Məhkəmə qərarları › İş №3(050)-1325/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1325/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1325/2024 05.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə. 06 noyabr 1974-cü ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 08 may 2024-cü il tarixdə, saat 19:00 radələrində Bakı-Ələt-Astara magistral yolunun Masallı rayonu Xıl kəndi ərazisindən 141 km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus dəyəri 98 manat mühafizə çəpərini kəsmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Masallı RPŞ-in İTB-in polis sahə rəisi polis kapitanı Emin Cavadov tərəfindən tərtib olunmuş 06 iyun 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, 08 may 2024-cü il tarixdə, saat 19:00 radələrində Bakı-Ələt-Astara magistral yolunun Masallı rayonu Xıl kəndi ərazisindən 141 km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus dəyəri 98 manat mühafizə çəpəri kəsilmişdir. İşə əlavə olunmuş DİN-nin Masallı RPŞ-in TB-nin təhqiqatçısı, polis baş leytenantı Elşad Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, BDYPİ-nin 11-ci tağımının inspektoru polis baş serjantı Ramin Tapdıqovun raportu əsasında Masallı RPŞ-də toplanmış xx.xx.2024-cü il tarixli HK-1/1207 nömrəli material üzrə cinayət işi başlanması rədd edilməsi, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X3 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilməsi, Qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən Masallı rayon Prokuroruna göndərilməsi, Material saxlanılması üçün Masallı RPŞnin arxivinə verilməsi qərara alınmışdır. Həmçinin, Masallı rayonu Xıl kəndində qeydiyyatda olan və yaşayan X3 xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Bakı-Ələt- Astara magistral yolunun Masallı rayonu Xıl kəndi ərazisindən keçən hissəsində 141-ci km-də olan 4 m2 qoruyucu mühafizə çəpərini kəsərək yarasız hala salması nəticəsində X1 Dövlət Agentliyinə 98 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri 06 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli həcmində cərimə tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdim: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurmuş olduğu ziyanın bir misli həcmində, yəni 98 (doxsan səkkiz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar