Məhkəmə qərarları › İş №3(050)-1324/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1324/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1324/2025 21.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Masallı rayonu Sığdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Masallı rayonu, Sığdaş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Masallı rayon, Kolatan kənd avtomobil yolunda həmin kənd sakini X1 hüququ olmadan idarə etdiyi “Vaz21010” markalı, B476kp/164 Rusiya Federasiyasına mənsub qeydiyyat nişanlı avtomobil ilə həmkəndlisi Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 2106” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ehtiyatsızlıqdan toqquşmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında dindirilmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü ildə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə zamanı ağır xəsarət almış 4 gün reanimasiyada komada olmuş, 5-ci gün ayılmış, 7 gündə palatada yatmışdır. Həmin vaxt avtomobili təzə almış və sürücülük vəsiqəsinin alınması ilə bağlı sürücülük kurslarında oxumuşdur. Artıq bir ay olarkı sürücülük vəsiqəsi almışdır. Məhkəmədən ona cərimə cəzası verilməsini xahiş edir. Şəxs barəsində Masallı RPŞ-nin polis mayoru X6 tərəfindən xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı istifadəsində olan “Vaz21061” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququnu təsdiq edən sənəd olmadan idarə etməsində və Qüdrət Sadıxovun avtomobilində sərnişin qismində olan X2 Yüngül dərəcəli bədən xəsarəti almasında Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 332.4-cü maddələrinin tərkibi olduğundan barəsində həmin maddələrlə inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Masallı RPŞ-nin DYPB-nə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432, 451-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar