Məhkəmə qərarları › İş №3(050)-1309/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1309/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1309/2025 21.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakim Abdullayev Coşqun Şamil oğlu, X4 Azərbaycan Respublikası Qida X1-X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X7 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Qida X1-X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 tərəfindən məhkəməyə təqdim edilmiş şikayət və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsinə əsasən xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin, vətəndaş X7 19 may 2025-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir və iş materiallarına müddətin hansı səbəbdən ötürülməsi ilə bağlı sübut və ya vəsatət əlavə etməmişdir. Göründüyü ki, şikayət vermiş şəxs qanunla müəyyən edilmiş müddətdə Masallı Rayon Məhkəməsinə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi X7 Azərbaycan Respublikası Qida X1-X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı hansı tarixdə rəsmi qaydada alınmasını təsdiq edəcək sənədi şikayətə əlavə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra Plenum Qərarlarında göstərilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiə hüququ qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməlidir. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli Plenumunun Qərarında göstərilir ki, “...Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357- 401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət vermiş şəxs Vahid Cəlilov barəsində çıxarılan inzibati tənbeh vermə qərarı konkret olaraq hansı tarixdə aldığını təsdiq edən sənədi ərizəyə əlavə etmədiyindən və bununla da onun Azərbaycan Respublikası İXMnin 130.1-ci maddəsində qeyd olunan müddət ərzində, yəni qərarı aldığı gündən 10 gün müddət ərzində məhkəməyə müraciət etdiyini müəyyən etmək mümkün olmadığından inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Məhkəmə məlumat üçün bildirilir ki, vətəndaş həmin qərarı konkret olaraq poçt vasitəsi ilə almışdırsa, poçtun əməkdaşı ilə, əlbəəl almışdırsa da, qərarı aldığı orqanın əməkdaşı vasitəsi ilə qərarın alınma tarixi ilə bağlı məlumatları əldə edə bilər. Eyni zamanda hüquqi köməklik məqsədi ilə izah edilir ki, əgər qərarın alınması tarixi bəlli olduqdan sonra nəzərdə tutulmuş 10 gün müddətin keçdiyi müəyyən edilərsə, Azərbaycan Respublikası İXP-nin 130.2-ci maddəsinə əsəsən Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı əsaslandırılmış vəsatət şikayət ərizəsinə əlavə edilməklə buraxılmış müddətin bərpası tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Qida X1-X6 xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət və ona əlavə edilmiş sənədlər X5 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar