmçinin V.Cəlilov xəbərdarlıq məktubu və inzibati icraata başlamaq haqqında bildiriş almasına baxmayaraq xəbərdarlıq məktubuna heç bir rəsmi cavab verməmişdir, icraat bildirişini isə qəbul etdikdən sonra regional bölməyə yaxınlaşmışdır. Ordada bildirmişdir ki, ödəniş edə bilmir, məhsulların onun adına olmasına baxmayaraq məhsular başqasınındır, məsuliyyət ondadır. Onlarda ona bildirmişlər ki, o, məhsulları faktiki olaraq Dövlət nəzarətindən gizlədir, məhsullar yoxdur. V.Cəlilov dəfələrlə onlara telefon danışıqları zamanı, həmdə məhkəmədə izahat verərəkən bildirmişdir ki, qoz tingləri əkin sahəsində əkilmişdir və yaxud yerə bastırılmışdır. Ümumiyyətlə verdiyi iltizaman görə qoz tinglərinin Kəlbəhüseynli kəndindən tərpədilməsi qadağandır, orada İXM-nin 544-cü maddəsinin tələbləri pozulur, dövlət olaraq onlar qoz tinglərinə nəzarət etməlidirlər, onun yekun olaraq sağlam olması ilə bağlı müvafiq sənəd olan labaratoriya sınaq ptorokolu onların əlində deyil, ona görədə İXM-nin 447.0.6-cı maddəsi ilə V.Cəlilov barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Sənədləşmə tam qanunauyğun aparılmışdır. Orqan olaraq sahibkarlara qarşı qərəzli mövqelərindən söhbət belə gedə bilməz, ona görə ki, qərar minimumla çıxarışlmışdır. Maddənin dispazisiyası 1500 manatdan 2000 manatadəkdir, V.Cəlilov qərar qəbul olunan zaman iştirakda etməmişdir. Orqan sahibkar ziyana getməsin deyə minimum cəza ilə qərar qəbul etmişdir. İkinci məsələ sahibkar labaratoriya xidmət haqqlarının ödənməməsini onun xidmət haqqlarının qanunvericiliyə uyğun olaraq əsaslandırılmaması ilə izah edir. Lakin bu tutarlı izah deyildir. Labaratoriya xidmət haqq X5 X14 büdcəsinə ödənilir. X16 Şəxsi məhkəməyə verə bilərdi, hüququdur. Amma orqan olaraq onlar labaratoriya xidmət haqqı ölçmürlər, o Nazirlər Kabinetinin qərarı ilə X17, elektron bildirişidə X17 göndərir sahibkara. Onlar sadəcə nəzarət tədbirlərini həyata keçirirlər. birdə V.Cəlilov şikayətində qeyd edir ki, onlar tinglərdən nümunə üçün bununlada məhsulları dövlət nəzarəti orqanından gizlətməmişik. Əslində bildirmək istəyirlər ki, nümunə götürməklə ümumi proses yekunlaşmadığına görə burda dövlət nəzarətindən gizlətmə qeyd olunmuşdur. Nəyə görə gizlətmə qeyd olunmuşdur, Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 280 saylı qərarı vardır. Bu qərardada ümumi ting toxumlarla bağlı nəzarət tədbirlərini qeyd edəndə, orqanın vəzifələrinə aid edir. Yəni lazım gələrsə tinglərdən nümunələrin götürülməsi, zərərli orqanizm aşkar olunarsa yüklərin saxlanılması, onların məhv edilmsi, onların istehsalçı və ya ixracatçı ölkəyə geri qaytarılması. Burda yükün saxlanılmasından, məhv edilmsindən, geri qaytarılmasından heç bir söhbət gedə bilməz, yəni orqan yekun olaraq nəzarət tədbirlərini yüklər üzərində yerinə yetirə bilmir. Sahibkara məxsus anbara bir dəfə nümunə götürmək üçün gediblər, sonra yüklərə təkrar baxış üçün gediblər, baxış üçün şərait yaradılmayıb. Bir dəfə xəbərdarlıq məktubu, bir dəfə də inzibati icraata başlamaq haqqında bildiriş göndərilib, sahibkar tərəfindən heç bir rəsmi geri dönüş olmamışdır. Yekun olaraq orqan məcbur olub İXM-nin 447.0.6-cı maddəsi ilə V.Cəlilov barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərar maddədə qeyd olunan minimum məbləğ ilə çıxarılmışdır. Hesab edirlər ki, qərar qanunauyğun olaraq çıxarılmışdır və məhkəmədən qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Qida X3-Astara regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 22 aprel 2025-ci il tarixli protokolun surətindən görünür ki, X10 tərəfindən Türkiyə Respublikasından idxal edilmiş 52 kq qoz tingi məhsullarının təhlükəsizliyini təsdiq edən sınaq protokolunun dövlət nəzarəti orqanına təqdim edilməməsi və bu məhsulların gizlədilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xətanı törədən şəxs X10 izahat verməkdən və imza çəkməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Qida X3-Astara regional bölməsinin rəisi X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli qərardan görünür ki, X10 tərəfindən Türkiyə Respublikasından idxal edilmiş 52 kq tingi məhsullarının təhlükəsizliyini təsdiq edən sınaq protokolunun dövlət nəzarəti orqanına təqdim edilməməsi və bu məhsulların gizlədilməsi nəticəsində ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsinə əsasən 1500 manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilmişdir. 19 mart 2025-ci il tarixli aktın surətindən görünür ki, X8 idxal etdiyi gilas, naringi və qoz tinglərinin əkilməsinə dair Kəlnəhüseynli kəndində yerləşən anbara baxış həyata keçirmək mümkün olmamışdır. X10 ilə mobil rabitə vasitəsi ilə əlaqə saxlayaraq mövcüd olan vəziyyətlə bağlı məlumat verilmişdir. Sahibkar gələ bilməyəcəyini, hal-hazırda Cəlilabad rayonunda olduğunu bildirmişdir. Belə ki, X9 məxsus idxal olunmuş tinglərə baxış həyata keçirmək mümkün olmamışdır. 26 fevral 2025-ci il tarixli iltizamdan görünür ki, X10 idxal məhsulların sınaq nəticələri məlum olana və X4 alınadək məhlulları ünvan 2i ünvanında yerləşən anbarda saxlayacağına dair bütün qanuni məsuliyyətini öz üzərinə götürmüşdür. Saxlanca verilmiş məhsulların siyahısı: gilas tingi “Brokforest 0900 Ziraat” – 1139 kq – 1100 ədəd; gilas tingi “Starks Gold” – 414 kq – 400 ədəd; naringi tingi “Satsuma Clausellina” – 17500 kq – 2500 ədəd; naringi tingi “W.Murcott” 3255 kq – 465 və qoz tingi “Chandler” – 52 kq - ədəd məhsullar qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X10 barəsində 01 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, X8 barəsində qərar qəbul edilərkən tam araşdırma aparılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, 19 mart 2025-ci il tarixli akta əsasən X8 idxal etdiyi gilas, naringi və qoz tinglərinin əkilməsinə dair Kəlnəhüseynli kəndində yerləşən anbara baxış həyata keçirmək mümkün olmadığı qeyd olunsa da, X10 ilə mobil rabitə vasitəsi ilə əlaqə saxlanılarkən Cəlilabad rayonunda olduğu üçün həmin gün gələ bilməyəcəyini bildirmişdir. Lakin sonradan tinglərə Azərbaycan Respublikasının Qida X3-Astara regional bölməsinin əməkdaşları tərəfindən baxış keçirilməmişdir. Göründüyü kimi X10 tərəfindən 52 kq qoz tingi məhsulları gizlədilməmişdir və həmin tinglərə yenidən baxış keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Beləliklə, məhkəmə belə hesab edir ki, X8 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida X3-Astara regional bölməsinin rəisi X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Qida X3-Astara regional bölməsinin rəisi X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 01 may 2025-ci il tarixli qərar ləğv edilsin və müvafiq araşdırma aparılması üçün iş həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1308/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1308/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver