Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1321/2023 17.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayət verən şəxs X1 iştirakı ilə, X1 X7 İnkişaf Mərkəzinin 26 iyuol 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 şikayət verərək X7 İnkişaf Mərkəzinin 26 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv ediməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Eminli kəndində paybəfli torpaq sahəsi var. Həmin torpaq sahəsində buğda əkib iyun ayında həmin əkini yığmış, yığımdan sonra buğdanın quru çöpləri torpaq sahəsinin səthində qalmışdır. İyul ayında onun əkin sahəsi yandığından FHN-in Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə gələrək, yanğını söndürməyə başlamış, yanğın qonşu torpaqlara da yayılmışdır. Həmin vaxt quru ağaclarla öz torpağını tikanlı məftillə çəpərə almışdır və həmin quru ağaclar da yanaraq çəpər məhv olmuşdur. Həmin gün Fövqalada Hallar Nazirliyinə ərizə ilə müraciət etmişdir ki, yanğını törədən şəxs tapsın və ona dəymiş ziyanı da ala bilsin. Lakin sonradan məlum olmuşdur ki, FHN-in Yanğından Mühafizə İdarəsi DAİM-ə məlumat vermişdir ki, guya yanğın ona məxsus torpaq sahəsində başlamış və buna görə də onun barəsində inzibati tənbeh vermə haqqında icraat açılmışdır. Daha sonra DAİM-dən ona qərar gəlmiş və məlum olmuşdur ki, 400 manat cərimə olunmuşdur. Torpaq sahəsinin kim tərəfindən yandırılmasını bilmir. Şikayət verən şəxs şikayətin məzmununa uayğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 22 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilir ki, X6 Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru X4 22 iyun 2023-cü il tarixdə Masallı rayonu, Eminli kəndində payıbəlli torpaq sahəsinə keçirilən baxış zamanı X2 tərəfindən torpaq sahəsinin ətrafının şumlanmamasına görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 244.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X7 İnkişaf Mərkəzinin direktoru X3 tərəfindən qəbul edilmiş 26 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilir ki, X2 əkin sahəsini yandırmaqla Azərbaycan Respublikası İXM-nin 244-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qərar ilə X2 400 manat məbləğində cərimə edilmişdir. Qərarda qərarın qəbul edilməsəsinə əsas kimi 22 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları göstərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-1-ci bəndinə əsasən həmin Məcəllənin 244-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə X7 İnkişaf Mərkəzinin direktorunun 26 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul etmək səlahiyyəti olmamışdır. Belə ki, inzibati xəta haqqında işlə bağlı inzibati icraat Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (onun müvafiq qurumu) tərəfindən başlanmışdır. Bundan başqa, mübahisələndirilən qərarda X1 Masallı rayonu, Eminli kəndində torpaq sahəsinin yandırılması göstəriləsə də, (qeyd edilən qərar xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında yazılmış, hansı ki, həmin protokolda X2 əkin sahəsinin ətrafının şumlanmamasına görə Azərbaycan Respublikası İXM-nin 244.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir.) bunu təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Protokolda şəxsin başqa inzibati xəta törətməsi, həmin protokol əsasında qəbul edilmiş qərarda isə başqa inzibati xətanı törətməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməklə X7 İnkişaf Mərkəzinin direktoru X3 tərəfindən qəbul edilmiş 26 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 8, 53, 105, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X7 İnkişaf Mərkəzinin direktoru X3 tərəfindən qəbul edilmiş 26 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1321/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1321/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver